Məhkəmə qərarları › İş №2(006)-4514/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4514/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4514/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMCnin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə 14.06.2019-cu il, 21.09.2019-cu il, 12.04.2020-ci il tarixli müqavilələrinə əsasən, Samsung Soyuducu, İMEİ Kodu **********47625 olan iPhone 6s markalı telefon, İMEİ Kodu **********18491 olan Samsung galaxy A10 markalı telefon almış və nəticədə 1888 (min səkkiz yüz səksən səkkiz,) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2452 (iki min dörd yüz əlli iki) manat (18 ay x 136 manat + 4 manat ilkin ödəniş) Samsung Soyuducu üçün ümumilikdə, 1196 (min yüz doxsan altı) manat olmaqla ondan, 1088 (min səksən səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 108 (yüz səkkiz) manat cərimə; 21.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 856 (səkkiz yüz əlli altı) manat (12 ay x 63 manat + 100 manat ilkin ödəniş) İMEİ Kodu **********47625 olan iPhone 6s markalı telefon üçün ümumilikdə, 325 (üş yüz iyirmi beş) manat olmaqla ondan, 296 (iki yüz doxsan altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29 (iyirmi doqquz) manat cərimə; 12.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 378.6 (üç yüz yetmiş səkkiz manat, altmış qəpik) manat (12 ay x 30 manat 30 qəpik + 15 manat ilkin ödəniş) İMEİ Kodu **********18491 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 367 (üç yüz altmış yeddi) manat olmaqla ondan, 333.6 (üç yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.4 (otuz üç manat, qırx qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1969 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən 14.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Soyuducu üçün 1088 (min səksən səkkiz) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat cərimə; 21.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********47625 olan iPhone 6s markalı telefon üçün 296 (iki yüz doxsan altı) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə; 12.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********18491 olan Samsung galaxy A10 markalı telefon üçün 333.6 (üç yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 33.4 (otuz üç manat, qırx qəpik) manat cərimə miqdarında borc olmaqla, ümumilikdə, 1888 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.06.2019-cu il tarixli, 00721990 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" Samsung markalı soyuducunu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.09.2019-cu il tarixli, 00928484 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İMEİ Kodu **********47625 olan iPhone 6s markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.04.2020-ci il tarixli, 20221327 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İMEİ Kodu **********18491 olan Samsung galaxy A10 markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 17 may 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdehnın "xxxx" MMC-yə 14.06.2019-cu il tarixli müqavilə üzrə 1088 manat ödənilməmiş məbləğ, 108 manat cərimə borcu; 21.09.2019-cu il tarixli müqavilə üzrə 296 manat ödənilməmiş məbləğ, 29 manat cərimə borcu; 12.04.2020-ci il tarixli müqavilə üzrə 333,60 manat ödənilməmiş məbləğ, 33,40 manat cərimə borcu olmaqla, cəmi 1888 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 09.11.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.06.2019-cu il, 21.09.2019-cu il və 12.04.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən "xxxx" MMC , Samsung soyuducu, İMEİ Kodu **********47625 olan iPhone 6s markalı telefonu, İMEİ Kodu **********18491 olan Samsung galaxy A10 markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə müvafiq olaraq 18 ay, və 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun "xxxx" MMC-yə 14.06.2019-cu il tarixli müqavilə üzrə 1088 manat ödənilməmiş məbləğ, 108 manat cərimə borcu; 21.09.2019-cu il tarixli müqavilə üzrə 296 manat ödənilməmiş məbləğ, 29 manat cərimə borcu; 12.04.2020-ci il tarixli müqavilə üzrə 333,60 manat ödənilməmiş məbləğ, 33,40 manat cərimə borcu olmaqla, cəmi 1888 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14.06.2019-cu il tarixli müqavilə üzrə 1088 (min səksən səkkiz) manat ödənilməmiş məbləğ, 108 (bir yüz səkkiz) manat cərimə borcu; 21.09.2019cu il tarixli müqavilə üzrə 296 (iki yüz doxsan altı) manat ödənilməmiş məbləğ, 29 (iyirmi doqquz) manat cərimə borcu; 12.04.2020-ci il tarixli müqavilə üzrə 333,60 (üç yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş məbləğ, 33,40 (otuz üç manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 1888 (bir min səkkiz yüz səksən səkkiz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 1918 (bir min doqquz yüz on səkkiz) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 14.06.2019-cu il tarixli müqavilə üzrə 1088 (min səksən səkkiz) manat ödənilməmiş məbləğ, 108 (bir yüz səkkiz) manat cərimə borcu; 21.09.2019-cu il tarixli müqavilə üzrə 296 (iki yüz doxsan altı) manat ödənilməmiş məbləğ, 29 (iyirmi doqquz) manat cərimə borcu; 12.04.2020-ci il tarixli müqavilə üzrə 333,60 (üç yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş məbləğ, 33,40 (otuz üç manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 1888 (bir min səkkiz yüz səksən səkkiz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 1918 (bir min doqquz yüz on səkkiz) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar