Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4435/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və LPO "xxxx" ASC-yə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1nə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə ləğv edilmiş Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2011 ci il tarixli 609 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli 609 saylı kredit müqaviləsi üzrə İddiaçı ləğv edilmiş Cavabdeh2 ASC-yə borclu olmağı barədə qeydin Azərbaycan Kredit Bürosundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və qeyrilərinin adına keçmiş Cavabdeh2 ASC tərəfındən xx.xx.2011-ci il tarixində 609 saylı kredit müqaviləsi əsasında 4855 (dörd min səkkiz yüz əlli beş) manat məbləğində kredit rəsmiləşdirilmişdir. Məhz qeyd olunan hala görə Cavabdeh2 ASC-nin “Cənub” filialının müdiri vəzifəsində işləmiş X2 barəsində cinayət işi açılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Zeynal Ağayev (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbuhi Hüseynovdan ibarət tərkibdə) 1(101 )-95/2017 nömrəli 12 oktyabr 2017-ci il tarixli hökmü ilə 02 iyul 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.4 (köhnə redaksiyada) və 179.3.2-ci maddələri ilə məhkum edilmiş, Cavabdeh2 ASC «Cənub» filialının müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış X2 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.4-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş əlavə cəza - 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası ilə qismən toplanaraq ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun 08 aprel 2015-ci il tarixdən 17 oktyabr 2015-ci il tarixədək çəkdiyi əlavə cəza dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası (6 ay, 9 gün) təyin olunmuş əlavə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 21 (iyirmi bir) gün dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzası və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2015-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hökmünə əsasən X2 məhkum edilmişdir ona görə ki, o, Cavabdeh2 ASC «Cənub» filialının müdiri vəzifəsində işləyərkən maddi məsul şəxs olmaqla saxta rəsmi sənədlər əsasında ona etibar edilmiş özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edib, vahid qəsdlə mənimsəməklə talamışdır. Belə ki, o, 22 mart 2004-cü il tarixdən 02 sentyabr 2013-cü il tarixədək olan müddətdə Zaminbank» ASC «Cənub» filialının müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Mərkəzi X5 18 noyabr 2008-ci il tarixli qərarı ilə təsdiq adilmiş «Banklarda kreditlərin verilməsi Qaydaları, 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlərin inkassasiyaının təşkili Qaydaları, Cavabdeh2 ASC kommersiya Bankının təsisçilərinin (payçılarının) 02 may 2003-cü il tarixli protokolu ilə qəbul edilmiş və Müşahidə Şurasının 11 iyul 2011-ci il tarixli protokolu ilə yeni redaksiyada təsdiq edilmiş Cavabdeh2 ASC «Cənub» filialının Əsasnaməsi, Müşahidə Şurasının 02 iyun 2004 və 07 iyun 2006-cı il tarixli protokolları ilə təsdiq edilmiş kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında» və 05 may 2008-ci il tarixli protokolu ilə təsdiq edilmiş Cavabdeh2 ASC-nin filialları tərəfindən mikrokreditlərin verilməsi Qaydalarının tələblərinə uyğun olaraq, filialın fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi, işçilər arasında vəzifə bölgüsünün aparılması, filial üzrə bütün əməliyyatların aparılmasına nəzarət edilməsi, filialın əmlakının qorunması, bank tərəfindən icazə verilmiş məbləğlərdə müştərilərə kreditlərin verilməsi və müvafiq müqavilələrin imzalanması, bankın səlahiyyətlərinə aid olan kreditlər üzrə müraciətlərə baxılmasının, lazımi kredit sənədlərinin hazırlanmasının təşkili və təsdiqlənərək bankın kredit komitəsinə göndərilməsi, filial tərəfindən verilmiş, habelə bank tərəfindən verilərək filialın nəzarətinə aid edilmiş kreditlər üzrə monitorinqlərin keçirilməsi, əmanətlərin qəbul edilməsinin təşkili və bunlara dair müqavilələrin bağlanmasına məsul şəxs olmaqla, öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş Cavabdeh2 ASC-nin külli miqdarda əmlakını vahid qəsdlə talama məqsədi ilə özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin, o cümlədən İddiaçı və qeyrilərinin adına xx.xx.2011-ci il tarixində 609 saylı kredit müqaviləsi əsasında 4855 (dörd min səkkiz yüz əlli beş) manat məbləğində kredit rəsmiləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirpaşa Hüseynov sədrlik edən və məruzəçi), Həsən Əhmədov və İlqar Murquzovdan ibarət tərkibdə) 1(103)-110/2018 nömrəli 07 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2018-ci il tarixli hökmü məhkum M.Q.Bayramova aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1 (102)-983/19 saylı Qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum X2 barəsindəki 07 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmiş, X1 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 21 (iyirmi bir) gün müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq “hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) il 6 (altı) aya endirilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlar da sübut edir ki, iddiaçı ilə Cavabdeh2 ASC arasında “bağlanmış” kredit müqaviləsi uydurma əqd hesab olunmalıdır. Bu fakt məhkəmə hökmündə qeyd olunan məsələ ilə əlaqədar iddiaçı və qeyrilərinin təqsirinin olmaması faktı ilə bir daha təsdiq edilir. Hazırda iddiaçının təqsirsiz olduğu halda heç bir qanuni əsas olmadan öhdəlik daşıması, barəsində mərkəzləşdirilmiş kredit reyestrində borclu statusu olmağı barəsində məlumatın olması qanunsuz olaraq iddiaçının bir sıra hüquqlardan məhrum edilməsinə səbəb olmuşdur. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, onun adına Cavabdeh2 ASC tərəfindən rəsmiləşdirilmiş kredit müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən onunla ləğv edilmiş Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2011 -ci il tarixli 609 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli 609 saylı kredit müqaviləsi üzrə İddiaçı ləğv edilmiş Cavabdeh2 ASC-yə borclu olmağı barədə qeydin Azərbaycan Kredit Bürosundan silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO Cavabdeh2 ASC ilə əvəz edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını və məhkəmə iclaslarının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinin həllini məhkəmənin mülahizəsinə təqdim edir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə də məhkəmə iclasında müəyyən olunmuşdur ki, X2 müqavilələrin bağlanmasına məsul şəxs olmaqla, öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş Cavabdeh2 ASC-nin külli miqdarda əmlakını vahid qəsdlə talama məqsədi ilə özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin, o cümlədən İddiaçı adına xx.xx.2011-ci il tarixində 609 saylı kredit müqaviləsi əsasında 4855 (dörd min səkkiz yüz əlli beş) manat məbləğində kredit rəsmiləşdirmişdir. b) Mülki işin materialları: Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1 (102)-983/19 saylı Qərarının surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Zeynal Ağayev (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbuhi Hüseynovdan ibarət tərkibdə) 1(101 )-95/2017 nömrəli 12 oktyabr 2017-ci il tarixli hökmü ilə Cavabdeh2 ASC «Cənub» filialının müdiri vəzifəsində işləmiş X2 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.4-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş əlavə cəza - 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası ilə qismən toplanaraq ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun 08 aprel 2015-ci il tarixdən 17 oktyabr 2015-ci il tarixədək çəkdiyi əlavə cəza dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum etmə cəzası (6 ay, 9 gün) təyin olunmuş əlavə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 21 (iyirmi bir) gün dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzası və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2015-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hökmünə əsasən X2 məhkum edilmişdir ona görə ki, o, Cavabdeh2 ASC «Cənub» filialının müdiri vəzifəsində işləyərkən maddi məsul şəxs olmaqla saxta rəsmi sənədlər əsasında ona etibar edilmiş özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edib, vahid qəsdlə mənimsəməklə talamışdır. X2 müqavilələrin bağlanmasına məsul şəxs olmaqla, öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş Cavabdeh2 ASC-nin külli miqdarda əmlakını vahid qəsdlə talama məqsədi ilə özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin, o cümlədən iddiaçı Mercan (Əliyeva) Leyla Azər qızının adına xx.xx.2011-ci il tarixində 609 saylı kredit müqaviləsi əsasında 4855 (dörd min səkkiz yüz əlli beş) manat məbləğində kredit rəsmiləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirpaşa Hüseynov sədrlik edən və məruzəçi), Həsən Əhmədov və İlqar Murquzovdan ibarət tərkibdə) 1(103)-110/2018 nömrəli 07 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2018-ci il tarixli hökmü məhkum M.Q.Bayramova aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1 (102)-983/19 saylı Qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum X2 barəsindəki 07 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmiş, X1 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 21 (iyirmi bir) gün müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq “hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) il 6 (altı) aya endirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı adına 4855 manat məbləğində aktiv öhdəlik- ödənilməmiş kredit borcu vardır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Hazırda İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1nə qarşı iddia qaldıraraq onunla Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2011 -ci il tarixli 609 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli 609 saylı kredit müqaviləsi üzrə onun ləğv edilmiş Cavabdeh2 ASC-yə borclu olmağı barədə qeydin Azərbaycan Kredit Bürosundan silinməsini xahiş etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinin tələbinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı: “...Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.” Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1 (102)-983/19 saylı Qərarından da göründüyü kimi, X2 öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş Cavabdeh2 ASC-nin külli miqdarda əmlakını vahid qəsdlə talama məqsədi ilə özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin, o cümlədən iddiaçı Mercan (Əliyeva) Leyla Azər qızının adına xx.xx.2011-ci il tarixində 609 saylı kredit müqaviləsi əsasında 4855 (dörd min səkkiz yüz əlli beş) manat məbləğində kredit rəsmiləşdirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə məhkəmə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddəsinə istinad edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmadığı faktı öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə tərəflər arasında öhdəlik münasibətlərinin yaranmadığı və nəticədə iddiaçının cavabdehin qarşısında öhdəliklərin olmasını təsdiq edən "xxxx" MMC-dəki borcun olması barədə qeydlər əsassız olduğu qənaətinə gəlməklə hesab edir ki, həmin qeydlər silinməlidir. Cavabdeh1na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Odur ki, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə LPO Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 609 saylı kredit müqaviləsi etibarsız hesab edilməli, İddiaçı xx.xx.2011-ci il tarixli, 609 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Mercan (Əliyeva) Leyla Azər qızı ilə LPO Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 609 saylı kredit müqaviləsi etibarsız hesab edilsin. Mercan (Əliyeva) Leyla Azər qızının xx.xx.2011-ci il tarixli, 609 saylı kredit müqaviləsi üzrə borcunun silinməsi və həmin borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4435/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4435/2024
28.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver