Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-456/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «pul» tələbinə dair ilkin iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri. Akademik M.Qaşqay küçəsi, 28 saylı evin 21 saylı mənzilinə dair Bakı şəhər 54 saylı Notariat Kontorunda bağlanmış 08.04.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş və mənzilin dəyərini təşkil edən 214.000 (iki yüz on dörd min) manatın, o cümlədən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 214.030 (iki yüz on dörd min otuz) manatın Cavabdeh alınaraq ona, yəni İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X11 Babaşova Aygün Cabbar qızına, Cavabdeh, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhəri 21 saylı Notariat Kontoruna, Bakı şəhəri 54 saylı Notariat Kontoruna, X22 və ona qarşı etibarnamənin, alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair ilk iddia tələbi məhkəmənin 18 may 2017-ci il tarixli qətnaməsi ilə tam təmin edilərək Bakı şəhər 13 saylı Dövlət Notariat X1 adından Babaşova Aygün Cabbar qızma verilmiş 7E-15026 reyestr nömrəli, 29.11.2012-ci il tarixli etibarnamə etibarsız hesab edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, X33 küçəsi 28 saylı evin 14 və 17-ci mərtəbəli binanın B bloku, 32-ci girişində, 9cu mərtəbəsində yerləşən 3 otaqlı 21 saylı mənzilə dair X11 adından etibarnamə əsasında Babaşova Aygün Cabbar qızı ilə Cavabdeh arasında Bakı şəhər 54 saylı notariat kontorunda bağlanmış AN-İ № ******* saylı. 06.11.2013-cü il tarixli, 4Ə/28 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin mənzilə dair Cavabdeh ilə o, yəni İddiaçı arasında Bakı şəhəri 54 saylı notariat kontorunda bağlanmış AN-İ № ******* saylı, 08.04.2015-ci il tarixli, 4Ə/103 reyestr nömrəli alqı-satqı müqavilələri və həmin alqı-satqı müqavilələri əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu. Z.Bünyadov prospekti, 36 “b” nömrəli, 10 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 109.8 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı 3 nömrəli mənzilə dair X11 adından etibarnamə əsasında Babaşova Aygün Cabbar qızı ilə Cavabdeh arasında Bakı şəhər 21 saylı notariat kontorunda bağlanmış AN- İ № ******* saylı, 06.02.2013-cü il tarixli, 4Ə-22 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin mənzilə dair Cavabdeh ilə X26 arasında Bakı şəhər 54 saylı notariat kontorunda bağlanmış AN-İ № ******* saylı, 26.12.2014-eü il tarixli, 4Ə/330 reyestr nömrəli alqı-satqı müqavilələri və həmin alqı-satqı müqavilələri əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X33 küçəsi, 28 saylı evin 14 və 17 mərtəbəli binanın B bloku, 2-ci girişində, 9-cu mərtəbəsində yerləşən, 3 otaqlı 21 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 36 "b" nömrəli, 10 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 109.8 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı, 3 nömrəli mənzilə X11 mülkiyyət hüquqları bərpa edilmiş, qətnamə bu hissədə göstərilən mənzillərə dair X11 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olması, iddiaçı X21 Cavabdeh qarşı 121.917,46 manat məbləğində pulun tutulmasına dair hissədə iddiasının təmin edilməməsi, iddiaçı yəni o - X14 cavabdeh X15 qarşı Bakı şəhəri, Nəsimi rayonu, X33 küçəsində yerləşən 28 saylı evin 21 saylı mənzilinin qanunsuz sahiblikdən alınaraq, boşaldılaraq onun istifadəsinə qaytarılması barədə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. Göstərilən qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İsmayıl Xəlilov, Xəyalə Cəmilova, İkram Şirinov) iş üzrə qəbul etdiyi 03.11.2017-ci il tarixli qətnamə (İş № 2( 103)- 9186/2017 ) ilə hər üç apellyasiya şikayətinin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən E.Əliyev, Cavabdeh və o, yəni İddiaçı tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlqar Xələfov, Qəhrəman Allahverdiyev, Ənvər Şadiyev) iş üzrə qəbul etdiyi 06.06.2018-ci il tarixli qərarı (İş № 2(102)-3718/2018) ilə E.Əliyev və İddiaçı kassasiya şikayətlərinin qismən təmin edilməsi, Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03.11.2017-ci il tarixli qətnaməsinin E.Əliyevin Cavabdeh qarşı 126.917,46 manat məbləğində pulun tutulması tələbinin rədd olunmasına, E.Əliyev və İddiaçı mənzillərə görə ödədikləri pul məbləğlərinin A.Babşovadan tutulması barədə məhkəmədə iddia qaldırmaq hüquqlarının izah olunmasına dair hissələrdə ləğv edilməsi, işin həmin hissələrdə mübahisəyə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (X25, Xəyal Sarıyev və Xumar Mərdanova) 01.11.2018-ci il tarixli. 2(103)-9251/2018 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər Cavabdeh, X32 və X21 ayrı-ayrılıda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 may 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan məhkəmə qərarlarından görünür ki, notariatda bağlanmış əqd cavabdehin təqsirli hərəkətləri, yəni alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinin pozulması səbəbindən etibarsız hesab edilmişdir. Bildirir ki, Bakı şəhəri 54 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 06.11.2013-cü il tarixli AN-İ № ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 adından etibarnamə əsasında Babaşova Aygün Cabbar qızı Bakı şəhəri, Akademik M.Qaşqay küçəsi 28 saylı evin 21 saylı mənzilini Cavabdeh 156.000 manata satmışdır. Üstündən 4 ay keçəndən sonra Bakı şəhər 54 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 08.04.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Akademik M.Qaşqay küçəsi 28 saylı evin 21 saylı mənzilini ona, yəni İddiaçı 214.000 manata satmışdır. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən 23 aprel 2015-ei il tarixdə xüsusi mülkiyyət hüququ üzrə qeydiyyat nömrəsi ********** ilə qeydə alınmışdır. Sonradan ona məlum olmuşdur ki, qanuni qaydada əldə etdiyi mənzilin sahibi X16r və mübahisələndirilən mənzil ona saxta sənədlər əsasında satılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, hazrıda məhkəmə qətnamələrində göstərildiyi kimi Aygün Babaşova onunla Cavabdeh arasında Bakı şəhər 54 saylı Dövlət Notariat Kontorunda bağlanmış 08.04.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə tərəf olmamış və onların aralarında müqavilədən törəyən heç bir öhdəlik yaranmamışdır. Aralarında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, mənzilin dəyəri alıcı tərəfindən yəni o - İddiaçı tərəfindən satıcı kimi Cavabdeh ödənilmişdir və sonuncu müqaviləni imzalamaqla bunu təsdiq etmişdir. O, Cavabdeh 214.000 manat pul verdiyi halda Babaşova Aygüb Cabbar qızından 156.660 manat tələb edə bilməz. Bundan əlavə Nəsimi Rayon Məhkəməsində işə baxılarkən (Nəsimi Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(006)-187/2017 tarixli qətnaməsinin 8-ci səhifəsi) məhkəmə iclasında izahatı alınmış ilk iddia tələbi üzrə cavabdeh Babaşova Aygün Cabbar qızı göstərmişdir ki, iddiaçı Telman Qarayev onun bacısının yoldaşıdır. Telmanın iki evi vardır. Telman ona etibarnamə vermiş, o da qanuni əsaslarla mənzilləri satmışdır. Evlərin satışından əldə etdiyi pula özünə villa almışdır, villanın harada olmasını heç kimə bildirmir. Mənzillərdən birini Dilbərdən alan İddiaçı vicdanlı alıcıdır. Həmin qətnamənin 8-ci vərəqəsində Cavabdeh etibarnamə əsasında nümayəndəsi X27 isə izahatında göstərmişdir ki, nümayəndəsi olduğu şəxs tərəfindən mənzillər dəyəri ödənilməklə alınmış və alqı-satqı müqavilələrinə əsasən qanuni şəkildə satılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, 16 avqust 2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin Babaşova Aygün Cabbar qızı barəsində hökm qəbul edilərkən Nəsimi rayon Məhkəməsində işə baxılmamış və alqı-satqı müqavilələri qüvvədə olmuşdur. Yəni həmin vaxtı Cavabdeh heç bir maddi ziyan dəymədiyi üçün onun da Babaşova Aygün Cabbar qızına qarşı heç bir tələb hüququ olmamışdır. Hazırki məhkəmə mübahisələrindən sonra Cavabdeh Babaşova Aygün Cabbar qızına, onun isə Cavabdeh qarsı 214.000 (iki yüz on dörd min) manat həcmində pul tələbi hüququ yaranmışdır. İş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, aralarındakı qarşılıqlı münasibətlər mənzil satılması kimi iş güzar adətlə müəyyən olunmuşdur ki, həqiqətən də o, həmin mənzili Cavabdeh 214,000 manat ödəməklə 08 aprel 2015-ci il tarixdə almışdır. Hesab edir ki, qanunun yuxarıda göstərilən tələblərinə əsasən mübahisəli mənzilə dair dair alqı-satqı müqaviləsinin etibarsızlığı ilə onun X12 verdiyi 214.000 (iki yüz on dörd min) manat pul sonuncudan alınıb ona ödənilməlidir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilməsini, İddiaçıdan ona vurulmuş mənəvi zərərə görə 30.000 manat, maddi zərərə görə 20000 manat və ödənilmiş dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır, vaxt itkisinə və əmlaklarının üzərinə əsassız olaraq həbs qoyulmasına səbəb olmuşdur. Belə ki, ilk olaraq hazırki iddia ilə bağlı qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.08.2016-cı il tarixli 1(101)-363/2016 saylı hökmünə əsasən Babaşova Aygün Cabbar qızı AR CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Babaşova Aygün Cabbar qızı AR CM-nın 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona həmin maddələrlə cəza təyin edilməmişdir. X6 mülki ididası qismən təmin edilərək vurulmuş maddi ziyanla bağlı Babaşova Aygün Cabbar qızından 17205.55 manat pulun tutularaq G.Xanməmmədovaya verilməsi, X9 mülki iddiasının qismən təmin edilərək vurulmuş maddi zərərlə bağlı Babaşova Aygün Cabbar qızından 178271 manat, mənəvi zərərlə bağlı 3000 manat pul tutulmuşdur. Digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməklə onlara vurulmuş ziyanı Babaşova Aygün Cabbar qızından tələb etmək hüquqları izah edilmişdir. Göründüyü kimi tərəflərə zərər qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təqsirli hərəkətləri təsdiq olunan Babaşova Aygün Cabbar qızı tərəfindən vurulmuşdur və birinci instansiya məhkəməsi haqlı olaraq L.Əliyev və İddiaçı onlara vurulmuş zərəri məhz A.Babaşovadan tələb edilməli olması qənaətinə gəlmişdir. İkincisi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev, iş 2(006)-188/2017) İddiaçı X23 cavabdehlər Babaşova Aygün Cabbar qızına, Cavabdeh, Bakı şəhər 13 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhər 21 saylı Notariat Kontoruna, Bakı şəhər 54 saylı Notariat Kotoruna, İddiaçı və X22 qarşı iddiası təmin edilərək Bakı şəhəri, 13 saylı Dövlət Notariat X2 adından Babaşova Aygün Cabbar qızına verilmiş 713-/15026 reyestr nömrəli, 29.11.2012ci il tarixli etibarnamənin, Bakı şəhəri, Nəsimi rayonu, X33 küçəsi, 28 nömrəli, 14 və 17 mərtəbənin V bloku, 2-ci girişində 9-cu mərtəbəsində 161.3 kv.m. ümumi 84 kv/m. yaşayış sahəsindən ibarət 3 otaqlı 21 nömrəli mənzilə dair həmin etibarnamə əsasında X11 adından çıxış edərək Babaşova Aygün Cabbar qızı ilə Cavabdeh arasında Bakı şəhəri, 54 saylı notariat kontorunda bağlanılmış AN-İ № ******* saylı, 06.11.2013-cü il tarixli, 4G/28 reyestr nömrəli və həmin mənzilə dair Cavabdeh ilə İddiaçı Cəlal qızı arasında Bakı şəhəri, 54 saylı notariat kontorunda bağlanılmış AN-İ № ******* saylı. 08.04.2015-ci il tarixli. 4Ə/103 reyestr nömrəli alqı-satqı müqavilələrinin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 36b nömrəli 10 mərtəbəli binanın 1-ci girişində 2-ci mərtəbəsində 109.8 kv.m. ümumi 62.4 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 3 nömrəli mənzilə dair yuxarıda qeyd olunan etibarnamə əsasında X11 adından çıxış edərək Babaşova Aygün Cabbar qızı ilə Cavabdeh arasında Bakı şəhəri. 21 saylı dövlət notariat kontorunda bağlanılmış AN-İ № ******* saylı 06.02.2013-cü il tarixli. 41Ə-22 reyestr nömrəli və həmin mənzilə dair Cavabdeh ilə X26 arasında Bakı şəhəri 54 saylı notariat kontorunda bağlanılmış AN-İ № ******* saylı, 26.12.2014-cü il tarixli, 4Ə/330 reyestr nömrəli alqı-satqı müqavilələrinin, bu müqavilələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilərək, həmin əmlaklara dair DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində aparılmış rəsmi qeydiyyatların ləğv olunması, X11 Bakı şəhəri. Nəsimi rayonu. X33 küçəsi 28 nömrəli 14 və 17 mərtəbənin V bloku 2-ci girişində, 9-cu mərtəbəsində, 161.3 kv.m. ümumi 84 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 21 nömrəli mənzilə və Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti 36b nömrəli 10 mərtəbəli binanın 1-ci girişində. 2-ci mərtəbəsində. 109.8 kv.m. ümumi. 62.4 kv.m. yaşayış sahəsindən ibarət. 3 otaqlı 3 nömrəli mənzilə mülkiyyət hüquqları bərpa edimlişdir. Həmin qətnamə ilə X21 Cavabdeh qarşı 121.917,46 manat məbləğində pulun tutulmasına dair hissədə iddiası təmin edilməmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 may 2017-ci il tarixli qətnaməsi ilə 08.04.2015-ci il tarixli Cavabdeh ilə İddiaçı Cəlal qızı arasında bağlanılmış alqı-satqı müqaviləsi və 26.12.2014-cü il tarixli Cavabdeh ilə X28 arasında bağlanılmış alqı-satqı müqavilələri əvvəlki alqı-satqı müqavilələri etibarsız hesab edildiyi üçün etibarsız hesab edilmişdir, yəni onların etibarsızlığı Mülki Məcəllədə nəzərdə tutulmuş əsasla deyil zəncirvari qaydada həyata keçirilmişdir. Üçüncü və son olaraq qeyd edir ki, yuxarıda göstərilən məhkəmə qətnaməsindən də göründüyü kimi ilk iddia üzrə iddiaçı hazırki iddia üzrə cavabdeh İddiaçı daha əvvəl eyni predmetlə bağlı məhkəməyə müraciət etmiş və qətnamə qət edilmişdir. Yəni eyni tərəllər arasında və eyni predmet barəsində artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bütün bunlar nəticəsində ona həm maddi həm mənəvi zərər dəymişdir. Belə ki, əsassız və qərəzli iddia qaldırdırmasına, qaldırdığı əsassız iddia ilə vaxt itkisinə səbəb olduğuna və əmlakların üzərinə əsassız olaraq həbs qoydurmasına görə o, mənəvi, psixi izdirablar keçirmişdir. Nəticə olaraq o, həm maddi, həm də mənəvi zərər çəkmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh məhkəməyə iddiaya etiraz təqdim etmişdir. Cavabdeh öz etirazında Bakı Apellyasıya Məhkəməsinin 2(103)-9251/2018 saylı qətnaməsinə istinad edərək göstərir ki, həmin qətnamənin təsviri əsaslandırıcı hissəsində məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə istinad edərək göstərmişdir ki, həmin hökmlə X8 Babaşova Aygün Cabbar qızına qarşı mülki iddiası təmin edilməmiş və ona görə də məhkəmə müəyyən etmişdir ki, qeyd edilən hökm preyudisial xarakter daşıdığından restitusiya baxımından pul məbləğinin Babaşova Aygün Cabbar qızından X8 xeyrinə tutulması mümkün deyil. Digər tərəfdən Babaşova Aygün Cabbar qızı birmənalı olaraq bildirmişdir ki, E.Əliyevlə bağlanmış alqı-satqı zamanı pulu o götürmüşdür. Bununla da məhkəmə A.Babaşovanın hərəkətlərini vurulmuş zərər kimi qiymətləndirmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən hesab edir ki,yuxarıda göstərilən qətnamə ilə müəyyən edilmiş faktlar hazırki iddiaya baxılarkən cavabdeh tərəfindən yenidən sübut edilməməlidir və mübahisələndirilmir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, adı çəkilən qətnamədə pul məbləğinin Babaşova Aygün Cabbar qızından X8 xeyrinə tutulmasının mümkünsüzlüyü müəyyən edilmişdir, çünki A.Babaşova cinayət törətməkdə təqsirli bilinən şəxsdir və onun hərəkətləri cinayət nəticəsində vurulmuş zərər kimi qiymətləndirilir. Bu qətnamədə onun alıcı kimi iştirak etdiyi və etibarsız hesab olunan alqı-satqı müqaviləsi üzrə restitusiya məsələsi müəyyən edilməmiş və qiymətləndirilməmişdir. Belə ki, qanunun tələbinə əsasən bu cür restitusiya mütləqdir yəni, əqdin etibarsızlığı halında hər bir tərəf əqd üzrə aldığını digər tərəfə qaytarmalıdır. X17 Babaşova Aygün Cabbar qızı kimi cinayət törətmiş şəxs deyil və onun hərəkətləri cinayət nəticəsində vurulmuş zərər kimi qiymətləndirilə bilməz yəni, D.Müslümova onunla mülki xarakterli münasibətdə olmuş və onunla bağlanan əqdin nəticələri mülki xarakterli münasibətlərdən yaranan nəticələrdir ki, bu nəticələrlə bağlı mülki qanunvericiliklə tənzimlənən qaydalar tətbiq olunmalıdır. Digər tərəfdən Bakı Apelyasiya Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsinin 7-ci səhifəsinin 9-cu abzasında göstərilmiş “məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, İddiaçı və E. Əliyev vurulmuş zərərin ödənilməsi ilə bağlı A.Babaşovaya qarşı ayrıca iddia tələbi ilə məhkəməyə mürciət edilməsinə” dair cümləsi qeyd kimi göstərilmişdir. Bu məhkəmə tərəfindən müəyyən edilmiş fakt deyildir. Göstərilənlərə əsasən, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də o, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə heç bir üzrlü səbəb bildirməmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: İlkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.08.2016-cı il tarixli, 1(101)-363/2016 saylı hökmündən görünür ki, Babaşova Aygün Cabbar qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Babaşova Aygün Cabbar qızına təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 15 sentyabr 2015-ci il tarixdən hesablanması, Babaşova Aygün Cabbar qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməsi, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə ona həmin maddələrlə cəza təyin edilməsi, X6 mülki iddiasının qismən təmin edilməsi, vurulmuş maddi zərərlə bağlı Babaşova Aygün Cabbar qızından 17205 manat 55 qəpik məbləğində pul tutulub X7 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, X13 mülki iddiasının qismən təmin edilməsi, vurulmuş maddi zərərlə bağlı Babaşova Aygün Cabbar qızından 178271 manat məbləğində, mənəvi zərərlə bağlı 3000 (üç min) manat məbləğində pul tutulub X18 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh mülki iddiasının təmin edilməməsi, Digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməkİə onlaa vurulmuş ziyanı Babaşova Aygün Cabbar qızından tələb etmək hüquqlarının izah edilməsi hökm edilmişdir. Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 18.05.2017-ci il tarixli, 2(006)-188/2017 saylı qətnaməsi ilə ilk iddia tələbinin tam, iddiaçı X21 iddiasının qismən təmin edilməsi, Bakı şəhər 13 saylı Dövlət Notariat kotorunda X11 adından Babaşova Aygün Cabbar qızına verilmiş 7E-/15026 reyestr nömrəli, 29.11.2012-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X33 küçəsi, 28 saylı evin 14 və 17-ci mərtəbəli binanın B bloku, 2-ci girişində, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı 21 saylı mənzilə dair X11 adından etibarnamə əsasında Babaşova Aygün Cabbar qızı ilə Cavabdeh arasında Bakı şəhər 54 saylı notariat kontorunda bağlanılmış AN-İ№0379320 saylı, 06.11.2013-cü il tarixli, 4Ə/28 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin mənzilə dair X19 ilə İddiaçı Cəlal qızı arasında Bakı şəhəri, 54 saylı notariat kontorunda bağlanılmış AN-İ№0485489 saylı, 08.04.2015-ci il tarixli, 4Ə/103 reyestr nömrəli alqı-satqı müqavilələri və həmin alqı-satqı müqavilələri əsasında verilmiş daşınmaz əmlakın doviət reyestrindən çıxarışlar etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu. Z.Bünyadov prospekti, 36b nömrəli. 10 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 109,8 kv.m ümumi. 62.4 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı. 3 nömrəli mənzilə dair X11 adından etibarnamə əsasında Babaşova Aygün Cabbar qızı ilə Cavabdeh arasında Bakı şəhər 21 saylı notariat kontorunda bağlanılmış AN-LNÜ0318002 saylı, 06.02.2013-cü il tarixli, 4Ə-22 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin mənzilə dair Cavabdeh ilə X26 arasında Bakı şəhər 54 saylı notariat kontorunda bağlanılmış AN-İ№0458100 saylı, 26.12.2014-cü il tarixli, 4Ə/330 reyestr nömrəli alqı-satqı müqavilələri və həmin alqı-satqı müqavilələri əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu. X33 küçəsi. 28 saylı evin 14 və 17 mərtəbəli binanın B bloku, 2-ci girişində. 9-cu mərtəbəsində yerləşən 3 oatqlı 21 saylı mənzilə və Bakı şəhəri. Nnnmanov rayonu. Z.Bünyadov prospekti. 3b nömrəli. 10 mərtəbəli binanın 1ci girişində, 2-ci mərtəbəsində, 109,8 kv.m ümumi. 62.4 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı. 3 nömrəli mənzilə X11 mülkiyyət hüquqları bərpa edilməsini, Qətnamə bu hissədə göstərilən mənzillərə dair X11 adına daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi üçün əsasdır. İddiaçı X21 cavabdeh X10 qarşı 121917,46 manat məbləğində pulun tutulmasına dair hissədə iddiasının təmin edilməməsi, İddiaçı cavabdeh X15 qarşı Bakı şəhəri, X33 küçəsində yerləşən 28 saylı evin 21 saylı mənzilinin qanunsuz sahiblikdən alınaraq, boşaldılaraq onun istifadəsinə qaytarılması barədə qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3718/2018 saylı, 06.06.2018-ci il tarixli qərarından görünür ki, X21 və İddiaçı Cəlal qızının kassasıya şikayətlərinin qismən təmin edilməsi, Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 noyabr 2017-ci il tarixli qətnaməsi X21 Cavabdeh qarşı 125 917,46 manat məbləğində pulun tutulması tələbinin rədd olunmasına, X26 və İddiaçı Cəlal qızına mənzillərə görə ödədikləri pul məbləğlərinin Babaşova Aygün Cabbar qızından tutulması barədə məhkəmədə iddia qaldırmaq hüquqlarının izah olunmasına dair hissələrdə ləğv edilməsi, işin həmin hissələrdə mübahisəyə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Eyni zamanda qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə cavabdehlər X26, Cavabdeh və İddiaçı Cəlal qızının ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsinin onlara münasibətdə dəyişdirilmədən saxlanılması qqət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.11.2018-ci il tarixli 2(103)- 9251/2018 nömrəli qətnaməsindən görünür ki, ilk iddia üzrə cavabdehlər Cavabdeh, İddiaçı və X21 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsi, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 may 2017-ci il tarixli oətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3051/2019 saylı, 06.05.2019-cu il tarixli qərarından görünür ki, ilk iddia üzrə cavabdehlər Cavabdeh, İddiaçı və X21 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsi, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 may 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, X33 küçəsi, ev 28, mənzil 21 ünvanında yerləşən ümumi 145.5 kv/m, yaşayış sahəsi 84 kv/m, yardımçı sahəsi 61.5 kv/m olan 3 otaqlı mənzil mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 15.04.2014-cü il tarixdə qeydiyyata alınmışdır. 08.04.2015-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh Bakı şəhəri, X33 küçəsi, ev 28, mənzil 21 ünvanında yerləşən ümumi 145.5 kv/m, yaşayış sahəsi 84 kv/m, yardımçı sahəsi 61.5 kv/m olan mənzili alıcı İddiaçı mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 214000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi Bakı şəhəri, X33 küçəsi 28/21 və Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospekti 36B/3 ünvanında yerləşən mübahisəli mənzillər xüsusi mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. Hazırki mübahisənin predmeti olan Bakı şəhəri, X33 küçəsi 28/21 mənzil 06.11.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə X11 adından tərtib edilmiş etibarnamə əsasında Babaşova Aygün Cabbar qızı tərəfindən 156.660 manata Cavabdeh, Cavabdeh tərəfindən isə 214.000 manata İddiaçı satılmışdır. Həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospekti küçəsi 36B saylı evin 3 saylı mənzilinin 06.02.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə X11 adından tərtib eilmiş etibarnamə əsasında Babaşova Aygün Cabbar qızı tərəfindən 62.688 manata Cavabdeh, Cavabdeh tərəfindən isə 70.480 manata X4 müəyyən edilmişdir. Qeyd olunan alqı-satqı müqavilələri mülki qanunvericiliyin tələblərinə zidd bağlandığından məhkəmə tərəfindən etibarsız hesab edilmiş, məhkəmə, mübahisəli mənzillərin alqı-satqısı barədə bağlanmış müqavilələrinin etibarsız olması qənaətinə gəlməklə, X26 və İddiaçı Babaşova Aygün Cabbar qızına qarşı vurulmuş zərərin ödənilməsinə dair iddia ilə yenidən məhkəməyə müraciət etmək hüququna malik olmasını izah etmişdir. Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 18.05.2017-ci il tarixli, 2(006)- 188/2017 saylı qətnaməsini dəyişdirilməmiş saxlayan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2017-ci il tarixli 03.11.2017-ci il tarixli qətnaməsindən X26, İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası 2(102)-3718/2018 saylı, 06.06.2018-ci il tarixli qərarı ilə yuxarıda qeyd edilən tövsiyənin müvafiq qanunvericiliyə uyğun olmadığı əsası ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsini “İddiaçı Cəlal qızına mənzilə görə ödədiyi pul məbləğinin Babaşova Aygün Cabbar qızından tutulması barədə məhkəmədə iddia qaldırmaq hüquqlarının izah olunması”na dair hissəsində ləğv etmiş, işin həmin hissədə mübahisəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını qərara almışdır. İşə apellyasiya icraatı qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.11.2018-ci il tarixli 2(103)- 9251/2018 nömrəli qətnaməsindən İddiaçı Cəlal qızı tərəfindən kassasiya şikayəti verilməmişdir. İş üzrə qənaətə gəlməzdən əvvəl məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 1(101)-363/2016 saylı hökmündə öz əksini tapan cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı qismində cəlb edilmiş Cavabdeh ifadəsinə nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Cavabdeh cinayət işinin məhkəmə araşdırması zamanı verdiyi ifadəsində bildirmişdir ki, “26 dekabr 2014-cü il tarixdə Aygün ona zəng edərək Ziya Bünyadov küçəsində yerləşən mənzilini Elman adlı şəxsə satdığını bildirmiş və mənzil onun adına olduğuna görə 54 saylı notariat kontoruna gəlib alqı-satqı müqaviləsinə imza etməsini xahiş etmişdir. X42 küçəsindəki mənzilin ona heç bir aidiyyəti olmadığından o, qeyd olunan tarixdə 54 saylı notariat kontoruna gedərək tərtib edilmiş alqı-satqı müqaviləsinə imza etmişdir. Aygünlə Elman arasında olan söhbətlərdən ona məlum olmuşdur ki, Aygün həmin mənzili 110000 və ya 120000 manata satmışdır. Elman adlı şəxsi o əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, onu ilk dəfə həmin gün notariat kontorunda görmüşdür. Aygün Babaşovadan aldığı mənzildə yaşamaq ona gərəkli olmadığına görə o, verdiyi 280000 ABŞ dolları məbləğində pulu geri qaytarmaq məqsədi ilə Mirəli Qaşqay küçəsindəki mənzili İddiaçı satmışdır. Həmin mənzilə dair 17 mart 2015ci il tarixli, 200 saylı arayışı «Everton» firmasından almamışdır. Belə ki, o, arayış almaq istədikdə Aygün Babaşova «Everton» firmasının arayış vermək üçün 1000 manat pul tələb etdiyini, özünün isə bu işi 100 manata həll edə biləcəyini deyərək həmin arayışı almaq üçün ondan 100 manat pul almış və həmin gün arayışı gətirib ona verərək alqı-satqını həyata keçirmək üçün heç bir əngəl qalmadığını bildirmişdir. O, Aygün Babaşovaya güvəndiyi üçün həmin arayışı oxumadan mənzilini satmaq məqsədilə istifadə etmişdir. Alqı-satqı prosesi zamanı toplanmış sənəd qovluğu notariat kontorunda yalnız onunla alıcı İddiaçı arasında aparılmış, orada Aygün Babaşovanın hər hansı bir müdaxiləsi və ya imzası qeydə alınmamışdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlardan və iddiaçı və cavabdehin tərəf olduqları uzun sürən məhkəmə mübahisələri üzrə qəbul edilmiş məhkəmə aktlarından göründüyü kimi hazırki işdə pulun tələb edilməsinə əsas olan mənzilin alqı-satqısında Babaşova Aygün Cabbar qızı hər-hansı qisimdə iştirak etməmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 1(101)-363/2016 saylı hökmü ilə müəyyən edilmiş və hazırki iş üçün preyudisiya əhəmiyyətinə malik olan hallardan müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospekti küçəsi 36B saylı evin 3 saylı mənzili X3 Babaşova Aygün alıcıya özünü mənzilin mülkiyyətçisi kimi təqdim etmiş, mənzilin dəyəri də onların gəldiyi razılaşma əsasında müəyyən edilmişdir. X5 Dilbər Pərvaz qızını alqı-satqı müqaviləsi bağlanan zaman notariat kontorunda birinci dəfə görmüş, müqavilə üzrə ödənilmiş pul isə Babaşova Aygün tərəfindən götürülmüşdür. Bakı şəhəri, X33 küçəsi 28 saylı evin 21 saylı mənzili barədə alqı-satqı müqaviləsi isə fərqli şəraitdə bağlanmışdır. Belə ki, Cavabdeh verdiyi ifadəsindən də göründüyü kimi “alqı-satqı prosesi zamanı toplanmış sənəd qovluğu notariat kontorunda yalnız onunla alıcı İddiaçı arasında aparılmış, orada Aygün Babaşovanın hər hansı bir müdaxiləsi və ya imzası qeydə alınmamışdır”. Beləliklə İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanan zaman Bakı şəhəri, X33 küçəsi 28 saylı evin 21 saylı mənzilinə dair pul Babaşova Aygün Cabbar qızına deyil, Cavabdehın özünə verildiyindən həmin əqd üzrə alınanların Aygün Babaşovadan tələb edilməsi əsassızdır. Göstərilənlərə və hazırki iş üçün preyudisiya əhəmiyyətinə malik olan hallarını müəyyən edən məhkəmə aktlarına əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08.04.2015-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən tərəflər əvvəlki vəziyyətə gətirilməli, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi üzrə ödənilmiş 214.000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu məcəllədə ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, götürülmüş və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin qaytarılmasını ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 6.10 bəndində göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Həmin Plenum qərarında daha sonra göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «icraata xitam verilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi cavabdehin təqsirli olduğu, onun tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə qarşılıqlı iddianın həm mənəvi həm də maddi zərərin ödənilməsi hissəsində rədd olunması qənaətinə gəlir. Belə ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Eyni zamanda məhkəmə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mülki iş üzrə icraata ikin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «pul» tələbinə dair hissədə xitam verilməsi barədə qərardad qəbul edilməsi xahişi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyildir və işə baxarkən Mülki- Prosessual Məcəllənin 261-ci maddəsində nəzərdə tutulan əsasları aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla icraata xitam verilməsi barədə qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh qeyd edilən məzmunda qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə icraata iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) qeyd etdiyi hissədə xitam verilməsi barədə qərardad qəbul edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ikin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməli, 214.000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 214.030 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Mülki Prosessual Məcllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. 214.000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 214.030 (iki yüz on dörd min otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-456/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-456/2021
02.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver