Məhkəmə qərarları › İş №2(006)-4752/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4752/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4752/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.03.2019-cu il tarixli, 00558479 saylı müqavilə üzrə “HP” markalı noutbuk üçün 1287 (bir min iki yüz səksən yeddi) manat ödənilməmiş hissə, 386 (üç yüz səksən altı) manat dəbbə pulu, 25.04.2019-cu il tarixli, 00629820 saylı müqavilə üzrə “Sony Playstation-4” markalı oyun konsolu, 2 ədəd “Logitech Mouse” markalı siçan, “DS- Playstation 4” markalı pult üçün 966 (doqquz yüz altmış altı) manat ödənilməmiş hissə, 298 (iki yüz doxsan səkkiz) manat dəbbə pulu, 27.05.2019-cu il tarixli, 00685672 saylı müqavilə üzrə İMEİ Kodu **********61722 olan “HOFFMANN X GO” markalı telefon, 2 ədəd aksesuar üçün 19 (on doqquz) manat ödənilməmiş hissə, 5 (beş manat) manat dəbbə pulu, 27.05.2019-cu il tarixli, 00684943 saylı müqavilə üzrə “HOFFMANN LED” markalı televizor üçün, 210 (iki yüz on manat) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat dəbbə pulu, 27.05.2019-cu il tarixli, 00685719 saylı müqavilə üzrə “Foriella Trio” markalı ayaqqabı rəfi üçün 120 (bir yüz iyirmi) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat dəbbə pulu, 13.06.2019-cu il tarixli, 00720697 saylı müqavilə üzrə İMEİ Kodu **********56253 olan «Samsung Galaxy A10» markalı telefon üçün 243 (iki yüz qırx üç) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə pulu olmaqla, ümumilikdə 3697 (üç min altı yüz doxsan yeddi) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 11.03.2019-cu il tarixli, 00558479 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2376 (iki min üç yüz yetmiş altı) manat (24 ay x 99 manat + 0 manat ilkin ödəniş) “HP” markalı noutbuk üçün ümumilikdə 1673 (bir min altı yüz yetmiş üç) manat olmaqla, ondan 1287 (bir min iki yüz səksən yeddi) manat ödənilməmiş hissə, 386 (üç yüz səksən altı manat) manat dəbbə pulu, 25.04.2019-cu il tarixli, 00629820 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1494 (min dörd yüz doxsan dörd) manat (18 ay x 83 manat + 0 manat ilkin ödəniş) olan “Sony Playstation 4” markalı oyun konsolu, 2 ədəd “Logitech Mouse” markalı sıçan, “DS-Playstation 4” markalı pult üçün ümumilikdə, 1264 (bir min iki yüz altmış dörd) manat olmaqla, ondan 966 (doqquz yüz altmış altı) manat ödənilməmiş hissə, 298 (iki yüz doxsan səkkiz) manat dəbbə pulu, 27.05.2019-cu il tarixli, 00685672 saylı alqı-satqı müqaviləsinə əsasən, alqısatqı qiyməti 211 (iki yüz on bir) manat (11 ay x 19 manat + 2 manat ilkin ödəniş) olan İMEİ Kodu **********61722 “HOFFMANN X GO” markalı telefon, 2 ədəd aksesuar üçün ümumilikdə, 24 (iyirmi dörd) manat olmaqla ondan, 19 (on doqquz) manat ödənilməmiş hissə, 5 (beş manat) manat dəbbə pulu, 27.05.2019-cu il tarixli, 00684943 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (24 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN LED” markalı televizor üçün ümumilikdə, 268 (iki yüz altmış səkkiz) manat 210 (iki yüz on manat) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat dəbbə pulu, 27.05.2019-cu il tarixli, 00685719 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 192 (yüz doxsan iki) manat (24 ay x 8 manat + 0 manat ilkin ödəniş) olan “Foriella Trio” markalı ayaqqabı rəfi üçün ümumilikdə, 153 (yüz əlli üç) manat olmaqla ondan 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat dəbbə pulu, 13.06.2019-cu il tarixli, № 00720697 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 442 (dörd yüz qırx iki) manat (20 ay x 22 manat + 2 manat ilkin ödəniş) olan İMEİ Kodu **********56253 «Samsung Galaxy A10» markalı telefon üçün ümumilikdə, 315 (üç yüz on beş) manat olmaqla ondan 243 (iki yüz qırx üç) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2230 (iki min iki yüz otuz) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 11.03.2019-cu il tarixli, 00558479 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 2376 (iki min üç yüz yetmiş altı) manat təşkil edən “HP” markalı noutbuk üçün 0 (sıfır) manat ilkin ödənişlə, 24 ay müddətinə, hər ay 99 (doxsan doqquz) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 25.04.2019-cu il tarixli, 00629820 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 1494 (min dörd yüz doxsan dörd) manat manat təşkil edən “Sony Playstation 4” markalı oyun konsolu, 2 ədəd “Logitech Mouse” markalı sıçan, “DS-Playstation 4” markalı pult üçün markalı telefon üçün 0 (sıfır) manat ilkin ödənişlə, 18 ay müddətinə, hər ay 83 (səksən üç) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 27.05.2019-cu il tarixli, 00685672 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 211 (iki yüz on bir) manat təşkil edən İMEİ Kodu **********61722 “HOFFMANN X GO” markalı telefon, 2 ədəd aksesuar üçün 2(iki) manat ilkin ödənişlə, 11 ay müddətinə, hər ay 19 (on doqquz) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 27.05.2019-cu il tarixli, 00684943 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 360 (üç yüz altmış) manat təşkil “HOFFMANN LED” markalı televizor üçün 0 (sıfır) manat ilkin ödənişlə, 24 ay müddətinə, hər ay 15 (on beş) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 27.05.2019-cu il tarixli, 00685719 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 192 (yüz doxsan iki) manat təşkil “Foriella Trio” markalı ayaqqabı rəfi üçün 0 (sıfır) manat ilkin ödənişlə, 24 ay müddətinə, hər ay 8 (səkkiz) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 13.06.2019-cu il tarixli, 00720697 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 442 (dörd yüz qırx iki) manat təşkil edən İMEİ Kodu **********56253 «Samsung Galaxy A10» markalı telefon üçün 2 (iki) manat ilkin ödənişlə, 20 ay müddətinə, hər ay 22 (iyirmi iki) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 06.12.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. 28.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 11.03.2019-cu il, 25.04.2019-cu il, 27.05.2019-cu il, 13.06.2019-cu il tarixli müqavilələrə əsasən ümumilikdə 3697 (üç min altı yüz doxsan yeddi) manat borcu vardır. 13.01.2021-ci il tarixli, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1977-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. 31.05.2021-ci il tarixli ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11.03.2019-cu il tarixli, 00558479 saylı əşyanın nisyə alqısatqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyaları 0 (sıfır) manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 24 ay müddətinə, hər ay 99 (doxsan doqquz) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 25.04.2019-cu il tarixli, 00629820 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyaları 0 (sıfır) manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə, hər ay 83 (səksən üç) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 27.05.2019-cu il tarixli, 00685672 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyaları 2 (iki) manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 11 ay müddətinə, hər ay 19 (on doqquz) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 27.05.2019-cu il tarixli, 00684943 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyaları 0 (sıfır) manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 24 ay müddətinə, hər ay 15 (on beş) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 27.05.2019-cu il tarixli, 00685719 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyaları 0 (sıfır) manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 24 ay müddətinə, hər ay 8 (səkkiz) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 13.06.2019-ci il tarixli, 00720697 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyaları 2 (iki) manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 20 ay müddətinə, hər ay 22 (iyirmi iki) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi, yəni iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamış və yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 11.03.2019-cu il tarixli, 00558479 saylı, 25.04.2019-cu il tarixli, 00629820 saylı, 27.05.2019-cu il tarixli, 00685672 saylı, 27.05.2019-cu il tarixli, 00684943 saylı, 27.05.2019-cu il tarixli, 00685719 saylı və 13.06.2019-cu il tarixli, 00720697 saylı müqavilələr üzrə hesablanmış dəbbə pulunun məbləği endirilməli, 11.03.2019-cu il tarixli, 00558479 saylı müqavilə üzrə 80 (səksən) manat məbləğində, 25.04.2019-cu il tarixli, 00629820 saylı müqavilə üzrə isə 60 (altmış) manat məbləğində, 27.05.2019-cu il tarixli, 00685672 saylı müqavilə üzrə isə 2 (iki) manat məbləğində, 27.05.2019-cu il tarixli, 00684943 saylı müqavilə üzrə isə 20 (iyirmi) manat məbləğində, 27.05.2019-cu il tarixli, 00685719 saylı müqavilə üzrə isə 10 (on) manat məbləğində, və 13.06.2019-cu il tarixli, 00720697 saylı müqavilə üzrə isə 24 (iyirmi dörd) manat məbləğində müəyyən edilməli, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11.03.2019-cu il tarixli, 00558479 saylı alqı-satqı müqaviləsinə əsasən, “HP” markalı noutbuk üçün 1287 (bir min iki yüz səksən yeddi) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə pulu, 25.04.2019-cu il tarixli, 00629820 saylı alqı-satqı müqaviləsinə əsasən, “Sony Playstation 4” markalı oyun konsolu, 2 ədəd “Logitech Mouse” markalı sıçan, “DS-Playstation 4” markalı pult üçün 966 (doqquz yüz altmış altı) manat ödənilməmiş hissə, 60 (altmış) manat manat dəbbə pulu, 27.05.2019-cu il tarixli, 00685672 saylı alqı-satqı müqaviləsinə əsasən, İMEİ Kodu **********61722 olan “HOFFMANN X GO” markalı telefon, 2 ədəd aksesuar üçün 19 (on doqquz) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə pulu, 27.05.2019-cu il tarixli, 00684943 saylı alqı-satqı müqaviləsinə əsasən, “HOFFMANN LED” markalı televizor üçün 210 (iki yüz on manat) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, 27.05.2019-cu il tarixli, 00685719 saylı alqı-satqı müqaviləsinə əsasən, “Foriella Trio” markalı ayaqqabı rəfi üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 13.06.2019-cu il tarixli, 00720697 saylı alqı-satqı müqaviləsinə əsasən, İMEİ Kodu olan **********56253 «Samsung Galaxy A10» markalı telefon üçün 243 (iki yüz qırx üç) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə pulu, ümumilikdə 3041 (üç min qırx bir) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11.03.2019-cu il tarixli, 00558479 saylı alqı-satqı müqaviləsinə əsasən, “HP” markalı noutbuk üçün 1287 (bir min iki yüz səksən yeddi) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə pulu, 25.04.2019-cu il tarixli, 00629820 saylı alqı-satqı müqaviləsinə əsasən, “Sony Playstation 4” markalı oyun konsolu, 2 ədəd “Logitech Mouse” markalı sıçan, “DS-Playstation 4” markalı pult üçün 966 (doqquz yüz altmış altı) manat ödənilməmiş hissə, 60 (altmış) manat manat dəbbə pulu, 27.05.2019-cu il tarixli, 00685672 saylı alqı-satqı müqaviləsinə əsasən, İMEİ Kodu **********61722 olan “HOFFMANN X GO” markalı telefon, 2 ədəd aksesuar üçün 19 (on doqquz) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə pulu, 27.05.2019-cu il tarixli, 00684943 saylı alqısatqı müqaviləsinə əsasən, “HOFFMANN LED” markalı televizor üçün 210 (iki yüz on manat) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, 27.05.2019-cu il tarixli, 00685719 saylı alqı-satqı müqaviləsinə əsasən, “Foriella Trio” markalı ayaqqabı rəfi üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 13.06.2019-cu il tarixli, 00720697 saylı alqı-satqı müqaviləsinə əsasən, İMEİ Kodu olan **********56253 «Samsung Galaxy A10» markalı telefon üçün 243 (iki yüz qırx üç) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə pulu, ümumilikdə 3041 (üç min qırx bir) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar