Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4384/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, X3 Kredit Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Kredit Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2019-cu il tarixində X4 Təşkilatı "Embafinans“ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 345-EXB-0141-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 say 11 Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 36 faizlə 12 ay müddətinə 1050 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020 il tarixə əsas borcu 479.49 AZN (dörd yüz yetmiş doqquz manat, qırx doqquz qəpik), faiz borcu 78.08 AZN (yetmiş səkkiz manat, səkkiz qəpik), cərimə borcu 23.32 AZN (iyirmi üç manat, otuz iki qəpik) ümumi borcu 580.89 AZN (beş yüz səksən manat, səksən doqquz qəpik) qalmışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən «Borcalan» bu Müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə/vaxtında ödəmədikdə Borcverən» kreditin vaxtından əvvəl tam ödənilməsini «Borcalan»dan tələb edə bilər. Müqavilənin 3.1-ci bəndinə əsasən "Borcalan” Müqaviləyə və onun əlava(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə "BorcverərTə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. Kredit borcunun qaytarılması barədə X1oğluna və onun zamininə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən Borcalan bu Müqaviləyə və onun əlavə (lər)sinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini Borcalandan tələb edə bilər. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən Borcalan öhdəliklərini bu müqavilə ilə və onun ələvə(lər)sinə müvafiq surətdə yerinə yetirmədiyi halda və ya müqavilənin əlavə(lər)sində göstərilən ödəmə ardıcıllığına ardıcıl olaraq 2 dəfə əməl etmədikdə Borcverən əsas və faiz borcunun, hesablanmış cərimənin Borcalandan Borcverənin xeyrinə tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən, X4 Təşkilatı “Embafinans” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 345-EXB-0141-19 saylı müqaviləyə əsasən xx.xx.2020 –ci il tarixə əsas borcu 479.49 manat (dörd yüz yetmiş doqquz manat, qırx doqquz qəpik), faiz borcu 78.08 AZN (yetmiş səkkiz manat, səkkiz qəpik), cərimə borcu 23.32 AZN (iyirmi üç manat, otuz iki qəpik), 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 611.29 AZN (altı yüz on bir manat, iyirmi doqquz qəpik) borcun Cavabdeh müştərək qaydada X4 Təşkilatı “Embafinans” Qapalı Səhmdar ətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə göndərilmiş bildiriş onun tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilsə də, məhkəməyə iddia ilə bağlı etiraz ərizəsi daxil olmamışdır. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, X4 Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 345-EXB-0141-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 36 faiz dərəcəsi ilə, 1050 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan X4 Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən X4 Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyətinə 479.49 manat (dörd yüz yetmiş doqquz manat, qırx doqquz qəpik), faiz borcu 78.08 AZN (yetmiş səkkiz manat, səkkiz qəpik), cərimə borcu 23.32 AZN (iyirmi üç manat, otuz iki qəpik), ümumilikdə 580.89 AZN (beş yüz səksən manat, səksən doqquz qəpik) manat borcu vardır. X4 Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli, 345-EXB-0141-19 saylı kredit müqaviləsinə əsasən X4 Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyətindən illik 36 faizlə 12 ay müddətinə 1050 manat kredit götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020 –ci il tarixə əsas borcu 479.49 manat (dörd yüz yetmiş doqquz manat, qırx doqquz qəpik), faiz borcu 78.08 AZN (yetmiş səkkiz manat, səkkiz qəpik), cərimə borcu 23.32 AZN (iyirmi üç manat, otuz iki qəpik), ümumilikdə 580.89 AZN (beş yüz səksən manat, səksən doqquz qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 479.49 manat (dörd yüz yetmiş doqquz manat, qırx doqquz qəpik), faiz borcu 78.08 AZN (yetmiş səkkiz manat, səkkiz qəpik), cərimə borcu 23.32 AZN (iyirmi üç manat, otuz iki qəpik), 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 611.29 AZN (altı yüz on bir manat, iyirmi doqquz qəpik) borc məbləğində alınaraq X4 Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 479.49 manat (dörd yüz yetmiş doqquz manat, qırx doqquz qəpik), faiz borcu 78.08 AZN (yetmiş səkkiz manat, səkkiz qəpik), cərimə borcu 23.32 AZN (iyirmi üç manat, otuz iki qəpik), 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqının, ümumilikdə 611.29 AZN (altı yüz on bir manat, iyirmi doqquz qəpik) manat məbləğində borc alınaraq X4 Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4384/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4384/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver