Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4552/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri X8 Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət ederək, 15 may 1962-ci il təvəllüdlü X1 aid ölüm haqqında şəhadətnamə səhvən yazılmış adının nikah haqqında şəhadətnamədəki olan əsl adı kimi oxunmasına dair qətnamə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan Respublikasının Quqark rayonunun Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, İİ-CЛ 347278 nömrəli ölüm haqqında şəhadətnamənin X1 məxsus olması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum həyat yoldaşı X3 15 may 1962ci il tarixində Ermənistan Respublikası Quqark rayonunun Aydarli kəndində anadan olub, 08 fevral 1989-cu il tarixində Quqark rayonunun Aydarli kəndində vəfat edib. O, Aydarli kəndinin ərazisində yerləşən kənd qəbiristanlığında dəfn edilib. Onlar qaçqın düşməmişə qədər orada yaşadığları müddətdə ölüm faktının təsdiq edilməsi barədə yoldaşına oradan ölüm haqqında şəhadətnamə almışlar. Lakin şəhadətnamə rus dilində yazıldığı üçün yoldaşının adının düzgün yazılmasına diqqət etməmişdir. Həmin dövr müharibənin başlaması onların oranı tərk etməyə məcbur qoymuş və vaxtın qalmadığı üçün şəhadətnamədə düzəliş etdirə bilməmişlər. Qeyd olunan məsələ ilə bağlı Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etdi və oradan ona şifahi şəkildə işçilər tərəfindən bildirildi ki, Ermənistan Respublikasından alınan aiddiyyəti sənədlərin verilməsi, düzəlişin edilməsi və ya hər hansı bir qeydiyyat hərəkətlərin aparılması üçün həmin sənədlərin baza arxivinin olmaması ilə əlaqədar məhkəməyə müraciət edilməsi məsləhət görüldü. Qeyd edir ki, mülkiyyətçi olduğu mənzildən övladlarına paylarının bağışlanması üçün notarius hərəkətlərinin edilməsində təqdim etdikləri atalarının İİ-CЛ 347278 nömrəli, 18 aprel 1989cu il tarixli ölüm haqqında şəhadətnaməsində adının səhv yazılması müəyyən edilmiş və bağışlanma hərəkətlərinin icrası baş tutmamışdır. Onun ölüm faktını təsdiq edən sənəd (şəhadətnamə) Ermənistan Respublikasının Quqark rayonunun Qeydiyyat şöbəsi tərəfindən verilmişdir. Həyat yoldaşı 08 fevral 1989-cu il tarixində vəfat edib. Bundan başqa ərizəyə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən göründüyü kimi yoldaşının adı Müsəllimdir və bu da onu təsdiq edir ki, həmin sənədin və ya digər (əvvəlki) sənədlərdən birinin əsasında ölüm haqqında şəhadətnamə verilmişdir. Hazırda mülkiyyətində olan mənzildən övladlarına payların müəyyən edilərək bağışlanması üçün müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. Mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsində adının Müsəllim yox səhvən Müslim yazıldığından biz bağışlama ilə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmirik. Buna görə də məhkəmə qaydasında əhəmiyyətli hüquqi faktının (şəhadətnamədə düzəlişin edilməsi və ya ləğv edilərək yenisinin verilməsi) müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, X5 halhazırda sağdır, onun qardaşı X3 isə 1989-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, qardaşı X3 ilə adı səhv düşüb, qardaşı 1989-cü ildə vəfat etmişdir. Maraqlı şəxslər qismində cəlb edilən Bakı şəhəri X8 Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxslər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ermənistan Respublikasının Quqark rayonunun Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, İİ-CЛ 347278 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin mərhum həyat yoldaşının soyadı, adı və ata adı “X6 ” olaraq qeyd edilmişdir. İş materiallarında olan 22 oktyabr 1983-cü il tarixli, İİ-CЛ 335409 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin mərhum həyat yoldaşının soyadı, adı və ata adı “X3 ” olaraq qeyd edilmişdir. İş materiallarında olan 23 sentyabr 1976-cı il tarixli, 39571353 nömrəli X2 Gənglər İttifaqı üzvünün uçot kartınnan görünür ki, ərizəçinin mərhum həyat yoldaşının soyadı, adı və ata adı “X3 ” olaraq qeyd edilmişdir. Beləliklə, ərizəçinin izahatı və iş materiallarında olan sübutlar əsasında Ermənistan Respublikasının Quqark rayonunun Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, İİ-CЛ 347278 nömrəli ölüm haqqında şəhadətnamənin X1 məxsus olması faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində də qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ermənistan Respublikasının Quqark rayonunun Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, İİ-CЛ 347278 nömrəli ölüm haqqında şəhadətnamənin X1 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ermənistan Respublikasının Quqark rayonunun Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, İİ-CЛ 347278 nömrəli ölüm haqqında şəhadətnamənin X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4552/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4552/2023
05.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver