Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4458/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********30310 olan “xxxxxxxxx” markalı telefon üçün 2112 manat ödənilməmiş hissə, 528 manat dəbbə, ümumilikdə 2640 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2670 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, MMC ilə Cavabdeh arasında xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********30310 olan “xxxxxxxxx” markalı telefon almış və nəticədə 2640 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2675 manat (12 ay x 176 manat + 563 manat ilkin ödəniş) olan İMEİ kodu **********30310 olan “xxxxxxxxx” markalı telefon üçün ümumilikdə 2640 manat olmaqla ondan 2112 manat ödənilməmiş hissə, 528 manat (300 gün x 1.76 manat) dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədəyi məbləğ 563 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Sonda iddiaçının nümayəndəsi 2670 manat məbləğində pulun Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli müqavilənin şərtlərinə görə, dəyəri 2675 manat olan İMEİ kodu **********30310 olan “xxxxxxxxx” markalı telefonu Cavabdeh müvəqqəti sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh isə ilkin ödəniş 563 manat olan 12 ay müddətinə, hər ayın ödəniş haqqı 176 manat olmaqla, əşyanın dəyərini hər ayın 20-dək ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə edilmiş cədvəldən göründüyü kimi, cavabdeh aldığı əşyaya görə MMC-yə cəmi 563 manat məbləğində ödəniş etmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından göründüyü kimi, həmin tarixdə müqavilədə göstərilən “İMEİ kodu **********30310 olan “xxxxxxxxx” markalı nömrəli mobil telefon MMC tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh təhvil verilmişdir . Bu səbəbdən də, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə, yəni xx.xx.2019-cu il tarixli müqavilə ilə MMC-nin tələb etdiyi 2112 manat məbləğində əşyanın satış qiymətini ödəməyə borcludur. xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə görə Cavabdeh 12 ay ərzində, hər ay 176 manat olmaqla, cəmi 2675 manat məbləğində pulu iddiaçıya ödəməlidir. MMC bu məbləğin cəmi 563 manat məbləğində hissəsinin ödənildiyini bildirir, qalan 2112 manat ödənilməsini isə tələb edir. MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». MMC tərəfindən irəli sürülən, 528 manat məbləğində dəbbə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Həmçinin, Azərbaycan Respublikası MM-nın 600.5-ci maddəsinə əsasən «alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər». Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin ödənilməmiş 2112 manat məbləğində borc üçün tələb etdiyi 528 manat məbləğində dəbbə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi dəbbə pulunun məbləğini azaldaraq 52,80 manat məbləğində müəyyən edir. Odur ki, qeyd olunanlara əsasən Cavabdeh cəmi 2164,80 manat olmaqla, ondan, 2112 manat ödənilməmiş hissə və 52,80 manat cərimə alınmalı və “xxxxxxxxxxx” MMC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220 və 222-ci maddələrinə rəhbər tutaraq, qət etdi: İddia qismən təmin olunsun. xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********30310 olan “xxxxxxxxx” markalı telefon üçün 2112 manat ödənilməmiş hissə, 52,80 manat dəbbə, ümumilikdə 2164,80 (iki min yüz altmış dörd manat səksən qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2194,80 (iki min yüz doxsan dörd manat səksən qəpik) manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4458/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4458/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver