Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4721/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən **********00034 saylı abonent koduna əsassız hesablanmış 1.319 manat borc məbləğinin və heç bir əsas olmadan cavabdeh tərəfindən abonentə tərtib edilmiş qanunsuz aktların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən M.Nağıyev 20 ünvanda yerləşən sayğaclara baxış keçirilən zaman onlar tərəfindən qanunsuz və heç bir hüquqi əsası olmayan bir neçə akt tərtib edilmişdir. Həmin ünvanda yerləşən işıq sayğacı mənzildən kənarda, yəni pilləkən meydançasında quraşdırılmışdır. Qanunvericiliyə əsasən belə olan hallarda sayğacın işləkliyinə enerji təchizatçısı məsuliyyət daşıyır. Bundan əlavə olaraq, məhkəmə qərardadı ilə enerji təchizatının bərpa edilməsi qərara alındığından və cavabdeh təşkilatın əməkdaşları tərəfindən enerji təchizatı bərpa edildikdən qısa müddət sonra yenidən qanunsuz akt tərtib edilmişdir. Həmin müddət ərzində enerji istehlakına görə ödənişlər həyata keçirilmişdir. Tərtib edilmiş və hesablanmış bu borc məbləği tamamilə əsassızdır. Odur ki, həmin əsassız hesablanmış borc silinməlidir. Hesab edir ki, "xxxx" ASC tərəfindən 959 manat 83 qəpik məbləğində borcun ondan tələb edilməsi qanunsuzdur. İddiaçı məhkəməyə göndərdiyi ərizədə (sübutların təmin edilməsi, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və s. barədə) göstərmişdir ki, səhhətində yaranmış problemlər onun məhkəmə iclaslarında iştirakına imkan vermir. Məhkəmə iclasında iştirak edə bilməsə də, iddianı müdafiə edir. Həmçinin, işin hallarını təsdiq edən sübut kimi cavabdeh tərəfindən əsassız yazılmış aktlar ona da təqdim edilmədiyindən, qeyd olunan sənədləri məhkəməyə təqdim edə bilmir. Cavabdeh təşkilata o və həmin mənzildə yaşayan sakinlər tərəfindən dəfələrlə müraciət olunsa da, həmin aktlar onlara təqdim edilməmişdir. Həmçinin, abonent olaraq iddia tələbi ilə məhkəməyə müraciət etsə də, bir müddətdir ki, o, həmin mənzildə yaşamır. X2 həmin mənzildə yaşayır və elektrik sərfiyyatı ilə əlaqədar bütün ödəmələr məhz onun tərəfindən həyata keçirilir. Bununla da, oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində mülki iş üzrə cəlb edilməsi zəruridir. Bu səbəbdən, digər vəsatətlərlə yanaşı, X2nun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində mülki iş üzrə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan vəsatəti yuxarıda qeyd edilən hissədə təmin edərək, iddiaçının X2nu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində mülki işə cəlb etmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmədən işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı, ünvan 1 ünvanda yerləşən mənzilə verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********00034 saylı abonent kodu verilmişdir. 17 fevral 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı 017952 saylı aktda qeyd olunmuşdur ki, həmin ünvanda elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Məlum olmuşdur ki, elektrik sayğacı dövrədən tam kənarlaşdırılıb. Abonent elektrik enerjisindən birbaşa, sayğacsız istifadə edir. Axan yük ampermaş ilə ölçülmüşdür. Elektrik sayğacının dövrəyə qoşulması barədə tələb qoyulmuşdur. Bundan sonra, iddiaçıya itirilmiş elektrik enerjisinə görə 533 manat 83 qəpik + 126 manat olmaqla, cəmi 659 manat 83 qəpik borcu olması barədə müvafiq bildiriş göndərilmişdir. Akta əsasən iddiaçıya əlavə sərfiyyat üçün cəmi 659 manat 83 qəpik borc hesablanmışdır. Akt tərtib olunarkən abonent və şahidlərin iştirakı təmin edilməmişdir. 08 iyul 2020-ci il tarixdə tərtib edilmiş R seriyalı 180825 saylı aktda qeyd olunmuşdur ki, həmin ünvanda elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Debitor borc və Nəzarət Departamentinin tərtib etdiyi akta görə yaranmış 959 manata görə təchizatı dəfələrlə dayandırılmış abonent paylayıcı lövhədən faz xətti (göy rəngli məftil/naqillə) və sıfır xətti (qırmızı rəngli məftil/naqillə) kənar qoşaraq sayğacdan istifadə etməyərək şəbəkəyə qoşulmuşdur. Axan yük ampermaş ilə ölçülmüşdür. Kənar xətt ləğv edilmişdir. Bundan sonra, iddiaçıya itirilmiş elektrik enerjisinə görə 148 manat 40 qəpik + 180 manat 51 qəpik olmaqla, cəmi 328 manat 91 qəpik borcu olması barədə müvafiq bildiriş göndərilmişdir. Akta əsasən iddiaçıya əlavə sərfiyyat üçün cəmi 328 manat 91 qəpik borc hesablanmışdır. Akt tərtib olunarkən abonent və şahidlərin iştirakı təmin edilməmişdir. İki akt üzrə hesablanmış əlavə sərfiyyat məbləği 988 manat 74 qəpik təşkil etmişdir. Məhkəmə qeyd edir ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, aktlar tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuş, məişət abonenti və hal şahidlərinin iştirakı təmin edilməmişdir və bu səbəbdən, aktlar ləğv edilməlidir. Həmçinin, İddiaçı adına olan **********00034 saylı abonent koduna hesablanmış cəmi 988 manat 74 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17 fevral 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı 017952 saylı və 08 iyul 2020-ci il tarixdə tərtib edilmiş R seriyalı 180825 saylı aktlar ləğv edilməli, ünvan 1 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00034 saylı abunə koduna hesablanmış cəmi 988 manat 74 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia ərizəsində 988 manat 74 qəpik məbləğdən artıq göstərilən məbləğ iddiaçı tərəfindən sərf edilmiş elektrik enerjisinə görə real borcdur və o, həmin borcu cavabdehə ödəməlidir. Həmin borc mübahisələndirilən aktlar üzrə hesablanmamışdır və silinməsi üçün heç bir səbəb yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17 fevral 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı 017952 saylı və 08 iyul 2020ci il tarixdə tərtib edilmiş R seriyalı 180825 saylı aktlar ləğv edilsin. ünvan 1 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00034 saylı abunə koduna hesablanmış cəmi 988 manat 74 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4721/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4721/2021
16.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver