Məhkəmə qərarları › İş №2(006)-4586/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4586/2022

17.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4586/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğlunun iştirakı ilə İddiaçı Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğlunun cavabdeh X1rşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğlu cavabdeh Bakı şəhəri X7 deportamentinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğluna qanunsuz olaraq 172.82 AZN qaz istifadəsinə görə borc yazılmışdır. Aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyününün üzərinə vurulan plomb zədələnmiş və bu barədə rəy verilmişdir. Borcun yaranma səbəbi barədə ona heç kəs məlumat verməmişdir. O, bu barədə qaz sayğacına pul vurarkən xəbər tutmuşdur. Belə ki, hesabında borc göstərdiyi üçün qaz üçün abunə koduna pul vurduqda həmin yüklədiyi pul avtomatik olaraq borca hesablanmışdır. O, bu barədə cavabdeh şirkətə məlumat verdikdə onlar ona bildirmişlər ki, qaz üçün quraşdırılmış sayğac düzgün işləmir. Əgər qaz sayğacında problem var idisə cavabdeh şirkət bu barədə ona məlumat verməli və tərtib olunmuş akt ona təqdim edilməli idi. Ancaq buna əməl olunmamış və onda xəbərsiz olaraq borc yazılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixində o, Nəsimi rayon Qaz idarəsinə zəng vurmuş və qaz sayğacının düzgün işləməməsi barədə məlumat vermişdir. Bundan sonra idarənin əməkdaşları gələrək qaz sayğacını dəyişdirmiş və sayğacın balansında olan 10.70 AZN pul yeni sayğaca köçürülmüşdür. Sayğac onların blokunda yerləşir və qaz idarəsinə məxsusdur. Ona heç vaxt onlar tərəfindən müdaxilə olunmamışdır. Həmçinin onlar qazdan çox az istifadə edirlər. Daha çox işıqdan istifadə edirlər. Həmçinin bütün kommunal ödənişləri vaxtlı-vaxtında ödəyirlər. Göstərilənlərə əsasən, cavabdeh Bakı şəhəri X7 deportamentindən 172,82 AZN alınıb iddiaçı Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğluna qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra iddiaçı Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğlu ərizə ilə müraciət edərək cavabdeh Bakı şəhəri X7 deportamentinin əsl cavabdeh X5 ilə əvəz edilməsini xahiş etmişdir.

4. Həmçinin iddiaçı Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğlu iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək, cavabdeh X2 172,82 AZN alınıb iddiaçı Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğlunun abunə koduna köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iddiaçı Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğlu iddianı müdafiə edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabde X3 nümayəndəsi məhkəmə iclasında gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir.

7. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Belə ki, iş materiallarından görünür ki, iş üzrə «Azəriqaz” İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, istehlakçı Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğluna 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 1728 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyət kimi borc yazılmışdır.

10. İş materiallarında olan təbii X6nın pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğlunun yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın klapanının işlək olmaması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafının zədəli olması, dəymiş ziyan kimi hesablanıb ödənilməsi müəyyən edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğluna aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, baxış keçirən zaman sayğacın klapanının işlək olmaması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafının zədəli olması aşkar edilmiş və yoxlamanın nəticəsində onun barəsində akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğluna 1728 kub metr əlavə sərfiyyat hesablanaraq borc yazılmışdır. Hazırda iddiaçı Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğlu cavabdeh X2 172,82 AZN alınıb onun abunə koduna köçürülməsini məhkəmədən xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

14. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

15. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X6»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmirprofilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. 16.«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

17. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “X6nın” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.

19. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

21. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

22. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

23. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir.

24. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X6”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

25. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

26. İşin materiallarından da göründüyü kimi qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır.

27. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, Cavabdeh Bakı X7 Departamenti tərəfindən tərtib edilmiş 31 may 2019 tarixli akta əsasən İddiaçı hesablanmış 172,82 (bir yüz yetmiş iki manat, səksən iki qəpik) AZN məbləğində cərimə borcu Cavabdeh tərəfindən iddiaçı Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğlunun **********00830 saylı abunə hesabından silinməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı X7 Departamenti tərəfindən tərtib edilmiş 31 may 2019 tarixli akta əsasən İddiaçı hesablanmış 172,82 (bir yüz yetmiş iki manat, səksən iki qəpik) AZN məbləğində cərimə borcu Cavabdeh tərəfindən iddiaçı Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğlunun **********00830 saylı abunə hesabından silinsin. Bu qətnamə qeyd olunan 31 may 2019 tarixli akta əsasən ödəniş edilmişdirsə həmin ödənişin iddiaçı Abdullayev Çı̇ ngı̇ z Çərkəz oğlunun **********00830 saylı abunə hesabına Cavabdeh tərəfindən bərpa edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar