Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4481/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi,Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız tələb edilən borc məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız tələb edilən borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən 2014-cü ildən əvvəl hesablanmış 1900 (min doqquz yüz) manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, **********0091 saylı abonent koduna hesablanmış 1.900 (min doqquz yüz) manat borcun keçmiş mülkiyyətçi X2 aid edilməsi və "xxxx" ASC ilə onun arasında müqavilə bağlanması və **********20091 nömrəli abonent kodunun onun adına keçirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçirilərək çıxarış verilmişdir. Qeyd olunmalıdır ki, 2014-cü ildə bu mənzili alqı-satqı yolu ilə almışdır və alqı-satqı prosesindən uzun müddət sonra ona bildiriş gəlmişdir və bildirişdə 1.900 manat enerji sərfiyyatına görə borcun olması göstərilmişdir. Bu borcun ona aidiyyatı yoxdur, onun keçmiş sakinlərə görə elektrik enerjisi borcunu ödəmək öhdəliyi yoxdur və bu borc həmin şəxslərdən vaxtında tələb edilməli, ödənilməsi üçün təşəbbüs göstərilməli idi. 8 ildən çox vaxt keçmişdir, hal-hazırda bu borcun ondan tələb edilməsi üçün heç bir əsas yoxdur və ona aid olmayan bu borc məbləği silinməlidir. Belə ki, tərəfindən istifadə edilmiş enerji sərfiyyatları üzrə ödənişlər vaxtı-vaxtında yerinə yetirilir, mütəmadi olaraq ona aid olmayan borc məbləğinin bildirişdə göstərilməsi ciddi narahatçılıq doğurur. Bununla da, onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev küçəsi, ev 62, mənzil 91 ünvanında yerləşən mənzildə quraşdırılmış sayğac üzrə elektrik enerji sərfiyyatı üzrə 2014-cü ildən qabaq hesablanmış 1.900 manat borc məbləğinin silinməsi barədə tədbir görülməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir, lakin heç bir tədbir görülməmiş və ərizəyə cavab verilməmişdir. Ona görə də cavabdeh tərəfindən ondan tələb eidlən əsassız borc məbləği silinməlidir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan 17 mart 2014-cü il tarixli, AN-İ № ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 mülkiyyət hüququ ilə özünə məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 29,47 kv.metr olan mənzili alıcı İddiaçı mülkiyyətinə verimişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, ev 62, mənzil 91 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Mülki işin materiallarında olan Abunə kodu **********20091 olan X2 məxsus sayğac üzrə abunə haqqında məlumatdan görünür ki, sayğac üzərində 1905,22 manat məbləğində qalıq borc qalmışdır. Həmçinin, mülki işin materiallarında olan Abonentin hərəkət cədvəlindən görünür ki, 2022-ci il üçün qalıq borc 3,25 manat məbləğindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Qaydaların 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev küçəsi ünvanında yerləşən ev 62, mənzil 91 17 mart 2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin ünvana aid elektrik sayğacının abonent kodu isə X1, yəni mənzilin əvvəlki mülkiyyətçisinin adında qalmışdır. İddiaçı məlum olmuşdur ki, həmin fərdi yaşayış evinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1.900 məbləğində borc hesablanmışdır. Məhkəmə iddia tələbinin "xxxx" ASC tərəfindən **********20091 nömrəli kod üzrə hesablanmış 1900 (min doqquz yüz) manat məbləğində borc keçmiş mülkiyyətçi X2 aid edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında yeni müqavilə bağlanması, **********20091 nömrəli abonent kodu İddiaçı adına keçirilməsi tələbi ilə qeyd edir ki, tələb əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yainız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kırni istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən **********20091 nömrəli kod üzrə hesablanmış 1900 (min doqquz yüz) manat məbləğində borc keçmiş mülkiyyətçi X2 aid edilməli, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında yeni müqavilə bağlanmalı və **********20091 nömrəli abonent kodu İddiaçı adına keçirilməlidir. Yuxarıda göstərənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən **********20091 nömrəli kod üzrə hesablanmış 1900 (min doqquz yüz) manat məbləğində borc keçmiş mülkiyyətçi X2 aid edilsin. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında yeni müqavilə bağlansın. **********20091 nömrəli abonent kodu İddiaçı adına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4481/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4481/2022
03.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver