Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4539/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Həxiyeva Şəbnəm Səlim qızının katibliyi, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********01965 olan “Samsung Galaxy A6” markalı telefon, 4D Glass Full BLACK, “Galaxy A6 Aero Chicago” markalı aksessuarlar, “Sony” markalı PLAYSTATİON-4, İMEİ kodu **********48048 olan “Samsung Galaxy A10” markalı telefon, “LG LED” markalı televizor, İMEİ kodu **********62229 olan “Samsung Galaxy A50” markalı telefon almış və nəticədə 3672 (üç min altı yüz yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 831 (səkkiz yüz otuz bir) manat (12 ay x 69 manat + 3 ilkin ödəniş) olan İMEİ kodu **********01965 olan “Samsung Galaxy A6” markalı telefon, 4D Glass Full BLACK, “Galaxy A6 Aero Chicago” markalı aksessuarları üçün 207 (iki yüz yeddi) manat olmaqla ondan, 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1280 (bir min iki yüz səksən) manat (12 ay x 90 manat +200 manat ilkin ödəniş) olan “Sony” markalı PLAYSTATİON-4 üçün 1287 (bir min iki yüz səksən yeddi) manat olmaqla ondan, 990 (doqquz yüz qoxsan) manat ödənilməmiş hissə, 297 (iki doxsan yeddi) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 299 (iki yüz doxsan doqquz) manat (6 ay x 42 manat + 47 manat ilkin ödəniş) olan İMEİ kodu **********48048 olan “Samsung Galaxy A10” markalı telefon üçün 315 (üç yüz on beş) manat olmaqla, ondan 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900 (doqquz yüz) manat (12 ay x 75 manat ) olan “LG LED” markalı televizor üçün 1170 (bir min yüz yetmiş) manat olmaqla, ondan 900 (doqquz yüz) manat ödənilməmiş hissə, 270 (iki yüz yetmiş) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 768 (yeddi yüz altmış səkkiz) manat (12 ay x 64 manat) olan İMEİ kodu **********62229 olan “Samsung Galaxy A50” markalı telefon üçün 693 (altı yüz doxsan üç) manat olmaqla, ondan 640 (altı yüz qırx) manat ödənilməmiş hissə, 53 (əlli üç) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1151 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönədilə bilər. Göstərilənlərə əsasən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********01965 olan “Samsung Galaxy A6” markalı telefon, 4D Glass Full BLACK, “Galaxy A6 Aero Chicago” markalı aksessuarları üçün 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat dəbbə, cəmi 207 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Sony” markalı PLAYSTATİON-4 üçün 990 (doqquz yüz qoxsan) manat ödənilməmiş hissə, 297 (iki doxsan yeddi) manat dəbbə pulu, cəmi 1287 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********48048 olan “Samsung Galaxy A10” markalı telefon üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat dəbbə pulu, cəmi 315 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “LG LED» markalı televizor üçün 900 (doqquz yüz ) manat ödənilməmiş hissə, 270 (iki yüz yetmiş) manat dəbbə pulu, cəmi 1170 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********62229 olan “Samsung Galaxy A50” markalı telefon üçün 640 (altı yüz qırx) manat ödənilməmiş hissə, 53 (əlli üç) manat dəbbə pulu, cəmi 693 manat, ümumilikdə 3672 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3702 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2019-cu il tarixli, 00526751 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ kodu **********01965 olan “Samsung Galaxy A6” markalı telefonu, 4D Glass Full BLACK, “Galaxy A6 Aero Chicago” markalı aksessuarları Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00764019 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC “Samsung Galaxy A50” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 00836085 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC “Sony” markalı PLAYSTATİON-4-ü Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 00886204 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC “LG LED” markalı televizoru Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 00904719 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC “Samsung Galaxy A10” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 06 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 145 manat ödənilməmiş borcu, 62 manat dəbbə borcu, cəmi 207 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 990 manat ödənilməmiş borcu, 297 manat dəbbə borcu, cəmi 1287 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 252 manat ödənilməmiş borcu, 63 manat dəbbə borcu, cəmi 315 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 900 manat ödənilməmiş borcu, 270 manat dəbbə borcu, cəmi 1170 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 640 manat ödənilməmiş borcu, 53 manat dəbbə borcu, cəmi 693 manat olmaqla, ümumilikdə 3672 manat borcu vardır. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən «xxxx» MMC İMEİ kodu **********01965 olan “Samsung Galaxy A6” markalı telefon, 4D Glass Full BLACK, “Galaxy A6 Aero Chicago” markalı aksessuarlar, “Sony” markalı PLAYSTATİON-4, İMEİ kodu **********48048 olan “Samsung Galaxy A10” markalı telefon, “LG LED” markalı televizor, İMEİ kodu **********62229 olan “Samsung Galaxy A50” markalı telefonı Cavabdeh vermiş, Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «xxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 145 manat ödənilməmiş borcu, 62 manat dəbbə borcu, cəmi 207 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 990 manat ödənilməmiş borcu, 297 manat dəbbə borcu, cəmi 1287 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 252 manat ödənilməmiş borcu, 63 manat dəbbə borcu, cəmi 315 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 900 manat ödənilməmiş borcu, 270 manat dəbbə borcu, cəmi 1170 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 640 manat ödənilməmiş borcu, 53 manat dəbbə borcu, cəmi 693 manat olmaqla, ümumilikdə 3672 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissələrdə qismən təmin edilərək dəbbə pulu xx xxxxxx 2019-cu il tarixli, 00526751 saylı müqavilə üzrə 15 manat məbləğində, xx xxxxxx 2019-cu il tarixli, 00836085 saylı müqavilə üzrə 100 manat məbləğində, xx xxxxxxxx 2019-cu il tarixli, 00904719 saylı müqavilə üzrə 25 manat, xx xxxxxxxx 2019-cu il tarixli, 00886204 saylı müqavilə üzrə 90 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 00526751 saylı müqavilə üzrə 145 (bir yüz qırx beş) manat ödənilməmiş məbləğ, 15 (on beş) manat dəbbə pulu, cəmi 160 (bir yüz altmış) manat, xx xxxxxx 2019-cu il tarixli, 00836085 saylı müqavilə üzrə 990 (doqquz yüz doxsan) manat ödənilməmiş məbləğ, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 1090 (bir min doxsan) manat, xx xxxxxxxx 2019-cu il tarixli, 00904719 saylı müqavilə üzrə 252 (iki yüz əlli iki) manat ödənilməmiş məbləğ, 25 (iyirmi beş) manat dəbbə pulu, cəmi 277 (iki yüz yetmiş yeddi) manat, xx xxxxxxxx 2019-cu il tarixli, 00886204 saylı müqavilə üzrə 900 (doqquz yüz) manat ödənilməmiş məbləğ, 90 (doxsan) manat dəbbə pulu, cəmi 990 (doqquz yüz doxsan) manat, xx xxxx 2019-cu il tarixli, 00764019 saylı müqavilə üzrə 640 (altı yüz qırx) manat ödənilməmiş məbləğ, 53 (əlli üç) manat dəbbə pulu, cəmi 693 (altı yüz doxsan üç) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 3240 (üç min iki yüz qırx) manat məbləğində pul alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 00526751 saylı müqavilə üzrə 145 (bir yüz qırx beş) manat ödənilməmiş məbləğ, 15 (on beş) manat dəbbə pulu, cəmi 160 (bir yüz altmış) manat, xx xxxxxx 2019-cu il tarixli, 00836085 saylı müqavilə üzrə 990 (doqquz yüz doxsan) manat ödənilməmiş məbləğ, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 1090 (bir min doxsan) manat, xx xxxxxxxx 2019-cu il tarixli, 00904719 saylı müqavilə üzrə 252 (iki yüz əlli iki) manat ödənilməmiş məbləğ, 25 (iyirmi beş) manat dəbbə pulu, cəmi 277 (iki yüz yetmiş yeddi) manat, xx xxxxxxxx 2019-cu il tarixli, 00886204 saylı müqavilə üzrə 900 (doqquz yüz) manat ödənilməmiş məbləğ, 90 (doxsan) manat dəbbə pulu, cəmi 990 (doqquz yüz doxsan) manat, xx xxxx 2019-cu il tarixli, 00764019 saylı müqavilə üzrə 640 (altı yüz qırx) manat ödənilməmiş məbləğ, 53 (əlli üç) manat dəbbə pulu, cəmi 693 (altı yüz doxsan üç) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 3240 (üç min iki yüz qırx) manat məbləğində pul alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4539/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4539/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver