Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-439/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" BOKT MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracın keçirilməsi və nəticələrinə dair protokolun, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" BOKT MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracın keçirilməsi və nəticələrinə dair protokolun, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı, digər cavabdehlər "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iclasında cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" BOKT MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracın keçirilməsi və nəticələrinə dair protokolun, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-439/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-439/2022
10.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver