Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4496/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə xx xxxxxxx 2020-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı“xxxxxxxxxxx” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********45822 “Samsung Galaxy A8” markalı telefon üçün 558 manat ödənilməmiş hissə, 55 manat cərimə, cəmi 613 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********81778 “Samsung Galaxy A8” markalı telefon üçün 629 manat ödənilməmiş hissə, 62 manat cərimə, cəmi 691 manat, ümumilikdə 1304 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1334 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodları **********45822 və **********81778 olan Samsung Galaxy A8 markalı telefonlar almış və nəticədə 1304 (min üç yüz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1488 (min dörd yüz səksən səkkiz) manat (24 ay x 62 manat + 0 ilkin ödəniş) olan İMEİ kod **********45822 Samsung Galaxy A8 markalı telefon üçün ümumilikdə 613 (altı yüz on üç) manat olmaqla, ondan 558(beş yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 167 manat (0.62 manat x 270 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 55 (əlli beş) manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 1512 (min beş yüz on iki) manat (24 ay x 63 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********81778 Samsung Galaxy A8 markalı telefon üçün ümumilikdə 691 (altı yüz doxsan bir) manat olmaqla, ondan 629 (altı yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 189 manat (0.63 manat x 300 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 62 (altmış iki) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1813 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilənlərə əsasən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********45822 “Samsung Galaxy A8” markalı telefon üçün 558 manat ödənilməmiş hissə, 55 manat cərimə, cəmi 613 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********81778 “Samsung Galaxy A8” markalı telefon üçün 629 manat ödənilməmiş hissə, 62 manat cərimə, cəmi 691 manat, ümumilikdə 1304 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1334 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə çatdırılsa da, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə ümumilikdə dəyəri 1488 manat təşkil edən İMEİ kodu **********45822 olan “Samsung Galaxy A8” markalı telefonun və ümumilikdə dəyəri 1512 manat təşkil edən İMEİ kodu **********81778 olan “Samsung Galaxy A8” markalı telefonun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əlavə ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 55 manat və 62 manat təşkil edir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 00147723 nömrəli alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy A8” markalı mobil telefon tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 00147464 nömrəli alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy A8” markalı mobil telefon tam qüsursuz halda təhvil verilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh hər iki müqavilə üzrə borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 670954626) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə hissə-hissə ödəmə şərti ilə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2018-ci il tarixli müqavilə üzrə cavabdehə 558 manat əsas borc, 55 manat cərimə borcu, cəmi 613 manat, xx.xx.2018-ci il tarixli digər müqavilə üzrə 629 manat əsas borc, 62 manat cərimə borcu, cəmi 691 manat, ümumilikdə isə 1304 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqısatqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 55 manat və 12 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 558 manat, cərimə borcu üzrə 55 manat, xx.xx.2018-ci il tarixli digər müqavilə əsasında əsas borc üzrə 629 manat, cərimə borcu üzrə 62 manat, ümumilikdə hər iki müqavilə üzrə 1304 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 556-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 558 manat, cərimə borcu üzrə 55 manat, xx.xx.2018-ci il tarixli digər müqavilə əsasında əsas borc üzrə 629 manat, cərimə borcu üzrə 62 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1334 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4496/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4496/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver