Məhkəmə qərarları › İş №2(006)-4723/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4723/2021

12.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4723/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ("xxxx" İKB) ilə cavabdehlər arasında bağlanmış 27.05.2014-cü il tarixli, 23-M-1-0-216-14 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, eyni predmet və eyni əsaslarla onların iddiaçı, hazırki iddiaçıların cavabdeh olduğu məhkəmə işi olmuşdur və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, iş üzrə apellyasiya şikayəti qismən təmin edilmiş və kassasiya şikayəti müddət ötürüldüyündən geri qaytarılmışdır. Beləliklə, iddiaçılar sözügedən müqavilənin etibarsızlığını daha öncə mübahisələndirməmişlər və bu məsələyə artıq hüquqi qiymət verilmişdir. İddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(060)-542/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər X1, İddiaçı2 və İddiaçı1 müştərək qaydada 9311,84 ABŞ dolları əsas borc, 2728,72 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12090,56 ABŞ dolları məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 AZN məbləğində dövlət rüsumu iddiaçı "xxxx" İKB xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2(105)-320/2019 saylı qətnaməsinin surətindən görünür ki, Apellyasiya şikayəti qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilməsi, cavabdehlər X2, İddiaçı2, oğlu və İddiaçı1 müştərək qaydada 9311.84 ABŞ dolları məbləğində əsas kredit borcu, 2728.72 ABŞ dolları məbləğində faiz, borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12090.56 ABŞ dolları məbləğində kredit borcunun ödəniləcək günə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın məzənnəsi nəzərə alınmaqla manat hesabı alınaraq iddiaçı "xxxx" İKB ASC-nə verilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər X2, İddiaçı2 və İddiaçı1 müştərək qaydada məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Müxbir hesab: AZA1NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli, 2(105)-320/2019 saylı qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X2, İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçılar İddiaçı1, İddiaçı2 mübahisələndirdikləri hallarla bağlı (zaminlik müqaviləsi ilə əlaqədar) yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil edir. İddiaçılar məhkəmə proseslərində iştirak edərək sözügedən müqavilənin etibarsızlığını daha öncə mübahisələndirməmişlər və bu məsələyədə artıq birinci və apellyasiya insyansiyası məhkəməsində hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar