Məhkəmə qərarları › İş №2(006)-4387/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4387/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4387/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "pul və maddi zərərin ödənilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ağası oğlu Cavabdeh MMC-yə qarşı "pul və maddi zərərin ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 7200 (yeddi min iki yüz) manat məbləğində borcun, 9072 (doqquz min yetmiş iki) manat = 1000 (min) manat, cəmisi 10072 manat məbləğində zərərin, məhkəmə xərclərinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin AZ22AİİB410100B**********165 nömrəli hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1i ərazisindən Quba rayon Əlik Bələdiyyəsi ilə bağladığı 18 iyul 2007-ci il tarixli icarə müqaviləsinə əsasən 10 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı Ağası oğlunun istifadəsinə verilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı Ağası oğlunun icarəsində olan torpaq sahəsində 10 oktyabr 2014-cü il tarixdə telefon qovşağı qülləsi yaradılmasına baxmayaraq Cavabdeh MMC tərəfindən icarə müqaviləsi İddiaçı Ağası oğlu ilə bağlanmaq əvəzinə Haput kənd sakini Məmmədov İslam Həsənağa oğlu arasında bağlanmışdır. İddiaçı Ağası oğlunun iddia tələbi əsasında Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(027)-38/2019 saylı qətnaməsi ilə 18 avqust 2014-cü il tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş, qeyd edilən qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 2(105)-3195/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi 13 avqust 2020-ci il tarixli 2(102)-4504/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin Cavabdeh MMC tərəfindən İddiaçı Ağası oğluna istifadəsində olan torpaq sahəsində quaşdırılmış telefon qovşağı qülləsinə görə icarə haqqının ödənilməsi barədə müraciətə müsbət cavab verilməmişdir. Həmçinin İddiaçı Ağası oğlu ilə Cavabdeh MMC arasında icarə müqaviləsi bağlanmışdır. Cavabdeh MMC tərəfindən İddiaçı Ağası oğlunun icarəsində lan torpaq sahəsindən istifadəyə görə (6 il x 1200) 7200 manat məbləğində icarə haqqı borc hələ də ödənilməmişdir. Bundan başqa Cavabdeh MMC tərəfindən keçən 6 il müddətində öhdəliyi icra etmədən faydalandığına görə bank uçot dərəcəsi 18% olmaqla hər il üçün cəmisi 1296 manat x 7 il = 9072 manat zərər dəymişdir. İddiaçı Ağası oğlunu əsassız məhkəmələrə cəlb etməklə Cavabdeh MMC əlavə həm maddi və mənəvi zərər vurmuş, həmin məhkəmə xərcləri və mənəvi zərərin dəyəri 1000 manat Cavabdeh MMC tərəfindən İddiaçı Ağası oğluna ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş da İddiaçı Ağası oğlu məhkəməyə gəlməmiş, işə onun iştirakı olmadan baxılması barədə ərizəsi məhkəməyə daxil olmuşdur. İddiaçı Ağası oğlu ərizədə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Ağası oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin vəkili və nümayəndəsi X3 iddianı qəbul etməyib bildirdi ki, 18 avqust 2014-cü il tarixli icarə müqaviləsi üzrə tərəf kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəf kimi qəbul edilə bilməz. Belə ki, həmin müqavilə "xxxx" MMC ilə deyil, "xxxx" MMC arasında bağlanmışdır. Odur ki, iddianın əsassız olmasını nəzərə alıb təmin edilməməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyindən görünür ki, Quba rayonu Əlik kənd bələdiyyəsinin mülkiyyətində olan 10 ha torpaq sahəsinin arıçılığın inkişaf etdirilməsi məqsədilə İddiaçı Ağası oğluna icarəyə verilməsi məqsədəmüvafiqdir. Mülki işin materiallarında olan Quba rayonu Əlik kənd bələdiyyə şurasının 04.06.2007-ci il tarixli 07 saylı protokolundan çıxarışdan görünür ki, həmin bələdiyyənin fondundan boş istifadəsiz 10 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı Ağası oğluna icarəyə verilmişdir. Mülki işin materiallarında olan 18.06.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Quba rayonu Əlik kənd bələdiyyəsi mülkiyyətində olan 10 ha torpaq sahəsini arıçılığın inkişaf etdirilməsi məqsədilə İddiaçı Ağası oğluna icarəyə vermişdir. Mülki işin materiallarında olan Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(027)38/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Ağası oğlunun cavabdehlər Məmmədov İslam Həsənağa oğluna və "xxxx" MMC-yə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilmiş, Məmmədov İslam Həsənağa oğlu ilə "xxxx" MMC arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair bağlanmış 18 avqust 2014-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 2(105)-3195/2019 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(027)-38/2019 saylı qətnaməsi Məmmədov İslam Həsənağa oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi 13 avqust 2020-ci il tarixli 2(102)-4504/2020 saylı qərarından görünür ki, Məmmədov İslam Həsənağa oğlunun kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 2(105)-3195/2019 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan 13 sentyabr 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Ağası oğlu istifadəsində olan ünvan 1i ünvanında yerləşən torpaq sahəsində mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 60 kv.metr olan icarə obyektini "xxxx" MMC-nin istifadəsinə verməyi, "xxxx" MMC isə İddiaçı Ağası oğluna bu Müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, mülki iş üzrə iddiaçı Eldarov X2 rayonu Əlik kənd bələdiyyəsi tərəfindən ona 15 il müddətinə arıçılığın inkişaf etdirilməsi məqsədilə verilən 10 ha torpaq sahəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən quraşdırılmış telefon qovşağı qülləsinə görə icarə haqqının ödənilməsi səbəbindən pul və maddi zərərin ödənilməsini mübahisələndirir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, belə ki, həmin tələbi irəli sürməkdə iddiaçı subyektiv hüquqa malik olmamışdır. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə əvvəlcə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və onların tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, mübahisələndirilən iddiaçı Eldarov X2 rayonu Əlik kənd bələdiyyəsi tərəfindən ona 15 il müddətinə arıçılığın inkişaf etdirilməsi məqsədilə verilən 10 ha torpaq sahəsində quaşdırılmış telefon qovşağı qülləsindən istifadəyə görə icarə müqaviləsi "xxxx" MMC ilə deyil, "xxxx" MMC tərəfindən bağlanmışdır. Qeyd edilən tələb bilavasitə iddiaçı tərəfindən "xxxx" MMC-yə qarşı yönəldilməklə, sonuncu cavabdeh qismində müəyyən edilməli idi. Odur ki, hazırki cavabdeh iddia tələblərinə cavab verən şəxs olmadığından iddia tələbinin təmin edilə bilməyəcəyi qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı Ağası oğlunun "xxxx" MMC-yə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçı "xxxx" MMC-yə qarşı qeyd olunan tələb ilə müraciət edə bilərdi. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin (bundan sonra - Müki Prosessual Məcəllənin) 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Müki Prosessual Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Belə olan halda məhkəmə, İddiaçı Ağası oğlunun iddia ərizəsinə məhz onun verdiyi tələblər üzrə baxmağı əsaslı hesab etmişdir. Bu isə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinin özlüyündə əsassız və qanunsuz olduğuna dəlalət edir. Məhkəmə belə qənaətə gələrkən, iddiaçının müvafiq subyektiv hüquqa malik olmamasını, onun subyektiv hüququnun pozulmamasının, cavabdehin bu pozuntunu etməməsini əsas götürmüşdür. Məhkəmə İddiaçı Ağası oğlunun iddia tələbi ilə bağlı subyektiv hüququnun olması ilə əlaqədar son olaraq qeyd etməyi zəruri hesab edir ki, onun cavabdeh İddiaçı Ağası oğlunun "xxxx" MMC-yə qarşı belə bir iddia qaldırması iddia ərizəsində və məhkəmə baxışı zamanı əsaslandırılmamışdır. Həmçinin sadalananların məntiqi davamı kimi qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Ağası oğlunun Cavabdeh MMC-yə qarşı "pul və maddi zərərin ödənilməsi” iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yekun olaraq məhkəmə iddiaçıya izah etməyi zəruri hesab edir ki, o, iddia tələbi üzrə cavabdehi düzgün müəyyən etməklə, həmçinin faktları və tələbin qanuni əsaslarını dəqiqləşdirib yenidən məhkəməyə müraciət etmək hüququndan məhrum olmamışdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Müki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Müki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırki iş üzrə İddiaçı Ağası oğlu tərəfindən ərizənin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı Ağası oğlunun iddia ərizəsi təmin edilmədiyindən, ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "pul və maddi zərərin ödənilməsi” tələblərinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar