Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4477/2022 31.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair cavabdeh "xxxx" ASC tərəfindən yazılmış 1200,39 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır. İddiaçı ailə üzvləri ilə birlikdə 2021-ci ilin dekabr ayından həmin evdə yaşayır. O, elektrik enerjisinin sərfiyyatına dair məbləği ödəmişdir və ödəməyə qadirdir. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının ünvanına gəlmiş qəbzdən məlum olmuşdur ki, elektrik enerjisinin sərfiyyatına görə iddiaçının adında 1200,39 manat borc yaranmışdır. İddiaçı borcun haradan yaranmasına dair cavabdehin rəsmi ünvanına müraciət etdikdən və müəyyən araşdırmalar aparıldıqdan sonra iddiaçıya məlum olmuşdur ki, yaranmış borc onun deyil, mərhum babası X1 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Nərimanov küçəsi, ev 19 ünvanına aid olmuşdur. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 2017-ci ildə adına rəsmiləşdirmiş və 2021-ci ildə həmin torpaq sahəsində ev tikməyə başlamışdır. Evin əsas tikinti işləri başa çatdıqdan sonra 2021-ci ilin dekabr ayının sonlarında iddiaçı ailə üzvləri ilə birlikdə həmin evə köçmüş və hal-hazıradək orada yaşayırlar. İddiaçı yaşadığı ünvana işıq sayğacının quraşdırılmasına dair 2022-ci ilin yanvar ayında «ASAN Xidmət» mərkəzinə və cavabdehin rəsmi idarəsinə müraciət etmiş, müəyyən sənədlər toplanıldıqdan və bununla bağlı müvafiq rüsumlar ödənildikdən sonra "xxxx" ASC-nin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsi tərəfindən ******* №-li protokolu ilə 21636981 nömrəli sayğac quraşdırılmışdır. Həmin protokol icraçı və iddiaçı tərəfindən imzalanmışdır. Həmin dövrdən bu günədək elektrik enerjisinin istifadəsinə görə borcun ödənilməsi iddiaçının vəzifəsidir. Lakin hazırki mübahisə üzrə borc iddiaçının borcu deyil, mərhum babası X1 adına olan borcdur. İddiaçı borcun hansı dövr ərzində yaranmasına dair cavabdehə müraciət etmiş və cavabdehin verdiyi çıxarışda qeyd edilən borc məbləğinin xx.xx.2002-ci ildən xx.xx.2011-ci il tarixədək olan borc olduğu məlum olmuşdur. İddiaçının mərhum babası X3 isə 17 iyun 1997-ci il tarixdə dünyasını dəyişmişdir. Yaranmış borc iddiaçının babasının ölümündən sonrakı dövrü əhatə edir. 2021-ci ildə tikib fərdi yaşayış evi kimi istifadəsində olan mənzilə dair 2002-2011-ci illər ərzində borcun yaranması qeyri-mümkündür. Bundan başqa, iddiaçı sayğacı 2022-ci ildə öz adına rəsmiləşdirmiş və quraşdırmış olsa da, ünvanına gələn borc qəbzlərində babası X1 adı qeyd olunmuşdur. Yəni cavabdehin diqqətsizliyi və ya səhvi nəticəsində iddiaçının adına rəsmiləşən sayğac mərhum babasının adına göstərilmiş, babasının mülkiyyətində olan evin ünvanının başqa olmasına baxmayaraq, iddiaçının 2021-ci ildə tikib yaşadığı ünvan kimi göstərilmiş və barəsində əsassız olaraq borc göstərilmişdir. İddiaçı bununla bağlı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh tərəfindən borcun yaranmasına dair iddiaçıya əsaslı cavab verilməmişdir. Tərəflərin mübahisəsinin həlli yalnız məhkəmə qaydasında mümkündür. Sayğaca iddiaçının müdaxilə etməsi həm mümkün deyil, həm də marağında deyil. İddiaçının barəsində heç bir vaxt hər hansı pul tələbinə dair mübahisə olmamışdır. Sayğac quraşdırılarkən elektrik xətləri cavabdehin nümayəndələri tərəfindən iddiaçının iştirakı ilə çəkilmişdir. İddiaçının iddia tələbi qanuni və əsaslıdır. İddiaçının 2021ci ildən həmin ünvanda yaşaması bütün sənədlərdə öz əksini tapır. Belə olduğu halda iddiaçı əsassız yerə 1200,78 manat məbləğində borc ödəməli deyil. Cavabdeh əsassız olaraq sonuncu borcun yaranmasından 10 ildən artıq müddət keçdikdən sonra onun adına olan sayğacda iddiaçının mərhum babasının adına olan borcun olduğunu bildirərək həmin pulun ödənilməsini tələb edir. Həmin borcun əsassız olması səbəbilə silinməsi zəruridir. İddiaçı öz qaldığı dövr üçün xx.xx.2022-ci il tarixində 35 manat ödəniş etmiş və həmin borc da babasının adına onun sayğacı və abunə kodu üzrə ödənilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə təqdim edərək, hazırki mülki iş üzrə **********A0000 saylı abunə kodunda olan 1174,03 manat məbləğində borcun İddiaçı aidiyyəti olmadığından, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı tələb olunmasının əsassız hesab edilməsi və **********A0000 saylı abonent kodunun İddiaçı adına keçirilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azərİşıq» ASC-nin nümayəndəsi X9 iddianı qəbul etməyib bildirdi ki, İddiaçı 2017-ci ilin may ayında mərhum babası X1 adına olan evi müvafiq bələdiyyə şəhadətnaməsi əsasında öz adına keçirmişdir. **********A0000 saylı abonent kodu da X1 adına olub. Fərdi yaşayış evi iddiaçının adına keçsə də, abonent kodu X1 adında qalmışdır. İddiaçı abonent kodunun öz adına keçirilməsi üçün müvafiq bələdiyyə şəhadətnaməsi almalı, həmin şəhadətnaməni aldıqdan sonra əvvəlki abonent kodunun onun adına keçirilməsi və əvvəlki abonentə görə yaranmış borcun abonent kodundan silinməsi barədə “ASAN Kommunal” xidmətinə müraciət etməli və abonent kodunun adına keçirilməsi ilə bağlı arayış almalı idi. Hesablanmış 1174,03 manat məbləğ 2011-ci ilin sonuna qədər yaranmış borcdur. Göstərilənlərə əsasən, iddia tələbinin əsassız olduğunu və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri Ələt bələdiyyəsinin yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ünvanı ünvan 2 olan Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 588857 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 17 iyun 1997-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 № ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan X7, X4 və X6 tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı hal-hazırda yaşadığı evi 2021-ci ilin əvvəlində tikmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin bildirişindən görünür ki, abonent İddiaçı ünvan 3 ünvanı üzrə əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulma barədə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, ödəniləcək məbləğ 160 manat təşkil etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli orderdən görünür ki, sayğacın quraşdırılmasına və yük hesabatının hazırlanmasına görə İddiaçı tərəfindən 167,50 manat rüsum ödənilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin Sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən tərtib edilmiş “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması” haqqında xx.xx.2022-ci il tarixli ******* №-li protokoldan görünür ki, istehlakçı İddiaçı üçün “M600” tipli, 21636981 nömrəli sayğac quraşdırılmışdır. Mülki işin materiallarında olan abunə haqqında sənəddən görünür ki, Qaradağ rayonu Ələt qəsəbəsi, N.Nərimanov küçəsi, ev 19A ünvanında yaşayan abonent Müseyib Zərəbliyevə (abunə kodu: **********A0000) xx.xx.2002-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək cəmi 1174,03 manat məbləğində borc hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli bildiriş xəbərdarlıqdan görünür ki, abonent Müseyib Zərəbliyevə məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sayğacına (abunə kodu: **********A0000) xx.xx.2022-ci il tarixində olan son göstərici əsas götürülməklə cəmi 1200,39 manat məbləğində borc hesablanmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 7-01/07/Z-066/2/6433 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin informasiya məlumat bazasında **********A0000 abunə kodu ilə Müseyib Zərbəliyevin adına qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdən həmin fərdi yaşayış evinin elektrik enerji təchizatı M600 tipli, ******* zavod nömrəli elektrik sayğacı ilə təmin edilir. Qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə borcu 1174,03 manat məbləğində təşkil edir. Həmin borc elektrik sayğacı quraşdırılan dövrə kimi işlədicilərin gücünə əsasən istehlak olunmuş elektrik enerji sərfiyyatının dəyəridir. Mülki işin materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Ələt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 12/403 nömrəli arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 2021-ci ilin dekabr ayından Ələt qəsəbəsi, N.Nərimanov küçəsi, ev 19A ünvanında qeydiyyatsız yaşayır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz halları ondan ibarət olmuşdur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı babası X2 məxsus olmuş və cavabdeh "xxxx" ASC tərəfindən həmin ünvanda yerləşən evə **********A0000 saylı abunə kodu verilmişdir. X3 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Bundan sonra, belə ki, xx.xx.2002-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək olan dövrdə mərhuma məxsus **********A0000 saylı abunə koduna cavabdeh tərəfindən 1174,03 manat məbləğində borc hesablanmışdır. Məhkəmə tərəfindən müəyyən edilən digər mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanı isə İddiaçı məxsusdur. Belə ki, o, 2021-ci ildə sözügedən ünvanda yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikmiş və 2021-ci ilin dekabr ayından ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixində iddiaçı cavabdehə ünvan 5 ünvanı üzrə əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulma barədə müraciət etmiş, müvafiq məbləğdə rüsum ödəmiş, xx.xx.2022-ci il tarixdə həmin ünvana cavabdeh tərəfindən “M600” tipli, 21636981 nömrəli sayğac quraşdırılmışdır. İddiaçının ünvanına sayğac quraşdırılan zaman cavabdeh tərəfindən ona babasının adına olan **********A0000 saylı abunə kodu verilmiş, buna görə də babasının ölümündən sonra onun adına olan abunə koduna 2002-2011-ci illər ərzində hesablanmış borc məbləği ödənilmədən kodun iddiaçının adına keçirilməsi mümkün olmamışdır. Məhkəmə iddia tələbinin “**********A0000 saylı abunə kodunda olan 1174,03 manat məbləğində borcun İddiaçı aidiyyəti olmadığından, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı tələb olunmasının əsassız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, belə ki, **********A0000 saylı abunə kodunda olan 1174,03 manat məbləğində borcun cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı tələb olunması əsassız hesab edilməlidir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırır ki, **********A0000 saylı abunə kodunda olan 1174,03 manat məbləğində borc məbləği xx.xx.2002-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək olan dövrdə yarandığından, həmin borcun tələb edilməsi üçün mülki qanunvericiliyin normaları ilə müəyyən edilmiş müddət cavabdeh tərəfindən ötürülmüşdür. xx.xx.2011-ci il tarixinədək yaranan ümumi borc məbləğinin tələb edilməsi üçün cavabdeh ən geci, xx.xx.2016-cı il tarixinədək müvafiq qaydada məhkəmədə iddia qaldırmaq hüququna malik idi. İddia müddətinin bitməsindən 6 ildən çox vaxt keçdikdən sonra həmin borc məbləğinin cavabdeh tərəfindən iddiaçıdan tələb olunması əsassızdır, çünki sözügedən öhdəliyə mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-551.2.1-ci maddəsinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Beləliklə, məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən hesab edir ki, **********A0000 saylı abunə kodunda olan 1174,03 manat məbləğində borc Mülki Məcəllənin 551.2.1-ci maddəsində nəzərdə tutulan digər vaxtaşırı ödənişlərdən yaranmış borc kimi qiymətləndirilməli və hazırki hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.2-551.2.1-ci maddəsinə əsasən beş il kimi müəyyən edilməlidir. Sözügedən borc məbləği xx.xx.2011-ci il tarixinədək yarandığından, cavabdehin həmin borcu tələbetmə müddəti olan 5 ildən artıq vaxt keçməsi halı aşkardır. Bu səbəbdən də cavabdehin həmin borc öhdəliyi üzrə iddiaçıya qarşı tələb irəli sürmək hüququ artıq mövcud deyildir. Belə olan halda, məhkəmə həm də prosessual qənaət prinsipini rəhbər tutaraq, iddia tələbinin birinci hissəsinin qismən təmin edilərək, **********A0000 saylı abunə kodunda olan 1174,03 manat məbləğində borcun cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı tələb olunması əsassız hesab edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “**********A0000 saylı abonent kodunun İddiaçı adına keçirilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi qənaəti aşağıdakı hüquq normalarına müvafiq olaraq əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.20-ci bəndinə əsasən, yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin, yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. Beləliklə, məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən hesab edir ki, **********A0000 saylı abunə kodunun iddiaçının adına keçirilməsi üçün iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısına dair müvafiq müqavilə bağlanmalıdır. Lakin iş materiallarından görünür ki, hazırki vəziyyətdə tərəflər arasında müqavilə bağlanmamışdır. Elektrik enerjisinin alqı-satqısı cavabdehin inhisarında olduğundan, hazırki məsələ, yəni abonent kodunun iddiaçının adına keçirilməsi üçün müqavilə bağlamağa məcburetmə Mülki Məcəllənin 390.3-cü maddəsinin təsiri altına düşür. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, **********A0000 saylı abunə kodunda olan 1174,03 manat məbləğində borcun cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı tələb olunması əsassız hesab edilməli, **********A0000 saylı abonent kodunun İddiaçı adına keçirilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********A0000 saylı abunə kodunda olan 1174,03 manat məbləğində borcun cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı tələb olunması əsassız hesab edilsin və **********A0000 saylı abonent kodunun İddiaçı adına keçirilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4477/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4477/2022
31.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver