Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4404/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, cavabdeh «X25 Azərbaycan» Qapalı «Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh «X25 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X25 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə onunla «X25 Azərbaycan» QSC arasında 69198/1 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən illik 16% ödənilməsi şərti ilə 22.400 ABŞ dolları məbləğində kredit xx.xx.2015-ci il tarixədək verilmişdir. Ölkəsində baş vermiş devalvasiya ilə bağlı o, da «X25 Azərbaycan» QSC-nə olan borcunu hər artan məzənnəyə uyğun ödəmişdir. Belə ki, o, «X25 Azərbaycan» QSC-dən götürülmüş kreditə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən «Azərbaycan Respublikasında fiziki X2 həlli ilə X19 haqqında» 2019-cu il 28 fevral tarixli Fərmana uyğun olaraq hesablanmış kompensasiya məbləğinin bank tərəfindən ona təqdim edilməməsi ilə bağlı o, Azərbaycan Respublikasının Maliyyə X6 müraciət etmişdir. Fərmana uyğun olaraq Palata tərəfindən hazırlanmış kompensasiya məbləğinin sorğulanması ilə bağlı portalda vətəndaşın xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına ona hesablanmış 7.366,24 manat məbləğində kompensasiya məbləğində dair məlumatlar portalda əks olunmuşdur. Vətəndaş tərəfindən təqdim edilmiş məlumata əsasən həmin vəsaitin 4.239,75 manat məbləğindəki hissəsi borcun azaldılmasına yönəlmiş, qalan 3.126,49 manat məbləği isə onun sərəncamına veriməli idi. Ona çatası məbləğin 2 gün ərzində tam olaraq onun sərəncamına verilməsi və bununla bağlı Palataya və vətəndaşa məlumat verilməsi tələb olunmuşdur. Əks halda İnzibati Xətalara Məcəlləsinin 548.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati tənbeh təlbirinin görülməsi nəzərdə tutulmuşdur. O, həmin sənədlə «X25 Azərbaycan» QSC yaxınlaşmış və ona düşən kompensasiyanın verilməsini xahiş etmişdir. Ona bildirildi ki, kompensasiya ildə bağlı ona məlumat verəcəklər. O, bir müddət gözləmişdir. Lakin ona heç bir məlumat verilmədiyi üçün o, yenidən «X25 Azərbaycan» QSC-nin pul götürdüyü Əhmədli filialına getmişdir. O, bankdan pul götürən zaman Babək filialından götürmüş və hazırda həmin filial Əhmədliyə köçürülmüşdür. Ona bildirildi ki, «sənə kompensasiya hesablanmışdır, lakin baş ofisdə olan Cəmil müəllim tapşırıb ki, kompensasiya ödənilməsin». O, səbəbini soruşduqda ona cavab verilmədi. O, baş ofisdə direktorun qəbulunda olmaq istəmiş, lakin onu qəbul etmədilər. «X25 Azərbaycan» QSC-nin Baş ofisində olan Cəmil adlı şəxs onunla kobud rəftar edərək, səbəbini bildirmədən ona düşən kompensasiyanın səhv hesablandığını və ona kompensasiyanın düşmədiyini şifahi olaraq bildirdi. O, isə ona devalvasiya ilə bağlı yeni məzənnə ilə banka pul ödədiyini bildirdikdə, ona uca səslə «özüm vermirəm», «özüm bilərəm» get hara istəyirsən şikayət et. Biz sənə ayrılmış kompensasiyanı verən deyilik». O, bütün bunlardan sonra məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikası Prezidentinə və aidiyyatı yerlərə şikayət ərizəsi ilə müraciət etmişdir. Onu sürüncürməçiliyə məruz qoyduqdan sonra və etdiyi şikayətlər əsasında xx.xx.2019-cu il tarixdə «X25 Azərbaycan» QSC tərəfindən ona 3101 manat məbləğində pul ödənildi. O, bu gənc yaşında əsəb və stresə düçar olmuşdur. Həm maddi, həm də ki, mənəvi ziyan çəkmişdir. O, X11 xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi ilə borc pul almışdır. Həmin pulu xx.xx.2018-ci il tarixədək qaytarmağı söz vermişdir. Maddi sıxıntılar çəkdiyi üçün pulu ödəyə bilməmiş və X15 söz vermişdir ki, ən qısa zamanda ödəyəcək. X18 məhkəməyə verib, pulu almaq niyyətində idi. Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona düşəcək kompensasiya haqda məlumat almışdır. 2019-cu ilin may ayında ödəniləcək pul ona 2019-cu ilin oktyabr ayında ödənilmişdir. «X25 Azərbaycan» QSC-nin ona qarşı olan əsassız və qərəzli mövqeyinə görə o, həm maddi, həm də ki mənəvi ziyana düşmüşdür. «X25 Azərbaycan» QSC-nin ona olan qərəzli mövqesini o, başa düşə bilməmişdir. O, Prezidentin fərmanına əsasən öz haqqını tələb etdiyi üçün onu 7-8 aydır ki süründürəcək, kobud cavablar verərək, səhhətinə ziyan vurmuşdurlar. Dəfələrlə müraciətlərindən və X14 məktubundan sonra ona düşə kompensasiyanı ala bilmişdir. O, «X25 Azərbaycan» QSC-nin ona olan ədalətsiz, əsassız və qanunsuz hərəkətlərinə görə ona cavabdeh tərəfindən kompensasiya ödənilməlidir. Ona görə də hazırki iddi tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, cavabdehdən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 8.000 (səkkiz min) manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddianın tam olaraq təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «X25 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X16 iddia tələbini qəbul etmədiklərini məhkəməyə bildirərək, iddia ərizəsinə etiraz təqdim etmişdir. İddiaya etiraz ərizəsi bununla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində yanlış məlumatlar qeyd edərək, həqiqətə uyğun olmayan halları Mülki Məcəlləni düz şərh etməmişdir və öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Hazırdakı iş üzrə olan iddiaçı və cavabdeh arasında yəni «X25 Azərbaycan» QSC və İddiaçı Baxış oğlu arasında xx.xx.2015-ci il tarixdə 69198/1 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin predmeti ondan ibarət olmuşdur ki, «X25 Azərbaycan» QSC borcalan İddiaçı Baxış oğluna 36 ay müddətinə 16 faiz olaraq 22.400 ABŞ dolları məbləğində kredit ayırmışdır. Kreditin məqsədi və təyinatı: buraxılış ili 2012-ci olan, ban/şassi KMHT81B1DU571291, «Hyundai Tucson» minik markalı ağ rəngdə **-DJ-*** d.q.n.alınması üçün istifadə olunmuşdur. Sözü gedən kredit üzrə öhdəliyin hazırki iş üzrə iddiaçı tam şəkildə yerinə yetirmədiyi üçün «X25 Azərbaycan» QSC Abşeron rayon Məhkəməsinə müraciət etmişdir və Abşeron rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli, 2(012)-2966/2015 saylı qətnamə qəbul edərək İddiaçı Baxış oğlundan 9547,31 ABŞ dolları və 43,75 manat digər xərcləri tutularaq «X25 Azərbaycan» QSC-yə ödənilməlidir, tutma da İddiaçı Baxış oğluna məxsus «Hyundai Tucson» minik markalı ağ rəngdə **-DJ-*** d.q.n. yönəldilmişdir.Abşeron rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli, 2(012)-2966/2015 saylı qətnaməsi icra edilməmişdir və İddiaçı Baxış oğlu ödənilməmiş borcu var. İddiaçı Baxış oğlu krediti Azərbaycan Respublikası fiziki X2 həlli ilə X19 haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsiri altına düşmüşdür. Azərbaycan Respublikasının Maliyyə X4 verilmiş məlumatlara görə vətəndaş İddiaçı Baxış oğlu cəmi hesablanmış kompensasiya 7366,24 manat təşkil edirdi, bu məbləğdən 4329,75 manat borclunun ödənilməsinə yönəldilmişdir və 3126,49 manat müştəriyə verilməlidir. İddiaçı Baxış oğlu iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikasının Maliyyə X6 kompensasiya haqqında məlumatı xx.xx.2019-cu il tarixdə əldə edib. «X25 Azərbaycan» QSC xx.xx.2019-cu il tarixdə 00151 saylı məktubla Maliyyə X5 İdarə Heyətinin sədri vəzifəsinin icra edən cənab İ.Alışova məktub ünvanlayaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə «X25 Azərbaycan» QSC tərəfindən (**********) saylı məktubuna əsasən borclu İddiaçı Baxış oğlunun «X25 Azərbaycan» QSC əsas borcu 7418,1 ABŞ dolları qeyd etmişdir və borcluların siyahısında İddiaçı Baxış oğluna aid məlumatlarda müvafiq düzəlişlər edilməsini xahiş edilmişdir və qeyd edilmişdir ki, müştəriyə çatan 3126,49 manat pul vəsaitini borclunun borcuna silinməsinə icazə verməsini xahiş etmişdir. Həmçinin «X25 Azərbaycan» QSC xx.xx.2019-cu il tarixdə 00203 saylı məktubla Maliyyə X5 İdarə Heyətinin sədri vəzifəsinin icra edən cənab Əfqan Baxışova məktub ünvanlayaraq qeyd edilmişdir ki, borcu İddiaçı Baxış oğlu müraciətinə dair xx.xx.2019-cu il tarixdə Maliyyə X6 müraciət edilmişdir, hazırda Apellyasiya Komissiyası tərəfindən araşdırma aparılmaqdadır. Apellyasiya Komissiyası tərəfindən qəbul edilmiş qərar əsasında Bankında qərarın icrasına dair tədbir görəcək. Həmçinin «X25 Azərbaycan» QSC tərəfindən xx.xx.2019-cu il tarixdə 00861 saylı məktubla borclu İddiaçı Baxış oğlunun özünə də məlumat verilmişdir. Maliyyə bazarlarına Palatasından xx.xx.2019-cu il tarixdə 00229 saylı məktub daxil olmuşdur (elektron poçtla nömrəsi **********) və göstəriş verilmişdir ki, 3126 manat borclu İddiaçı Baxış oğlu sərəncamına verilsin. «X25 Azərbaycan» QSC Maliyyə X6 3126 manat pul borclu İddiaçı Baxış oğlunun sərəncamına vermişdir və bu barədə Maliyyə X6 xx.xx.2019-cu il tarixdə 00273 saylı məktubla ünvanlanmışdır. İddiaçı özü də qeyd edir ki, 3126 manat pul onun sərəncamına xx.xx.2020-ci il tarixdə verilmişdir. Kompensasiya ilə əlaqədar olan vəsaitlərin dövriyəsi Maliyyə X5 göstərişi və məktubuna əsasən aparılırdı. Ona görə də Maliyyə X4 xx.xx.2019cu il tarixdə 00229 saylı məktub «X25 Azərbaycan» QSC daxıl olandan sonra 3126 manat pul borclu X1 verilmişdir. Kompensasiya ilə əlaqədar olan vəsaitlərin vətəndaş gec verilməsi «X25 Azərbaycan» QSC-nin günahı deyil. Maliyyə X6 məktubu daxıl olduqdan sonra «X25 Azərbaycan» QSC dərhal Maliyyə X5 göstərişini icra etmişdir və 3126 manat borclu İddiaçı Baxış oğlunun sərəncamına vermişdir. Göstərilənlərə əsasən İddiaçı Baxış oğlunun iddia ərizəsinin əsassız və qanunsuz olduğundan rədd olunması qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(102)-2966/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı və X12 müştərək qaydada 8.750,59 ABŞ dolları əsas, 524,66 ABŞ dolları faiz və 272,06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9.547,31 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 13,75 manat bildirişlərin göndərilməsinə dair poçt xərcinin əvəzi tutularaq iddiaçı «X25 Azərbaycan» QSC-nə verilməsi, tələb ipoteka predmeti olan İddiaçı məxsus «Hyundai Tucson» markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, KMHJ81B1DU571291 ban nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaiti hesabına «X25 Azərbaycan» QSC-nə ödənilməli olan borc və dövlət rüsumunun əvəzi ödənilməsi, pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan «X25 Azərbaycan» QSC tərəfindən Maliyyə X5 İdarə Heyətinin sədri vəzifəsini icra edən İ.Alışova ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, «Azərbaycan Respublikasında Fiziki X2 Həlli ilə X19 Haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı»na əsasən müştəri İddiaçı cəmi 7.366,23 manat kompensasiya məbləği hesablanmışdır. Borcalanın xx.xx.2019-cu il tarixə ödəniş müddəti keçmiş kredit borcu 2.493,97 ABŞ dolları əsas götürülərək kompensasiyanın 4.239,75 manat hissəsi kredit borcunun ödənilməsinə yönəldilməsi, qalan 3.126,49 manat hissəsi isə borcalanın sərəncamına ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixdə X13 Palatasına ünvanladıqları məktubda (**********) borcalanın bankına olan əsas kredit borcunun 7.418,1 ABŞ dolları olduğunu qeyd etmişlər və borclular siyahısında İddiaçı aid məlumatlarda müvafiq düzəlişlərin edilməsini xahiş etmişlər. Lakin xx.xx.2019cu il tarixdə təqdim olunan yekun borclular siyahısında İddiaçı aid bildirdikləri düzəlişlər öz əksini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq yuxarıda bildirilmiş 4.239,75 manat vəsaitlə yanaşı İddiaçı sərəncamına verilməsi nəzərdə tutulmuş 3.126,49 manat kompensasiya vəsaitində vaxtı keçmiş 7.418,1 ABŞ dolları əsas kredit borcunun ödənilməsinə yönəldilməsini və qalan əsas kredit borcunun Fərman çərçivəsində güzəştli şərtlərlə restrukturizasiya olunmasına icazə verilməsini xahiş etmişlər. İş materiallarında olan «X25 Azərbaycan» QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, müraciətində qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikasının Maliyyə X5 nəzdinə fəaliyyət göstərən Apellyasiya Komissiyasına müraciət edilmişdir. Qeyd edilən məsələ ilə bağlı yekun qərar qəbul edildikdə İddiaçı məlumat veriləcəkdir. İş materiallarında olan «X25 Azərbaycan» QSC tərəfindən Maliyyə X5 İdarə Heyətinin üzvü vəzifəsini icra edən Ə.Baxışova ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, hal-hazırda Apellyasiya komissiyasının araşdırmasında olan müştəri İddiaçı «Azərbaycan Respublikasında fiziki X2 həlli ilə X19 haqqında» Fərmana uyğun olaraq hesablanmış torlam 7.366,23 manat kompensasiya məbləğinin 3.126 manat hissəsi tapşırığına əsasən müştəriyə ödənilmək üçün lazımi tədbirlərin görülməsinə bank tərəfindən başlanılmışdır. Azərbaycan Respublikası Məhkəməsi tərəfindən təmin edilmiş 9.547,31ABŞ dolları vəsaitin qalıq 6.017,79 ABŞ dolları hissəsi müştəri Etibar Nəbiyevdən məhkəmə icra orqanları vasitəsilə tələb edilməyə davam ediləcəkdir. İş materiallarında olan Maliyyə X5 İdarə Heyətinin üzvü vəzifəsini icra edən Əfqan Baxışov tərəfindən «X25 Azərbaycan» QSC-yə və İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı «X25 Azərbaycan» QSC-dən (bank) götürülmüş kreditlə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən «Azərbaycan Respublikasında fiziki X2 həlli ilə X19 haqqında» 2019-cu il 28 fevral tarixli Fərmanına uyğun olaraq hesablanmış kompensasiya məbləğinin bank tərəfindən ona təqdim edilməməsi ilə bağlı müraciəti Azərbaycan Respublikasının Maliyyə X6 daxil olmuşdur. Fərmana uğun olaraq Palata tərəfindən hazırlanmış kompensasiya məbləğinin sorğulanması ilə bağlı portalda vətəndaşın xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına ona hesablanmış 7366,24 manat məbləğində kompensasiya məbləğinə dair məlumatlar portalda əks olunmuşdur. Vətəndaş tərəfindən təqdim edilmiş məlumata əsasən həmin vəsaitin 4239,75 manat məbləğindəki hissəsi borcun azaldılmasına yönəlmiş, qalan 3126,49 manat məbləği isə onun sərəncamına verilmişdir. Vətəndaş İddiaçı şəxsi vərəqəsində qeyd olunan ona çatası məbləğin 2 gün ərzində tam olaraq vətəndaşın sərəncamına verilməsi və bununla bağlı Palataya və vətəndaşa məlumat verilməsi tələb olunur. Qeyd olunan müddət ərzində icra edilmədii təqdirdə İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati tənbeh tədbirinin görülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan «X25 Azərbaycan» QSC-nin xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, bank 3.126,49 manat məbləğində pul İddiaçı ödənilmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar Standardlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı maddi ziyan kimi dostundan borc pul aldığını əsas gətirmiş, lakin borcun alınmasına səbəb və əlaqə, həmçinin borcun alınmasını təsdiq edən müqavilə, tələbkar tərəfə aid hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının iddia etdiyi cavabdehin qanunsuz hərəkətləri nəticəsində kompensasiyanın verilməsinin gecikdirilməsi ilə bağlı cavabdeh tərəfinə məlumat daxil olduqdan sonra müvafiq kompensasiya məbləği iddiaçının sərəncamına verilmişdir. Bu hissədə bankın öhdəliyi vaxtında verilmiş məlumatlara uyğun kompensasiya məbləğini vermək olmuş, kompensasiyanın hesablanması isə bankın səlahiyyətinə aid olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «X25 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X25 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4404/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4404/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver