Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4659/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi və Maraqlı şəxs arasında 6 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin bağlanmasından 3 ay keçməsinə baxmayaraq Maraqlı şəxs sazişin şərtlərinə əməl etməmiş, bugünədək uşaqlarla ünsiyyəti təmin etməmiş, hətta bununla əlaqədar ayrıca müvəqqəti təminat tədbirləri barədə qərardadlar qəbul edilmiş, lakin həm saziş, həm də qərardad icrasız olaraq qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X6 ərizəni müdafiə edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinə əsasən, mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:
1. Maraqlı şəxs və Ərizəçi nikahın pozulmasına razıdırlar.
2. Ərizəçi hər ayın 1-dən 10-u aralığında xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.
3. Ərizəçi xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 anaları Maraqlı şəxs himayəsində qalmasına heç bir narazıçılıq bildirmir.
4. Maraqlı şəxs özünün iştirakı ilə birgə nikahdan dünyaya gəlmiş uşaqların ataları Ərizəçi ilə görüşünə, danışığına (telefon ilə) heç bir narazıçılıq və ya maneə törətməyəcəyini öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır. Lakin, Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilmədiyindən barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunmasına zərurət yaranmışdır. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Məhkəmə qeyd edir ki, 29 iyul 2023-cü il tarixli barışıq sazişinin nikahın pozulması hissəsində təsdiqi yolverilməzdir, belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmənin icraatında olan iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “nikahın pozulması və əmlak bölgüsü” tələbinə dair mülki iş vardır. Buna görə də barışıq sazişinin həmin hissədə təsdiq edilməsinə zərurət yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanunazidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi qismən təmin edilməli, belə ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni:
1. Ərizəçi hər ayın 1-dən 10-u aralığında xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.
2. Ərizəçi xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 anaları Maraqlı şəxs himayəsində qalmasına heç bir narazıçılıq bildirmir.
3. Maraqlı şəxs özünün iştirakı ilə birgə nikahdan dünyaya gəlmiş uşaqların ataları Ərizəçi ilə görüşünə, danışığına (telefon ilə) heç bir narazıçılıq və ya maneə törətməyəcəyini öz öhdəsinə götürür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Ərizəçi hər ayın 1-dən 10-u aralığında xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.
2. Ərizəçi xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 anaları Maraqlı şəxs himayəsində qalmasına heç bir narazıçılıq bildirmir.
3. Maraqlı şəxs özünün iştirakı ilə birgə nikahdan dünyaya gəlmiş uşaqların ataları Ərizəçi ilə görüşünə, danışığına (telefon ilə) heç bir narazıçılıq və ya maneə törətməyəcəyini öz öhdəsinə götürür. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Natavan Tağıyeva