Məhkəmə qərarları › İş №2(006)-437/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-437/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-437/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4660.83 AZN əsas borc, 370.11 AZN faiz borcu və 44.07 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 5075.01 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsininin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 29 faizlə 36 ay müddətinə 4800 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq xx xxxxxxxx 2015-ci il tarixli Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 3740.78 USD Mərkəzi Bankın xx.xx.2017-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) kovnertasiya edilməklə 6636.89 AZN təşkil edir, kreditin müddəti xx.xx.2021- ci il tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2019-cu il iyunun 18-dək Cavabdeh1 banka xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4660.83 AZN əsas borc, 370.11 AZN faiz borcu və 44.07 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 5075.01 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4660.83 AZN əsas borc, 370.11 AZN faiz borcu və 44.07 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 5075.01 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsininin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” İKB ASC-nin xeyrinə xx xxxxx 2015ci il tarixli kredit müqaviləsi üzrə 976,99 əsas borc, 4,79 manat faiz borcu, cəmi 981,78 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi və onun əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 15-Z1-1-0-238-15 saylı “Kredit müqaviləsinə Əlavə saziş”in ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. xx.xx.2015-ci il tarixli 15-Z1-1-0-238-15 nömrəli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, borcalan Cavabdeh1 36 ay müddətinə illik 29% dərəcəsi ilə 4800 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 15-Z1-1-0-238-15 nömrəli zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən və xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı İKB ASC borcalan Cavabdeh1 36 ay müddətinə illik 29% dərəcəsi ilə 4800 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Zamin– Cavabdeh2 bank - İddiaçı İKB ASC qarşısında borcalan - Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. Kreditin mənbəyi, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borcalanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə və ya lazımi qaydada yerinə yetirməməsinə görə banka dəymiş zərərin və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla zamin borcalan ilə eyni həcmdə bank qarşısında birgə cavabdehdir. xx.xx.2015-ci il tarixli 2***-*******02 saylı kassa məxaric orderindən görünür ki, İddiaçı İKB ASC tərəfindən Cavabdeh1 4800 ABŞ dolları kredit verilmişdir. xx.xx.2017-ci il tarixli borcalan Cavabdeh1 və zamin Cavabdeh2 tərəfindən imzalanmış “xx.xx.2015-ci il tarixli 15-Z1-1-0-238-15 nömrəli kredit müqaviləsinə istehlak kredit və zaminlik Əlavə Sazişlər”indən görünür ki, həmin sazişi imzalayanlar razılığa gəlmişlər ki, müqavilənin 1.2-ci bəndi ləğv edilsin, müqavilənin 1.4-cü bəndi - Kreditin təminatı - Zaminlik; 6636.89 AZN, Müqavilənin 1.5-ci bəndi - Kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 3740,78 USD Mərkəzi Bankın xx.xx.2017-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 6636,89 AZN təşkil edir kimi oxunsun. Müqavilənin 1.6.-cı bəndində qeyd edilmiş 36 Ay sözləri 71 Ay sözləri ilə əvəz edilsin. Müqavilənin 1.8-ci bəndində qeyd edilmiş xx.xx.2018 sözləri xx.xx.2021 sözləri ilə, Müqavilənin 1.10-cu bəndində qeyd edilmiş USD sözləri AZN sözləri ilə, Müqavilənin 1.11-ci bəndində qeyd edilmiş 29%; FİFD 32.177% sözləri 20,54%; FİFD 20.54% sözləri ilə əvəz edilsin. Müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2017-ci il tarixli 15-Z1-1-0-238-15 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin– Cavabdeh2 bank - İddiaçı İKB ASC qarşısında borcalan - Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. Kreditin mənbəyi, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borcalanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə və ya lazımi qaydada yerinə yetirməməsinə görə banka dəymiş zərərin və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla zamin borcalan ilə eyni həcmdə bank qarşısında birgə cavabdehdir. İddiaçı X2 borcluya ünvanlanan xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərində göndərilən xəbərdarlıqməktublarındangörünürki, Cavabdeh1 və Cavabdeh2 borcuödəməli olduğubarədəİddiaçı X1. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünürki, borclu Cavabdeh1 xx.xx.2015-ci il tarixli 15-Z1-1-0-238-15 nömrəli kredit müqaviləsi üzrə 976.99 manat əsas, 4.79 manat faiz borcu, cəmi 981,78 manat borcunun olması müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli ödəniş qəbzindən (№ 492280791) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli 15-Z1-1-0-238-15 nömrəli istehlak kredit və zaminlik müqavilələri və daha sonra xx.xx.2017-ci il tarixli borcalan Cavabdeh1 və zamin Cavabdeh2 tərəfindən imzalanmış “xx.xx.2015-ci il tarixli 15-Z1-1-0-238-15 nömrəli kredit müqaviləsinə istehlak kredit və zaminlik Əlavə Sazişlər”inə əsasən borcalan Cavabdeh1 71 ay müddətinə illik 20,54 % dərəcəsi ilə 6636,89 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Zamin – Cavabdeh2 bank - İddiaçı İKB ASC qarşısında borcalan - Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Beləliklə iş materiallarından göründüyü kimi, “xxxx” İKB ASC müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun iddiaçıya xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən 976.99 manat əsas, 4.79 manat faiz borcu, cəmi 981,78 manat borcu vardır. Belə lan olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, zamin Cavabdeh2 xx.xx.2015ci ilvə daha sonra xx.xx.2017-ci il tarixlizaminlik müqaviləsi üzrə borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcluilə birgə öz üzərinə götürmüşdür. MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh-borcalan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdehzaminə qarşı da tələb hüququ yaranmışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq iddianın “cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh1 əsas öhdəliyini lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş əsas kredit müqaviləsi və onun əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 15-Z1-1-0-238-15 saylı “Kredit müqaviləsinə Əlavə saziş”in birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx Bank" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15-Z1-1-0-238-15 saylı kredit müqaviləsi onun əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 15-Z1-1-0-238-15 saylı “Kredit müqaviləsinə Əlavə saziş” ləğv edilməli, 976.99 manat əsas, 4.79 manat faiz borcu, cəmi 981,78 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1011,78 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx Bank" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15-Z1-1- 0-238-15 saylı kredit müqaviləsi və onun əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 15- Z1-1-0-238-15 saylı “Kredit müqaviləsinə Əlavə saziş” ləğv edilsin. Əsas borc üzrə 976.99 manat, faiz borcu üzrə 4.79 manat, cəmi 981,78 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1011,78 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar