Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4693/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması barədə faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması barədə faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998ci il tarixli 68 nömrəli qərarı ilə onun mülkiyyətinə İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 0,06 hektar həyətyanı təyinatlı torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş JN-368F (KOD ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 nömrəli qərarı ilə onun mülkiyyətinə İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 0,06 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş JN-368F (KOD ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə adı Əliyar əvəzinə səhvən «Əlyar», atasının adı isə «Musa» əvəzinə «Şakir» kimi qeyd edilmişdir. Qeyd olunan hüquq müəyyənedici sənəddə adının və atasının adının düzgün qeyd edilməməsi həmin əmlaka dair sahiblik hüquqlarının tam şəkildə həyata keçirməsinə maneə törədir. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırkı ərizə tələbində qeyd edilən hüquqi faktın müəyyən edilməsi ona torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəməyə məktub göndərərək, məhkəmə proseslərinin çox olması ilə bağlı işə onların nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan məktubu nəzərə alaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1969cu il tarixdə İsmayıllı rayonunda doğulmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənədlərdə hər hansı uyğunsuzluq yoxdur. Doğum haqqında AZ seriyalı ******* saylı şəhadətnamədə (19 mart 1969-cu il tarixdə İsmayıllı rayon VVAQ bürosu tərəfindən verilmişdir), eləcə də xx.xx.2029-cu il tarixədək etibarlı olan şəxsiyyət vəsiqəsində ərizəçinin adı Əliyar, atasının adı Musa kimi qeyd edilmişdir. Bundan başqa, ərizəçinin atasının adına alınmış İV-JQ seriyalı 461405 saylı ölüm haqqında şəhadətnamədə (18 iyun 1996-cı il tarixdə Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmişdir) ərizəçinin atasının adı Musa (X6) kimi qeyd edilmişdir. Lakin, iş materiallarına əlavə olunmuş JN-368F (KOD ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə ərizəçinin adı səhvən «Əlyar», atasının adı isə «Şakir» kimi qeyd edilmişdir. Həmin şəhadətnamə hüquqmüəyyənedici sənəd olmaqla, ərizəçi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 nömrəli qərarı ilə onun mülkiyyətinə İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 0,06 hektar həyətyanı təyinatlı torpaq sahəsi verildiyini təsbit edir. Ərizəçi digər sənədlərlə yanaşı məhkəməyə qanuni qüvvəyə minmiş məhkəmə aktları da təqdim etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2012-ci il tarixli 2(102)-2999/2012 saylı qərarından görünür ki, İsmayıllı rayon məhkəməsinin 01 iyul 2011-ci il tarixli 2(037)-01/2011 saylı qətnaməsi ilə iddiaçılar Umudov Füzuli Əli oğlu, X1, X3, X5, X7 və X2 cavabdehlər Ərizəçi, DT və XK-nın İsmayıllı rayon şöbəsi, DT və XK-nin Dövlət Yerquruluşu və layihə İnstitutunun Ağsu rayonlararası yerquruluşu idarəsi, İsmayıllı rayon Qalacıq bələdiyyəsi və DƏDRX-nin Qəbələ Ərazi İdarəsinə qarşı «pay torpaq sahəsində tikinti işinin dayandırılması, tikintinin cavabdehlərin hesabına sökülərək ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, cavabdehdən 6000 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi zərərin tutulması, cavabdehin təqdim etdiyi Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamənin verilməsində təqsirkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi qərardad çıxarılması» tələbinə dair iddiaları təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2012-ci il tarixli 2(107)- 75/2012 saylı qətnaməsi ilə iddiaçı Umudov Füzuli Əli oğlunun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə İsmayıllı rayon məhkəməsinin 01 iyul 2011-ci il tarixli 2(037)-01/2011 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2012-ci il tarixli qərardadı ilə apellyasiya instansiyasının aktından kassasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsinə dair iddiaçı Umudov Füzuli Əli oğlunun vəsatəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2012-ci il tarixli 2(102)-2999/2012 saylı qərarı ilə iddiaçı Umudov Füzuli Əli oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2012-ci il tarixli qərardadı dəyişiklik edirmədən saxlanılmışdır. Məhkəmə qərarlarında cavabdehin adı sənəddə olan yalnışlıq nəzərə alınaraq Ərizəçi (Şakir) olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********64 saylı məktubundan görünür ki, ərizəçidən asılı olmayan səbəblərdən səhvə yol verilərək, adı və atasının adının qeyri-düzgün yazılması səbəbindən, torpaq sahəsinin ərizəçinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamış, ərizəçiyə bununla bağlı MPM-nin 307.2.5-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, sözügedən hüquqmüəyyənedici sənəddə ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən səhvlərə yol verilmiş, ərizəçinin adı və atasının adı qeyri-düzgün yazılmışdır. Qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 nömrəli qərarı ilə mülkiyyətə İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 0,06 hektar həyətyanı təyinatlı torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş JN-368F (KOD ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə xx.xx.1969-cu il tarixdə İsmayıllı rayonunda doğulmuş Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 nömrəli qərarı ilə mülkiyyətə İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 0,06 hektar həyətyanı təyinatlı torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş JN-368F (KOD ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin xx.xx.1969-cu il tarixdə İsmayıllı rayonunda doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 nömrəli qərarı ilə mülkiyyətə İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 0,06 hektar həyətyanı təyinatlı torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş JN-368F (KOD ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin xx.xx.1969-cu il tarixdə İsmayıllı rayonunda doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4693/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4693/2022
07.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver