Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4458/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs2 Abşeron rayon Dövlət Arxivi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7rşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs2 Abşeron rayon Dövlət Arxivi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7rşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 Abşeron Rayon Dövlət Arxivinin ona təqdim etdiyi məktubda qeyd olunan Abşeron rayonu, X3 xx.xx.1998-ci il tarixli 28 №-İi əmrində göstərilən Ərizəçi Allahverdi oğlunun Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi ərizəyə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, X3 xx.xx.1998-ci il tarixli 28 №-İi əmrinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs2 xx.xx.1998-ci il tarixli 40 nömrəli məktubuna və islahat komissiyasının xx.xx.1997-ci il tarixli 03 №-li protokoluna Abşeron rayonu, X3 xx.xx.1998-ci il tarixli 28 №-li əmrinə əsasən Abşeron rayon X3 ərazisində ona 0,12 ha torpaq sahəsi ayrılmışdır Qeyd oıunan sənədlərdə göstərilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədilə Abşeron Rayon İcra Hakmıyyətı Abşeron Rayon Dövlət Arxivinə arxiv sənədlərinin ona verilməsi üçün müraciət edərkən idarə tərəfindən ona verilmiş rəsmi cavab məktubunda Sovxozun müvafiq əmrində atasının adı Ərizəçi Allahverdı oğlunun göstərilməsi bildirilmişdir. Halbuki eyni müraciətlə sözügedən İdarəyə 2018-ci il tarixdə müraciət edərkən Ərizəçi adına rəsmi sənəd təqdim edilmiş və əmrdə onun adı soyadı və ata adının düzgün formada qeyd edilməsi bildirilmişdir. Həmçinin bu fakt ona təqdim edilmiş sərəncamda da öz əksini tapmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs2 Abşeron rayon Dövlət Arxivi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar nümayəndələrinin iştirakını məhkəmədə təmin etməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs2 Abşeron rayon Dövlət Arxivi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş F1259 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron Rayon X3 xx.xx.1998-ci il tarixli 28 nömrəli əmrində vətəndaş X1 adına aşkar edilməmişdir. Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan X3 xx.xx.1998-ci il tarixli 28 nömrəli əmrində 56-c sırada Ərizəçi Allahverdi oğlunun adı mövcuddur. İş materiallarında olan Abşeron rayon Hövsan Südçülük üzrə 25 dekabr 1998-ci il tarixli 28 saylı əmrdən çıxarışın surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1998-ci il tarixli 40 saylı məktubu və İslahat Komissiyasının 1997-ci il tarixli 03 saylı protokoluna əsasən sovxozda yaşayan işləyən mənzil sahəsinə ehtiyacı olan işçilərdən ərizə ilə müraciət edən X2 0,12 ha torpaq sahəsi ayrılması əmr edilmişdir. İş materiallarında olan Maraqlı şəxs2 Abşeron Rayon Dövlət Arxtvtnin F-67 saylı xx.xx.2018-ci il tarixli əmrindən görünür ki, Abşeron rayonu, X4 işləyən işçilərə fərdi ev tikmək üçün hər birinə 0,12 ha hektar torpaq sahəsi ayrılması əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Dövlət Arxivinin T/887 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron Rayon X3 xx.xx.1998-ci il tarixli 28 nömrəli əmrinə əlavə edilmiş adlı siyahıda 56-cı sırada vətəndaş X1 adı qeyd edilmişdir. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, sözügedən hüquqmüəyyənedici sənəddə ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən səhvlərə yol verilmiş, ərizəçinin adı və atasının adı qeyri-düzgün yazılmışdır. Qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Abşeron rayonu, X3 xx.xx.1998-ci il tarixli 28 №-İi əmrinin 0,12 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş əmr Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayonu, X3 0,12 hektar torpaq sahəsinin verilməsinə dair xx.xx.1998-ci il tarixli 28 №-İi əmrinin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Abşeron rayonu, X3 0,12 hektar torpaq sahəsinin verilməsinə dair xx.xx.1998-ci il tarixli 28 №-İi əmrinin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4458/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4458/2023
12.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver