Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4501/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsini cəlb etməklə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsini cəlb etməklə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsi üzrə İddiaçı həmin müqaviləyə xitam verildiyi tarixədək əmək müqavilələri üzrə öhdəliklərini vaxtında və tam şəkildə icra etmiş və cavabdehin nümunəvi işçilərindən olmağı bacarmışlar. Lakin, xx.xx.2020-ci il tarixdə Philip Naylor adlı şəxs (cavabdehin hal-hazırda direktoru olan şəxs) filiala daxil olaraq həmin şəxsin işdən azad olunduğunu bildirmişdir. Hətta, bu zaman, həmin şəxsin özü ilə birgə filiala gətirdiyi hüquqşünas iddiaçıya könüllü qaydada işdən azad olunma ilə bağlı ərizə yazmağı təklif etmiş, əks təqdirdə, əmək müqaviləsinə cavabdehin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad olunacağı, bunun isə onun üçün gələcəkdə iş tapmağına maneə olacağı ilə hədələmişdir. İddiaçının hüquqi savadsızlığından istifadə edən həmin şəxslər iddiaçıdan işdən çıxması barədə ərizə almağa nail olmuşlar. Lakin həmin ərizənin təqdim edilməsi üzərindən 24 saat müddət keçməmiş iddiaçı tərəfindən verilmiş ərizənin etibarsız hesab edilməsi barəsində cavabdehə yeni ərizə təqdim edilmişdir. Təəssüflər olsun ki, bu günədək iddiaçının işinə qaytarılması üçün cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri barəsində iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edilmişdir. Dövlət Əmək Müfəttişliyi tərəfindən cavabdehin etdiyi qanunsuz əməllər araşdırılmamış və nəticədə, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Philip Naylorun barəsində İnzibati Xtalar Məcəlləsinin 192.4-192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələri ilə xx xxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli 003/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər, İddiaçı işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə brpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində iddiaçıya vurulmuş 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddiada göstərilənləri təsdiq edərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili X5 iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirdi ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunvericiliyin tələbi iddia müddətləri baxımından pozulmuşdur. İddiaçı işdən öz xahişinə əsasən xx.xx.2020-ci il tarixdən azad edilib və bu barədə müvafiq əmr elə həmin gün ona təqdim edilib. Deməli, İddiaçı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə yalnız həmin tarixdən Əmək Məcəlləsinin 296.2-ci maddəsinə uyğun olaraq, bir ay müddətində, yəni xx.xx.2020-ci il tarixədək müraciət edə bilərdi. İddiaçı isə məhkəməyə işdən azad edildiyi tarixdən üç aydan artıq vaxt keçdikdən sonra müraciət edib ki, bununla işə bərpa tələbini irəli sürmək üçün iddia müddətini ötürmüş olub. Qeyd olunanlara əsasən iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialında satış üzrə dəstəkçi vəzifəsində işləmişdir. İş materiallarında olan İddiaçı tərəfindən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərinin adına yazılmış ərizədən görünür ki, onu şirkətdə tutduğu vəzifədən xx.xx.2020-ci il tarixdən etibarən azad edilməsini və həmin tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri Philip Naylorun xx xxx 2020-ci il tarixli, 003/20 №-li əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış xx xxxx 2011-ci il trixli Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən etibarən xitam verilməsi və o,«xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Filialında tutduğu vəzifəsindən həmin tarixdən etibarən azad edilməsi əmr edilmişdir. İş üzrə xxxxxxx0001X0 saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı əmək müqaviləsi xx.xx.2011-ci il tarixdə bağlanılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərinin adına ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə işdən çıxması ilə bağlı ləğv edilməsini, həmin ərizənin o, könüllü deyil psixoloji təzyiq əsasında yazmasını göstərilmiş, əmək qanunvericiliyinin tələblərini rəhbər tutaraq həmin ərizənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri X10 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1700 manat cərimə məbləğində cərimə edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X8 və qeyrilərinə, surəti Dövlət Əmlak Müfəttişliyi Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən İddiaçı, X2, X3, X4 cəmiyyət ilə aralarında bağlanmış əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə (işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər) əsasən xitam verildiyi, X6 isə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verildiyi bildirmiş, son haqq-hesabların 83-cü maddəsinin 2-ci hissəsinin (əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu işgünü işçiyə verilməlidir) tələblərinə müvafiq olaraq sonuncu iş günü işəgötürən tərəfindən X7 və İddiaçı tam ödənilmədiyi, və əmək müqavilələrinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulduğu məlum olmuşdur. Bununla bağlı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru X12 barəsində AR İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və filialın rəhbərliyinə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması ilə bağlə məktub göndərilmişdir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 3(006)-1980/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialında xeyli müddət satış üzrə dəstəkçi vəzifəsində işləmiş və xx.xx.2020-ci il tarixdə ərizə yazaraq öz xahişi ilə elə həmin tarixdən işdən azad olunmaq barədə ərizəsi nəzərə alaraq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət etmiş və xx.xx.2020-ci il tarixli işdən çıxması ilə bağlı ərizəni psixoloji təzyiq əsasında yazılmasını bildirərək, onun ləğv edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin 69-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Qeyd olunan maddədən aydın olur ki, əgər işçi işdən azad olunma ilə bağlı ərizə vermişsə, həmin ərizədə işdən azad olunma barədə tarix müəyyən olunmamışsa 1 aylıq (xəbərdarlıq müddəti) müddət gözləmədən əmək müqaviləsinə xitam verilməsi mümkündür. Bundan əlavə araşdırmalar zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmrə əsasən (əmrin məzmunu ilə xx.xx.2020-ci il tarixdə tanış olmuşdur) işdən azad olunsa da, məhkəməyə xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi və vəkili Həsən Nəsibov yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə iddianın digər tələb hissələri olan maddi və mənəvi zaiyanla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa tələbi təmin olunmadığına görə, digər tələblərdə bundan asılı olduğundan prosessual qənaət prinsipi nəzərə alınmaqla əlavə araşdırılma aparılmadan bu hissədə də iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsini cəlb etməklə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, həmçinin qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsini cəlb etməklə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4501/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4501/2020
23.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver