Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4436/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 MMC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 MMC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 611 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli 611 saylı kredit müqaviləsi üzrə onun LPO Cavabdeh2 ASC-yə borcu olmadığı barədə qeydin Kredit Bürosundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini xahiş etmiş, iddiaçının bu barədə vəsatəti təmin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və qeyrilərinin adına keçmiş Cavabdeh2 ASC tərəfindən xx.xx.2011-ci il tarixdə 611 saylı kredit müqaviləsi əsasında 3.435 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Məhz qeyd olunan hala görə Cavabdeh2 ASC-nin «Cənub» filialının müdiri vəzifəsində işləmiş X2 barəsində cinayət işi açılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 1(101 )-95/2017 nömrəli hökmü ilə 02 iyul 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.4 (köhnə redaksiyada) və 179.3.2-ci maddələri ilə məhkum edilmiş, Cavabdeh2 ASC «Cənub» filialının müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış X2 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.4-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş əlavə cəza - 2 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası ilə qismən toplanaraq ona qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxsin 08 aprel 2015-ci il tarixdən 17 oktyabr 2015-ci il tarixədək çəkdiyi əlavə cəza dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum etmə cəzası (6 ay 9 gün) təyin olunmuş əlavə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 2 il 5 ay 21 gün dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzası və 10 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2015-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hökmünə əsasən X2 məhkum edilmişdir ona görə ki, o, Cavabdeh2 ASC «Cənub» filialının müdiri vəzifəsində işləyərkən maddi məsul şəxs olmaqla saxta rəsmi sənədlər əsasında ona etibar edilmiş özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edib, vahid qəsdlə mənimsəməklə talamışdır. Belə ki, o, xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixədək olan müddətdə Cavabdeh2 ASC «Cənub» filialının müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Banklarda kreditlərin verilməsi Qaydaları», xx.xx.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlərin inkassasiyasının təşkili Qaydaları», Cavabdeh2 ASC Kommersiya Bankının təsisçilərinin (payçılarının) 02 may 2003-cü il tarixli protokolu ilə qəbul edilmiş və Müşahidə Şurasının xx.xx.2011-ci il tarixli protokolu ilə yeni redaksiyada təsdiq edilmiş Cavabdeh2 ASC «Cənub» filialının Əsasnaməsi, Müşahidə Şurasının xx.xx.2004 və xx.xx.2006-cı il tarixli protokolları ilə təsdiq edilmiş «Kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında» və xx.xx.2008-ci il tarixli protokolu ilə təsdiq edilmiş «Cavabdeh2 ASC-nin filialları tərəfindən mikrokreditlərin verilməsi Qaydaları»nın tələblərinə uyğun olaraq, filialın fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi, işçilər arasında vəzifə bölgüsünün aparılması, filial üzrə bütün əməliyyatların aparılmasına nəzarət edilməsi, filialın əmlakının qorunması, bank tərəfindən icazə verilmiş məbləğlərdə müştərilərə kreditlərin verilməsi və müvafiq müqavilələrin imzalanması, bankın səlahiyyətlərinə aid olan kreditlər üzrə müraciətlərə baxılmasının, lazımi kredit sənədlərinin hazırlanmasının təşkili və təsdiqlənərək bankın kredit komitəsinə göndərilməsi, filial tərəfindən verilmiş, habelə bank tərəfindən verilərək filialın nəzarətinə aid edilmiş kreditlər üzrə monitorinqlərin keçirilməsi, əmanətlərin qəbul edilməsinin təşkili və bunlara dair müqavilələrin bağlanmasına məsul şəxs olmaqla, öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş Cavabdeh2 ASC-nin külli miqdarda əmlakını vahid qəsdlə talama məqsədi ilə özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin, o cümlədən iddiaçı X3 və qeyrilərinin adına xx.xx.2011-ci il tarixdə 611 saylı kredit müqaviləsi əsasında 3.435 manat məbləğində kredit rəsmiləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 07 fevral 2018-ci il tarixli 1(103)-110/2018 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2018-ci il tarixli hökmü məhkum M.Q.Bayramova aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(102)- 983/2019 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının məhkum X2 barəsindəki 07 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmiş, X1 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 2 il 5 ay 21 gün müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası 9 il 6 aya endirilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlar da sübut edir ki, iddiaçı ilə Cavabdeh2 ASC arasında «bağlanmış» kredit müqaviləsi uydurma əqd hesab olunmalıdır. Bu fakt məhkəmə hökmündə qeyd olunan məsələ ilə əlaqədar iddiaçı və qeyrilərinin təqsirinin olmaması faktı ilə bir daha təsdiq edilir. Hazırda iddiaçının təqsirsiz olduğu halda heç bir qanuni əsas olmadan öhdəlik daşıması, barəsində mərkəzləşdirilmiş kredit reyestrində borclu statusu olması barəsində məlumatın mövcudluğu qanunsuz olaraq iddiaçının bir sıra hüquqlardan məhrum edilməsinə səbəb olmuşdur. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, onun adına Cavabdeh2 ASC tərəfindən rəsmiləşdirilmiş kredit müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(102)-983/2019 saylı qərarından görünür ki, X2 Cavabdeh2 ASC «Cənub» filialının müdiri vəzifəsində işləyərkən maddi məsul şəxs olmaqla saxta rəsmi sənədlər əsasında ona etibar edilmiş özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edib, vahid qəsdlə mənimsəməklə talamışdır. Belə ki, o, xx.xx.2004cü il tarixdən xx.xx.2013-cü il tarixədək olan müddətdə Cavabdeh2 ASC «Cənub» filialının müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Banklarda kreditlərin verilməsi Qaydaları», xx.xx.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlərin inkassasiyasının təşkili Qaydaları», Cavabdeh2 ASC Kommersiya Bankının təsisçilərinin (payçılarının) 02 may 2003-cü il tarixli protokolu ilə qəbul edilmiş və Müşahidə Şurasının xx.xx.2011-ci il tarixli protokolu ilə yeni redaksiyada təsdiq edilmiş Cavabdeh2 ASC «Cənub» filialının Əsasnaməsi, Müşahidə Şurasının xx.xx.2004 və xx.xx.2006-cı il tarixli protokolları ilə təsdiq edilmiş «Kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında» və xx.xx.2008-ci il tarixli protokolu ilə təsdiq edilmiş «Cavabdeh2 ASC-nin filialları tərəfindən mikrokreditlərin verilməsi Qaydaları»nın tələblərinə uyğun olaraq, filialın fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi, işçilər arasında vəzifə bölgüsünün aparılması, filial üzrə bütün əməliyyatların aparılmasına nəzarət edilməsi, filialın əmlakının qorunması, bank tərəfindən icazə verilmiş məbləğlərdə müştərilərə kreditlərin verilməsi və müvafiq müqavilələrin imzalanması, bankın səlahiyyətlərinə aid olan kreditlər üzrə müraciətlərə baxılmasının, lazımi kredit sənədlərinin hazırlanmasının təşkili və təsdiqlənərək bankın kredit komitəsinə göndərilməsi, filial tərəfindən verilmiş, habelə bank tərəfindən verilərək filialın nəzarətinə aid edilmiş kreditlər üzrə monitorinqlərin keçirilməsi, əmanətlərin qəbul edilməsinin təşkili və bunlara dair müqavilələrin bağlanmasına məsul şəxs olmaqla, öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş Cavabdeh2 ASC-nin külli miqdarda əmlakını vahid qəsdlə talama məqsədi ilə özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin, o cümlədən İddiaçı və qeyrilərinin adına xx.xx.2011-ci il tarixdə 611 saylı kredit müqaviləsi əsasında 3.435 manat məbləğində kredit rəsmiləşdirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 1(101 )-95/2017 nömrəli hökmü ilə 02 iyul 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.4 (köhnə redaksiyada) və 179.3.2-ci maddələri ilə məhkum edilmiş, Cavabdeh2 ASC «Cənub» filialının müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış X2 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.4-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş əlavə cəza - 2 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası ilə qismən toplanaraq ona qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxsin 08 aprel 2015-ci il tarixdən 17 oktyabr 2015-ci il tarixədək çəkdiyi əlavə cəza dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum etmə cəzası (6 ay 9 gün) təyin olunmuş əlavə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 2 il 5 ay 21 gün dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzası və 10 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2015-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 07 fevral 2018-ci il tarixli 1(103)-110/2018 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2018-ci il tarixli hökmü məhkum M.Q.Bayramova aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(102)-983/2019 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının məhkum X2 barəsindəki 07 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmiş, X1 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 2 il 5 ay 21 gün müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası 9 il 6 aya endirilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin cinayət işi üzrə qanuni qüvvəyə minmiş qərarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanması qeyd olunan xx.xx.2011-ci il tarixli 611 saylı kredit müqaviləsi etibarsız əqddir. İddiaçı həmin müqavilənin bağlanması üçün banka müraciət etməmiş, bu barədə yazılı və ya elektron qaydada banka müraciət etməmiş, bankla onun arasında adı çəkilən kredit müqaviləsi bağlanmamış, iddiaçı bankdan həmin müqavilə üzrə pul məbləği nağdlaşdırmamış (məxaric etməmiş), bank qarşısında həmin müqavilə üzrə üzərinə hər hansı öhdəlik götürməmişdir. İddiaçı bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək vurğulayır ki, iddiaçının adına borcun yazılmasına əsas kimi çıxış edən kredit müqaviləsi mahiyyət etibarı ilə etibarsız əqddir. Qeyd edilməlidir ki, əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Əhəmiyyətsiz əqdlər mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Konstitusiya Məhkəməsinin Plenumu 02 aprel 2021-ci il tarixli qərarında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair) xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Bu səbəbdən, məhkəmə iddianı tam şəkildə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanması qeyd olunan xx.xx.2011-ci il tarixli 611 saylı kredit müqaviləsi etibarsız hesab edilməli, xx.xx.2011-ci il tarixli 611 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2011-ci il tarixli 611 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanması qeyd olunan xx.xx.2011-ci il tarixli 611 saylı kredit müqaviləsi etibarsız hesab edilsin. xx.xx.2011-ci il tarixli 611 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2011-ci il tarixli 611 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4436/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4436/2024
15.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver