Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4342/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “borcun olmaması barədə məlumatın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “borcun olmaması barədə məlumatın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə aramızda bağlanmış 29.01.2015-ci il tarixli, KHACİ-3809-1197 saylı razılaşması üzrə borcun olmaması barədə İddiaçı arayış verilməsi, bank əməliyyat sistemində həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq qeydlərin aparılması öhdəliyinin "xxxx" MMC-yə həvalə edilməsi və 29.01.2015-ci il tarixli, KHACİ-3 ***-**** saylı razılaşması üzrə öhdəliklərin olmaması barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)- 6096/2016 saylı, 26.10.2016-cı il tarixli məhkəmə əmrinə əsasən "xxxx" MMC ilə aralarında bağlanmış 29.01.2015-ci il tarixli, KHACİ-3809-1197 saylı razılaşmaya əsasən ondan 899,07 manat əsas, 272,26 manat faiz olmaqla cəmi 1171,33 manat pul vəsaitinin tutulması əmr olunmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-6096/2016 saylı, 26.10.2016-cı il tarixli icra sənədi üzrə borc öhdəlikləri 19 may 2021 -ci il tarixdə şifahi razılaşmaya əsasən tərəfindən qismən icra olunmuş və həmin müqavilə üzrə qalmış 202,53 manat məbləğində borcla bağlı ona qarşı heç bir iddia tələbinin olmaması, gələcəkdə də heç bir iddia tələbi irəli sürməyəcəyi barədə "xxxx" MMC tərəfindən müvafiq arayış təqdim olunmuşdur. Lakin buna baxmayaraq, digər bankdan kredit götürmək üçün müraciət edərkən məlum olmuşdur ki, "xxxx" MMC icra sənədi üzrə müəyyən olunmuş borcu tam ödənilməsinə dair arayışın təqdim edilməsinə baxmayaraq özünün bank əməliyyat sistemində borcunun olmaması barədə müvafiq qeydlər aparmamış və bu barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müvafiq məlumatlar göndərməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, "xxxx" MMC ilə aralarında bağlanmış 29.01.2015-ci il tarixli, KHACİ-3809-1197 saylı razılaşma üzrə borcun olmaması barədə ona arayış verilməsi, bank əməliyyat sistemində həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq qeydlərin aparılması öhdəliyi ‘TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə həvalə edilməli və 29.01.2015-ci il tarixli, KHACİ-3 ***-**** saylı razılaşması üzrə öhdəliklərin olmaması barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, cavabdehlər "xxxx" MMC və Cavabdeh2NA qarşı "borcun silinməsi və s." tələbinə dair iddia qaldırmışam. Hazırda iddia tələbimi dəqiqləşdirərək, 'TBC Kredit Bank Olmayan Kredit Təşkilati" MMC ilə aramızda bağlanmış 29.01.2015-ci il tarixli KHACİ-3809-1197 kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin "xxxx" MMC-yə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış 29.01.2015-ci il tarixli KHACİ- 3809-1197 saylı kredit xətti müqaviləsindən görünür ki, bu müqavilə, tərkib hissəsi olan müvafiq Razılaşmalarla müəyyən edilən şərtlərə uyğun olaraq, “Borcalan”a 60 ay müddətinə 20.000 manat və 25.000 ABŞ dolları məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutur. "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış 29.01.2015-ci tarixli KHACİ-3809- 1197 saylı kredit xətti müqaviləsi üzrə 29.01.2015-ci il tarixli KHACİ-3809-1197 saylı razılaşmadan görünür ki, BOKT “borc alan”a illik 34% dərəcəsi ilə 18 ay müddətinə 1800 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Quba Rayon Məhkəməsinin 2(027)-6096/2016 saylı, 26.10.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, xx.xx.1976-ci ildə Quba rayonunda anadan olmuş, Quba rayon, 1-Nügədi kəndində qeydiyyatda olan və yaşayan İddiaçı. 08.02.1980-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 və 03,12.1967-çi üdə Quba rayonunda anadan olmuş, Quba rayonu, l-Nügədi kəndində qeydiyyatda olan və yaşayan X2 KHACİ- 3809-1197 saylı Razılaşmaya əsasən 899.07 manat əsas, 272.26 manat faiz, cəmi 1171.33 manat, KHACİ-3809-1197 saylı Razılaşmaya əsasən 951.92 manat əsas, 188.34 manat faiz, cəmi 1140.26 manat məbləğində pul alınaraq "xxxx" MMC-nə verilsin. İddiaçı, X5 və X7 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin direktor müavini tərəfindən İddiaçı, X6 və X3 ünvanlanmış 19.05.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti bununla bəyan etmişdir ki, İddiaçı ilə bağlanmış 29 yanvar 2015-ci il tarixli KHACİ-3809-1197 saylı kredit müqaviləsi üzrə 1800 manat kredit götürmüş və bu günə həmin kredit üzrə qalmış 202,53 (iki yüz iki manat əlli üç qəpik) manat məbləğində borcla bağlı İddiaçı qarşı heç bir iddia və tələbi yoxdur və gələcəkdə də heç bır tələb irəli sürməyəcək. "xxxx" MMC-dən 14.06.2021-ci il tarixli SF-9776 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı 29.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə kreditin qalıq məbləği üzrə 0,00 AZN, o cümlədən faiz məbləği üzrə 28,48 AZN məbləğində borcu vardır. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında 29.01.2015-ci tarixli KHACİ- 3809-1197 saylı kredit xətti müqaviləsinə əsasən 29.01.2015-ci il tarixli KHACİ-3809- 1197 saylı razılaşma bağlanmış, razılaşmaya görə "xxxx" Bank Olmayan Kredit Təşkilatı İddiaçı müvafiq məbləğdə pul vəsaiti verməyi öhdəsinə götürmüşdür. İddiaçı 29.01.2015ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə borcunun olmaması işin mübahisələndirilməyən halıdır. Lakin iş materiallarından göründüyü kimi cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumat verilməmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Cavabdeh qalıq borcu tələb etməkdən imtina etməklə faktiki olaraq iddiaçı tərəfindən öhdəliyin icrası kimi təklif edilmiş natamam hərəkəti qəbul etmiş və kreditor kimi həmin hərəkəti öhdəliyin lazımınca icrası kimi təsdiq etmişdir. Bu hal iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19.05.2021-ci il tarixli kredit müqaviləsi üzrə borca dair iddia tələblərinin olmamasını əks etdirən məktubla təsdiq edilir. Lakin cavabdeh "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC tərəflər arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilməsinə, Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edildiyi kimi, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətlərindən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsini daşımasına baxmayaraq, "xxxx" MMC-yə iddiaçının 29.01.2015-ci il tarixli, KHACİ-3809-1197 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatı verməməklə iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə iddianın digər cavabdeh Mərkəzi Banka münasibətdə rədd edilməli olduğu qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, yuxarıda qeyd edilən normativ-hüquqi aktlardan göründüyü kimi, Büroya borc haqqında məlumatları təqdim etmək vəzifəsi məlumat təchizatçılarına aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən funksiya və vəzifələr məlumat daşıyıcısı olanlara aid edildiyindən, bu işdə məlumat daşıyıcısı isə "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC olduğundan, Mərkəzi Bankın isə hazırki iddia üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC-yə münasibətdə təmin edilməli və onun üzərinə İddiaçı 29.01.2015-ci il tarixli, KHACİ-3809-1197 saylı kredit xətti müqaviləsi və həmin müqavilə əsasında bağlanmış eyni tarixli razılaşma üzrə borcunun olmaması barədə "xxxx" MMC-yə məlumat verilməsi vəzifəsi qoyulmalıdır. İddia cavabdeh Mərkəzi Banka münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC-yə münasibətdə təmin edilsin. İddiaçı "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağlanmış 29.01.2015-ci il tarixli, KHACİ-3809-1197 saylı kredit xətti müqaviləsi və həmin müqavilə əsasında bağlanmış eyni tarixli razılaşma üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC-yə həvalə edilsin. İddia Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4342/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4342/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver