Məhkəmə qərarları › İş №2(006)-4540/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4540/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4540/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında xx xxxxxxx 2020-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********38781 olan HOFFMANN X Ultra markalı telefon üçün 134 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu, cəmi 134 manat; xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən 6.5 X2 328 manat ödənilməmiş hissə, 32 manat cərimə pulu, cəmi 360 manat; xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********07678 olan Samsung Galaxy J4 plus markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə pulu, cəmi 154 manat; xx xxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********30258 olan Samsung Galaxy A7 markalı telefon üçün 160 manat ödənilməmiş hissə, 16 manat cərimə pulu, cəmi 176 manat; ümumilikdə 824 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 854 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx xxxxxx 2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli, xx xxxxxx 2019-cu il tarixli və xx xxx 2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********38781 olan HOFFMANN X Ultra markalı telefon, 6.5 X2, İMEİ kodu **********07678 olan Samsung Galaxy J4 plus markalı telefon və İMEİ kodu **********30258 olan Samsung Galaxy A7 markalı telefon almış nəticədə 824 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 329 manat (18 ay x 18 manat +5 manat ilkin ödəniş) İMEİ kodu **********38781 olan HOFFMANN X Ultra markalı telefon üçün ümumilikdə 134 manat olmaqla ondan, 134 manat ödənilməmiş hissə, 5 manat (0.18 manat x 30 gün) güzəşt edilərək 0 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 492 manat (12 ay x 41 manat +0 manat ilkin ödəniş) olan 6.5 X2 üçün ümumilikdə 360 manat olmaqla ondan, 328 manat ödənilməmiş hissə, 98 manat (0.41 manat x 240 gün) güzəşt edilərək 32 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 420 manat (12 ay x 35 manat +0 manat ilkin ödəniş) olan İMEİ kodu **********07678 olan Samsung Galaxy J4 plus markalı telefon üçün ümumilikdə 154 manat olmaqla ondan, 140 manat ödənilməmiş hissə, 42 manat (0.35 manat x 120 gün) güzəşt edilərək 14 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 manat (06 ay x 100 manat +0 manat ilkin ödəniş) olan İMEİ kodu **********30258 olan Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə 176 manat olmaqla ondan, 160 manat ödənilməmiş hissə, 60 manat (1 manat x 60 gün) güzəşt edilərək 16 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1079 manat təşkil edir. Qeyd edilənlərə əsasən, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********38781 olan HOFFMANN X Ultra markalı telefon üçün 134 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu, cəmi 134 manat; xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən 6.5 X2 328 manat ödənilməmiş hissə, 32 manat cərimə pulu, cəmi 360 manat; xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********07678 olan Samsung Galaxy J4 plus markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə pulu, cəmi 154 manat; xx xxx 2019cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********30258 olan Samsung Galaxy A7 markalı telefon üçün 160 manat ödənilməmiş hissə, 16 manat cərimə pulu, cəmi 176 manat; ümumilikdə 824 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 854 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə mövcuddur və tələb MPM-nin 284-1-ci maddəsinə uyğundur. Ərizə icraata qəbul edilmiş və Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat icraatında baxılmışdır. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilədən görünür ki, «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 18 ay müddətinə olmaqla ayda 18 manat ödəmək şərti ilə nisyə “Mal” (HOFFMANN X Ultra markalı telefon) satmışdır. İş materiallarında olan «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilədən görünür ki, «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 12 ay müddətinə olmaqla ayda 41 manat ödəmək şərti ilə nisyə “Mal” (6.5 X2) satmışdır. İş materiallarında olan «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilədən görünür ki, «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 12 ay müddətinə olmaqla ayda 35 manat ödəmək şərti ilə nisyə “Mal” (Samsung Galaxy J4 plus markalı telefon) satmışdır. İş materiallarında olan «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilədən görünür ki, «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 06 ay müddətinə olmaqla ayda 10 manat ödəmək şərti ilə nisyə “Mal” (Samsung Galaxy A7 plus markalı telefon) satmışdır. İşdə olan xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il xx.xx.2019 –cu il tarixli bildirişlərdən müəyyən olunur ki, Cavabdeh malları qüsursuz şəkildə təhvil almışdır. Mülki işin materiallarında olan maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdehin xx.xx.2019-cu il tarixli Müqavilə üzrə əsas borca 195 manat, xx.xx.2019-cu il tarixli Müqavilə üzrə əsas borca 164 manat, xx.xx.2019-cu il tarixli Müqavilə üzrə əsas borca 280 manat, xx.xx.2019-cu il tarixli Müqavilə üzrə əsas borca 440 manat məbləğində ödəniş etmişdir, 824 manat məbləğində ümumilikdə ödənilməmiş borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh “xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il xx.xx.2019 –cu il tarixli müqavilələrdən irəli gələn öhdəliklərinin icra edilməməsinə görə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətiilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilələr hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 429.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 600-cı maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələri üzrə sonuncunun müqavilələr öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********38781 olan HOFFMANN X Ultra markalı telefon üçün 134 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu, cəmi 134 manat; xx xxxx 2019cu il tarixli müqaviləsinə əsasən 6.5 X2 328 manat ödənilməmiş hissə, 32 manat cərimə pulu, cəmi 360 manat; xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********07678 olan Samsung Galaxy J4 plus markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə pulu, cəmi 154 manat; xx xxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********30258 olan Samsung Galaxy A7 markalı telefon üçün 160 manat ödənilməmiş hissə, 16 manat cərimə pulu, cəmi 176 manat; ümumilikdə 824 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 854 (səkkiz yüz əlli dörd) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********38781 olan HOFFMANN X Ultra markalı telefon üçün 134 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu, cəmi 134 manat; xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən 6.5 X2 328 manat ödənilməmiş hissə, 32 manat cərimə pulu, cəmi 360 manat; xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********07678 olan Samsung Galaxy J4 plus markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə pulu, cəmi 154 manat; xx xxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********30258 olan Samsung Galaxy A7 markalı telefon üçün 160 manat ödənilməmiş hissə, 16 manat cərimə pulu, cəmi 176 manat; ümumilikdə 824 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 854 (səkkiz yüz əlli dörd) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar