Məhkəmə qərarları › İş №2(006)-4531/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4531/2024

22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4531/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi”nin X3 maraqlı şəxs qismində cəlb edilməklə «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi”nin X3 maraqlı şəxs qismində cəlb edilməklə «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük Sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən, fərdi mənzil tikintisi üçün 1-627 saylı kodla Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinə dair ərizəçiyə Qeydiyyat vəsiqəsi və Texniki pasport təqdim edilmişdir. Həmin sənədlərdə soyadı düzgün yazılmışdır. Lakin bugünə qədər qeyd olunan torpaq sahəsinə müəyyən səbəblərdən çıxarış alınması mümkün olmamışdır. Halbuki, torpaq sahəsi 2003-cü ildən torpaq sahəsi ərizəçinin istifadəsindədir. Belə ki, Ərizəçi qeyd olunan torpaq sahəsinə dair arayışın alınması məqsədilə cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 müraciət etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük Sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən, fərdi mənzil tikintisi üçün 1-627 saylı kodla X6 0,10 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Bildirilmişdir ki, təqdim olunan sənədlərdə Ərizəçi, arxivdə isə X7 qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində soyadı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Buna görə də maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 ərizəçinin müraciətini təmin etməkdən imtina etmişdir. Ona görə də ərizəçi belə bir ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, məhkəmə tərəfindən ərizəçinin tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Əks halda mülkiyyətində olan əmlakı sənədləşdirə bilməyəcək. Göstərilənlərə əsasən, fərdi mənzil tikintisi üçün 1-627 saylı kodla X6 0,10 ha həyətyanı torpaq sahəsi verilməsinə dair Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçiliksüdçülük Sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinin Ərizəçi məxsus olması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublı̇ kası Prezı̇ dentı̇ nin İşlər İdarəsı̇ nin X4 xx.xx.2003-cü il tarixli əmrinə əsasən fərdi mənzil tikintisi üçün ona Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 0,10 ha həyatyanı torpaq sahəsi ayrılmışdır. Bununla bağlı ona qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Lakin o, bugünə kimi həmin sahəyə çıxarış ala bilmir. Belə ki, o, bununla bağlı maraqlı şəxsə müraciət etdikdə oradan ona bildirilmişdir ki, həmin sahənin ona verilməsi müəyyən olunsa da, arxiv sənədlərində onun soyadında yanlışlığa yol verilərək X7 qeyd edildiyindən müvafiq arayışın verilməsi üçün şəxsin eyniliyini təsdiq edən sənəd təqdim edilməlidir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmədə ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, Azərbaycan Respublı̇ kası Prezı̇ dentı̇ nin İşlər İdarəsı̇ nin X4 21 may 2003-cü il tarixli əmrinə əsasən ərizəçiyə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Lakin sənədlərdə ərizənin soyadı “Şahruqova” əvəzinə “Şahqudova” qeyd edildiyindən hazırda ərizəçi torpaq sahəsinin sənədləşdirilməsi işlərində çətinlik çəkdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan AR Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən yaşayış sahəsi 20.2 kv.m 1 otaqdan ibarət yaşayış evi Ərizəçi adına mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyəti üzrə 20 avqust 1999-cu il tarixli sərəncamına əsasən qeydə alınmışdır. 8.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X5 ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Nəzərə çatdırılır ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 1-627 saylı kodla X6 0,10 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim edilən sənədlərdə Ərizəçi, arxivdə isə X7 qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində soyadı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 21 may 2003-cü il tarixli, 28 nömrəli Əmrinə əsasən Siyahıda adı göstərilən X4 işçilərinin hər birinə (X7 da daxil olmaqla) fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 11.Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 12.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 13.Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 15.Həmin Qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 16.Göründüyü kimi sözügedən hüquqmüəyyənedici sənəddə ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən texniki səhvə yol verilmiş, ərizəçinin soyadı qeyri-düzgün yazılmışdır (“Şahruqova” əvəzinə “Şahqudova” qeyd edilmişdir). Qeyd olunan yanlışlığa görə ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. 17.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (keçmiş Buzovna Tərəvəzçilik-südçülük Sovxozu) tərəfindən fərdi mənzil tikintisi üçün 1-627 saylı kodla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair 21 may 2003-cü il tarixli 28 saylı əmrinin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 19.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 20.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (keçmiş Buzovna Tərəvəzçilik-südçülük Sovxozu) tərəfindən fərdi mənzil tikintisi üçün 1- 627 saylı kodla X6 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair 21 may 2003-cü il tarixli 28 saylı arxiv əmrinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin (eyni şəxs olması). Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar