Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4346/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, “xxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodları **********31654, **********23851 olan “Xiaomi Mi A3” markalı telefonları, 2 ədəd X4, Power Bankı, İMEİ kodu **********84184 olan “LG” markalı, İMEİ kodu **********20443 olan “iPhone X” markalı telefonları almış və nəticədə 3737 (üç min otuz yeddi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1432 manat (12 ay x 119 manat + 4 ilkin ödəniş) İMEİ kodları **********31654, **********23851 olan “Xiaomi Mi A3” markalı telefonlar, 2 ədəd X4, Power Bank üçün ümumilikdə 1431 manat olmaqla, ondan 1146 manat ödənilməmiş hissə, 285 manat (1,19 manat x 240 gün) dəbbə hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 170 manat (12 ay x 14 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********84184 olan “LG” markalı telefon üçün ümumilikdə83 (səksən üç) manat olmaqla, ondan 62 (altmış iki) manat ödənilməmiş hissə, 1 %-lə 21 manat (0,14 manat x 150 gün) dəbbə hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 2352 manat (12 ay x 171 manat + 300 manat ilkin ödəniş) olan İMEİ kodu **********20443 olan “iPhone X” markalı telefon üçün ümumilikdə2223 manat olmaqla, ondan 1710 manat ödənilməmiş hissə, 1 %-lə 513 manat (1.71 manat x 300 gün) dəbbə hesablanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən telefon quraşdırma xidməti borcu öhdəliyini ödəmişdir.Cavabdehin cəmi ödədiyi məbləğ 1036 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2019 -cu il tarixli müqaviləyə İMEİ kodları **********31654, **********23851 olan “Xiaomi Mi A3” markalı telefonlar, 2 ədəd X4, Power Bank üçün 1146 manat ödənilməmiş hissə, 285 manat dəbbə, cəmi 1431 manat, xx.xx.2019-cu il tarixli İMEİ kodu **********84184 olan “LG» markalı telefon üçün 62 manat ödənilməmiş hissə, 21 manat dəbbə, cəmi 83 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********20443 olan “iPhone X” markalı telefon üçün 1710 manat ödənilməmiş hissə, 513 manat dəbbə, cəmi 2223 manat, ümumilikdə3737 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3767 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, binanın sökülməsi səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, 00992204 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC İMEİ kodları **********31654, **********23851 olan “Xiaomi Mi A3” markalı telefonları, 2 ədəd X4, Power Bankı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, ********* saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC İMEİ kodu **********84184 olan “LG” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00779871 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC İMEİ kodu **********20443 olan “iPhone X” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1146 manat ödənilməmiş borcu, 285 manat dəbbə borcu, cəmi 1431 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 62 manat ödənilməmiş borcu, 21 manat dəbbə borcu, cəmi 83 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1710 manat ödənilməmiş borcu, 513 manat dəbbə borcu, cəmi 2223 manat olmaqla, ümumilikdə 3737 manat borcu vardır. «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən «xxxxxxxxxxx» MMC İMEİ kodları **********31654, **********23851 olan “Xiaomi Mi A3” markalı telefonları, 2 ədəd X4, Power Bankı, İMEİ kodu **********84184 olan “LG” markalı və İMEİ kodu **********20443 olan “iPhone X” markalı telefonları Cavabdeh vermiş, Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1146 manat ödənilməmiş borcu, 285 manat dəbbə borcu, cəmi 1431 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 62 manat ödənilməmiş borcu, 21 manat dəbbə borcu, cəmi 83 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1710 manat ödənilməmiş borcu, 513 manat dəbbə borcu, cəmi 2223 manat olmaqla, ümumilikdə 3737 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissələrdə qismən təmin edilərək dəbbə pulu xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat məbləğində, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 6 manat məbləğində, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 170 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli, 00992204 saylı müqavilə üzrə 1146 (bir min yüz qırx altı) manat ödənilməmiş məbləğ, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 1246 (bir min iki yüz qırx altı) manat, xx xxx 2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 62 (altmış iki) manat ödənilməmiş məbləğ, 6 (altı) manat dəbbə pulu, cəmi 68 (altmış səkkiz) manat, xx xxxx 2019-cu il tarixli, 00779871 saylı müqavilə üzrə 1710 (bir min yeddi yüz on) manat ödənilməmiş məbləğ, 170 (bir yüz yetmiş) manat dəbbə pulu, cəmi 1880 (bir min səkkiz yüz səksən) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 3224 (üç min iki yüz iyirmi dörd) manat məbləğində pul alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli, 00992204 saylı müqavilə üzrə 1146 (bir min yüz qırx altı) manat ödənilməmiş məbləğ, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 1246 (bir min iki yüz qırx altı) manat, xx xxx 2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 62 (altmış iki) manat ödənilməmiş məbləğ, 6 (altı) manat dəbbə pulu, cəmi 68 (altmış səkkiz) manat, xx xxxx 2019-cu il tarixli, 00779871 saylı müqavilə üzrə 1710 (bir min yeddi yüz on) manat ödənilməmiş məbləğ, 170 (bir yüz yetmiş) manat dəbbə pulu, cəmi 1880 (bir min səkkiz yüz səksən) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 3224 (üç min iki yüz iyirmi dörd) manat məbləğində pul alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4346/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4346/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver