Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4606/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi - X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 586-cı məhəllədə "Bulaq MTK" tərəfindən inşa edilmiş evin 51 saylı mənzilində **********10051 abunə üzrə əsassız hesablanmış 590.49 məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, 590,49 manat məbləğində borcun və dondurulmuş 486,99 manat məbləğində (Barmek) borcunun silinməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 586-cı məhəllədə "Bulaq MTK" tərəfindən inşa edilmiş evin 51 saylı mənzilini 2000-ci ildə almış və xx.xx.2019-cu il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Lakin obyektiv səbəblərdən göstərilən mənzili təmir edib orada yaşamamış və qeydiyyata düşməmişdir. Cari ilin iyun ayında həmin mənzili satarkən məlum olmuşdur ki, cavabdeh mənzilə quraşdırılmış elektrik sayğacının şəbəkəyə qoşulmadığı və sərfiyyat sıfır göstərildiyi halda müqavilə bağlamadan abunə kodu **********10051 abunəçi kimi qeydiyyata alaraq 590,49 manat borc hesablanmışdır. Bu borc məbləği tamamilə əsassız olaraq hesablanmışdır. Belə ki, göstərilən ünvanda heç vaxt yaşayış olmamış, mənzil tam təmirsizdir, sərfiyyat sayğacı şəbəkəyə qoşulmamış, sərfiyyat göstərisi sıfırdır. Heç bir araşdırma aparılmadan borc hesablanmışdır. Belə ki, həmin vaxtdan bir neçə dəfə əhalinin borcları silinmişdir. Bununla da onun bir enerji istehlakçısı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Ona enerji sərfiyyatı ilə bağlı heç bir bildiriş verilməmişdir. Digər tərəfdən, əgər abunəçi borclarını ödəməmişsə nə üçün onun enerji təchizatı dayandırılmamışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Qeyd olunanlardan da görünür ki, qanunsuz olaraq borc hesablanmışdır, halbuki bunun müəyyən edilməsi üzrə komissiya təşkil edilməli və yoxlanılaraq aradan qaldırılmalı idi. Lakin cavabdeh tərəf heç bir araşdırma aparmamış və bunun da nəticəsində qanunsuz olaraq borc ödəmək öhdəliyi qoyulmuşdur. Əvvəl keçirilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Abonentin hərəkət cədvəlindən görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 51 saylı mənzilə aid **********10051 saylı bunə kodu üzrə 2017-ci ilə 590,49 manat borc vardır. Abunə haqqındadan görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 51 saylı mənzilə **********10051 saylı abunə kodu üzrə hesablanmış 590,49 manat məbləğində borc xx.xx.2004-cü il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrdə yaranmışdır. Eyni zamanda həmin abonent kodu üzrə mübahisələndirilən 486,99 manat məbləğində borc BARMEK borcu kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 51 saylı mənzilə **********10051 saylı abunə kodu üzrə hesablanmış 590,49 manat məbləğində borc xx.xx.2004-cü il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrdə yaranmışdır. Eyni zamanda həmin abonent kodu üzrə mübahisələndirilən 486,99 manat məbləğində borc BARMEK borcudur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasındakı öhdəliklər qarşılıqlı icraya bağlı vaxtaşırı icra edilməli olan öhdəliklərdir. Belə ki, həmin öhdəliklərə əsasən cavabdeh iddiaçıya hər ay üzrə elektrik enerjisinin verilməsi xidmətləri göstərməyi, iddiaçı isə həmin xidmətin hər ay üzrə dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Yəni iddiaçı göstərilən xidmətlərə görə cavabdehə hər ay üçün, yəni vaxtaşırı ödənişlər etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində bütün öhdəliklərin və bir sıra konkret öhdəliklərin xitamı üçün müddətlər müəyyən edilmişdir. Həmin maddədə göstərilən konkret öhdəliklərdən biri də vaxtaşırı ödənişlər üzrə öhdəliklərdir ki, göstərilən maddədə həmin öhdəliklər üzrə tələb müddəti beş il müəyyən edilmişdir. İşdə olan Abunə haqqındadan müəyyən olunur ki, mübahisələndirilən 590,49 manat borc məbləği xx.xx.2004-cü il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrdə yaranmış, eyni zamanda dondurulmuş hesab edilən 486,99 manat məbləğində borc isə BARMEK borcu məbləğləridir ki, bu halda məhkəmə hesab edir ki, həmin borclar üzrə cavabdehin tələb müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2011-ci il tarixədək olan 590,49 manat borc və 486,99 manat BARMEK borcu məbləğləri üzrə tələbi qüvvəsini itirdiyindən iddia təmin edilməklə göstərilən borc məbləğləri silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 586-cı məhəllədə "Bulaq MTK" tərəfindən inşa edilmiş evin 51 saylı mənzilində **********10051 abunə üzrə hesablanmış 590.49 məbləğində borc və dondurulmuş 486,99 manat məbləğində (BARMEK) borcu silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4606/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4606/2022
11.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver