Məhkəmə qərarları › İş №2(006)-4676/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4676/2021

18.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4676/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nəsimi rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, barəsində xüsusi icraat aparılan 12.06.1960-ci il təvəllüdlü, birinci qrup əlil X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun X3 qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, 12.06.1960-cı il təvəllüdlü X5 onun doğma anasıdır. Anası 2016-cı ildən alsheymer xəstəsidir və 09.02.2021-ci il tarixdən müddətsiz olaraq birinci qrup əlillik dərəcəsi verilmişdir. Arayışın surətindən də göründüyü kimi anası əmək qabiliyyətsizdir, başqa şəxsin qulluğuna daimi ehtiyacı vardır. Göstərilənlər faktlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının 2766003AADL3 saylı Forma 88-də öz əksini tapmışdır. Qeyd edir ki, anası X1 ondan başqa övladı yoxdur. Bununla yanaşı anası X5 ilə atası X6 22.12.1994-cü ildə rəsmi olaraq boşanmışlar. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Nəsimi rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında X1 müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, M.Səfərzadəyə “Alsheymer xəstəliyi zamanı gecikmiş demensiya.Baş-beyin üzvi xəstəliyi (Alsheymer) nəticəsində yaranan dərin ağıl zəifliyi, kobud psixi və davranış pozuntuları,tez-tez təkrarlanan qıcolma tutmaları” kimi diaqnoz qoyulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X6 və X5 xx.xx.1996-cı il təvəllüdlü Ərizəçi valideynləridirlər. Mülki işin icraatı zamanı məhkəmənin qərardadına əsasən X8 məhkəmə psixiatriya ekspert komissiyasına təqdim olunmuş və Məhkəmə Psixiatrik Ekspertiza X7 Şəxsin 25 sentyabr 2021-ci il tarixli 3134 saylı rəyindən göründüyü kimi, tibbi sənədlər əsasında (qiyabi) aparılan müayinə nəticəsində məlum olur ki, X5 “Alsheymer xəstəliyi zamanı gecikmiş demensiya. Baş-beyinin üzvi xəstəliyi (Alsheymer) nəticəsində yaranan dərin ağıl zəifliyi, kobud psixi və davranış pozuntuları,tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu ilə İ qrup əlildir. X1 “X11” özəl tibb müəssisəsində 29.02.2020-ci il tarixdə MRT müayinəsindən keçirilmiş və nəticə aşağıdakı kimi olmuşdur: “Baş-beyinin kobud deqenarativ atrofiya qeyd olunur. Atrofiya ilə bağlı mədəciklər və subaraxnoidal məsafələr kobud genişlənmiş izlənilir. Beyin parenximində tək-tək lokal qliotik ocaqlar aşkar edilir”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin arayışından məlum olur ki, X2 “Alsheymer nəticəsində demensiya, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları” diaqnozu təyin edilmişdir. Yoxlanılan şəxsin anamnestik məlumatlar və təqdim olunmuş tibbi sənədləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, 12.06.1960-cı il təvəllüdlü X1 yuxarıda göstərilən xəstəliklə əlaqədar o, öz hərəkətlərini şüurlu ölçübbiçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İİ. Yekun hissəsi: Mülki işi materiallarında olan tibbi sənədlərin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: 1-ci sual:12.06.1960-cı il təvəllüdlü X5 anlaqlıdırmı, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarındadırmı? Cavab: 12.06.1960-cı il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. 2ci sual: 12.06.1960-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi mümkündürmü? Cavab: 12.06.1960-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsində göstərilir ki, Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 12.06.1960-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməli, 12.06.1960-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi X4 himayəsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 326, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12.06.1960-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilsin. 12.06.1960-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi X4 himayəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar