Məhkəmə qərarları › İş №2(006)-4383/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4383/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4383/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, X1 qızının katibliyi ilə, iddiaçı ”xxxxxxxxxx” BOKT QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ”xxxxxxxxxx” BOKT QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx xxxxxx 2020-ci il tarixində X2 Təşkilatı “xxxxxxxxxx” MMC ilə Cavabdeh1 arasında 034-EMB-0103-20 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 01 saylı əlavə bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh1 faizsiz 18 ay müddətinə 7484 manat məbləğində kredit verilmişdir. Həmçinin, xx xxxxxx 2020-ci il tarixində X2 Təşkilatı “xxxxxxxxxx” MMC ilə Cavabdeh2 arasında 034-EMB-0103-20 saylı müqaviləyə əsasən qeyd edilən şəxs Cavabdeh1 öhdəliklərinin tam icrasına zamin durmuşdur. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020-ci il tarixə əsas borcu 7284.00 manat, faiz borcu 0.00 manat, cərimə borcu 0.00 manat ümumi borcu 7284.00 manat qalmışdır. X2 Təşkilatı “xxxxxxxxxx” MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 034-EMB-0103-20 saylı kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” bu müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə “borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini borcalandan tələb edir. Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə borcverənə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. Kredit borcunun qaytarılması barədə Cavabdeh1 və onun zamininə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Göstərilənlərə əsasən, xx xxxxxx 2020-ci il tarixli, 034-EMB-0103-20 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixə əsas borcu 7284.00 (yeddi min iki yüz səksən dörd) manat, faiz borcu 0.00 (sıfr) manat, cərimə borcu 0.00 manat, 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 7314.40 (yeddi min üç yüz on dörd manat qırx qəpik) manat borcun cavabdehlər Cavabdeh1 Cavabdeh2 müştərək qaydada tutularaq, iddiaçı ”xxxxxxxxxx” BOKT QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarının araşdıraraq bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixində X2 Təşkilatı “xxxxxxxxxx” MMC ilə Cavabdeh1 arasında 034-EMB-0103-20 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 01 saylı əlavədən görünür ki, həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh1 faizsiz 18 ay müddətinə 7484 manat məbləğində kredit verilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə əsas borcu 7284.00 manat, faiz borcu 0.00 manat, cərimə borcu 0.00 manat ümumi borcu 7284.00 manat qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AzərbaycanRespublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - cavabdehlər Cavabdeh1 və Cavabdeh2üzərinə düşür. Lakin, mülki işdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Beləki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehlər Cavabdeh1, Cavabdeh2 vermişdir. Lakin, cavabdehlər Cavabdeh1, Cavabdeh2kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 427, 439, 442, 448, 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, əsas borcu 7284.00 (yeddi min iki yüz səksən dörd) manat, faiz borcu 0.00 (sıfr) manat, cərimə borcu 0.00 manat, 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 7314.40 (yeddi min üç yüz on dörd manat qırx qəpik) manat borcun cavabdehlər Cavabdeh1 Cavabdeh2 tutulması barədə tələbiəsaslıdır vətəminedilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. HəminMəcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxxxxx 2020-ci il tarixli, 034-EMB-0103-20 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixə əsas borcu 7284.00 (yeddi min iki yüz səksən dörd) manat, faiz borcu 0.00 (sıfr) manat, cərimə borcu 0.00 manat, 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 7314.40 (yeddi min üç yüz on dörd manat qırx qəpik) manat borcun cavabdehlər Cavabdeh1 Cavabdeh2 müştərək qaydada tutularaq, iddiaçı ”xxxxxxxxxx” BOKT QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxxxxx 2020-ci il tarixli, 034-EMB-0103-20 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixə əsas borcu 7284.00 (yeddi min iki yüz səksən dörd) manat, faiz borcu 0.00 (sıfr) manat, cərimə borcu 0.00 manat, 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 7314.40 (yeddi min üç yüz on dörd manat qırx qəpik) manat borcun cavabdehlər Cavabdeh1 Cavabdeh2 müştərək qaydada tutularaq, iddiaçı ”xxxxxxxxxx” BOKT QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx xxxxxx 2020-ci il tarixli, 034-EMB-0103-20 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixə əsas borcu 7284.00 (yeddi min iki yüz səksən dörd) manat, faiz borcu 0.00 (sıfr) manat, cərimə borcu 0.00 manat, 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 7314.40 (yeddi min üç yüz on dörd manat qırx qəpik) manat borcun cavabdehlər Cavabdeh1 Cavabdeh2 müştərək qaydada tutularaq, iddiaçı ”xxxxxxxxxx” BOKT QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar