Məhkəmə qərarları › İş №2(006)-4754/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4754/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4754/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əzizova Şəbnur Rəfail qızının katibliyi, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Məhəmmədova (Rzayeva) Ramina Malikovnaya qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Məhəmmədova (Rzayeva) Ramina Malikovnaya qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı xx.xx.2019 -cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019 -cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019 -cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********35794 olan “X5” markalı telefon, İMEİ kodu **********03848 olan “Samsung Galaxy A30” markalı telefon, İMEİ kodu **********29047 olan “Xiaomi Redmi 6 A” markalı telefon, “Xiaomi Mi band 3” markalı saatı, İMEİ kodu **********57651 olan “iPhone Xs” markalı telefon, İMEİ kodu **********44683 olan “iPhone Xs” markalı telefon, “Philips” markalı ütü, “X4”, DECT PANASONİC, İMEİ kodu **********43438 olan “Samsung Galaxy A30” markalı telefon, İMEİ kodu **********51275 olan “Samsung Galaxy A20” markalı telefon almış və nəticədə 8021 (səkkiz min iyirmi bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 408 manat (12 ay x 34 manat ) olan İMEİ kodu **********35794 olan “X5” markalı telefon üçün 104 manat olmaqla ondan, 74 (yetmiş dörd) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu; xx.xx.2019 -cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 585 manat (15 ay x 39 manat) olan İMEİ kodu **********03848 olan “Samsung Galaxy A30” markalı telefon üçün 443 manat olmaqla, ondan 385 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 423 manat (9 ay x 47 manat) olan İMEİ kodu **********29047 olan “Xiaomi Redmi 6 A” markalı telefon, “Xiaomi Mi band 3” markalı saatı üçün 9 (doqquz) manat olmaqla, ondan 9 manat ödənilməmiş hissə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2826 manat (18 ay x 157 manat) olan İMEİ kodu **********57651 olan “iPhone Xs” markalı telefon üçün 2873 manat olmaqla, ondan 2355 manat ödənilməmiş hissə, 518 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2772 manat (18 ay x 154 manat) olan İMEİ kodu **********44683 olan “iPhone Xs” markalı telefon üçün 2972 manat olmaqla, ondan 2464 manat ödənilməmiş hissə, 508 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 264 manat (11 ay x 24manat) olan “Philips” markalı ütü, X4 üçün 250 manat olmaqla, ondan 192 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 46 manat (6 ay x 6 manat + 10 manat ilkin ödəniş) olan DECT PANASONİC üçün 31 manat olmaqla, ondan 24 manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 680 manat (18 ay x 36 manat + 32 manat ilkin ödəniş) olan İMEİ kodu **********43438 olan “Samsung Galaxy A30” markalı telefon üçün 741 manat olmaqla, ondan 612 manat ödənilməmiş hissə, 129 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 510 manat (15 ay x 34 manat) olan İMEİ kodu **********51275 olan “Samsung Galaxy A20” markalı telefon üçün 598 manat olmaqla, ondan 476 manat ödənilməmiş hissə, 122 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1923 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönədilə bilər. Göstərilənlərə əsasən xx.xx.2019-cı il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********35794 olan “X5” markalı telefon üçün 74 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 104 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********03848 olan “Samsung Galaxy A30” markalı telefon 385 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu, cəmi 443 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29047 olan “Xiaomi Redmi 6 A” markalı telefon, “Xiaomi Mi band 3” markalı saatı üçün 9 manat ödənilməmiş hissə, cəmi 9 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********57651 olan “iPhone Xs” markalı telefon üçün 2355 manat ödənilməmiş hissə, 518 manat dəbbə pulu, cəmi 2873 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********44683 olan “iPhone Xs” markalı telefon üçün 2464 manat ödənilməmiş hissə, 508 manat dəbbə pulu, cəmi 2972 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Philips” markalı ütü, X4 üçün 192 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu, cəmi 250 manat, xx.xx.2019 -cu il tarixli müqaviləyə əsasən DECT PANASONİC üçün 24 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu, cəmi 31 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********43438 olan “Samsung Galaxy A30” markalı telefon üçün 612 manat ödənilməmiş hissə, 129 manat dəbbə pulu, cəmi 741 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********51275 olan “Samsung Galaxy A20” markalı telefon üçün 476 manat ödənilməmiş hissə, 122 manat dəbbə pulu, cəmi 598 manat, ümumilikdə 8021 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8051 manat pulun cavabdeh Məhəmmədova (Rzayeva) Ramina Malikovnadan alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 09 mart 2019-cu il tarixli, 00554389 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ kodu **********29047 olan “Xiaomi Redmi 6 A” markalı telefonu və “Xiaomi Mi band 3” markalı saatı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 09 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00712142 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC “X4”, “Philips” markalı ütünü Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 11 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2019-cu il tarixli, 00720706 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ kodu **********35794 olan “X5” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00746640 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC “DECT PANASONİC” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00746585 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ kodu **********03848 olan “Samsung Galaxy A30” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00752879 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ kodu **********57651 olan “iPhone Xs” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00765371 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ kodu **********51275 olan “Samsung Galaxy A20” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00785633 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ kodu **********03848 olan “Samsung Galaxy A30” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00805991 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ kodu **********44683 olan “iPhone Xs” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 74 manat ödənilməmiş borcu, 30 manat dəbbə borcu, cəmi 104 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 385 manat ödənilməmiş borcu, 58 manat dəbbə borcu, cəmi 443 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 9 manat ödənilməmiş borcu, cəmi 9 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2355 manat ödənilməmiş borcu, 518 manat dəbbə borcu, cəmi 2873 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2464 manat ödənilməmiş borcu, 508 manat dəbbə borcu, cəmi 2972 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 192 manat ödənilməmiş borcu, 58 manat dəbbə borcu, cəmi 250 manat, xx.xx.2019cu il tarixli müqavilə üzrə 24 manat ödənilməmiş borcu, 7 manat dəbbə borcu, cəmi 31 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 612 manat ödənilməmiş borcu, 129 manat dəbbə borcu, cəmi 741 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 476 manat ödənilməmiş borcu, 122 manat dəbbə borcu, cəmi 598 manat olmaqla, ümumilikdə 8021 manat borcu vardır. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxx» MMC ilə Məhəmmədova (Rzayeva) Ramina Malikovna arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019 -cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən «xxxx» MMC İMEİ kodu **********35794 olan “X5” markalı telefon, İMEİ kodu **********03848 olan “Samsung Galaxy A30” markalı telefon, İMEİ kodu **********29047 olan “Xiaomi Redmi 6 A” markalı telefon, “Xiaomi Mi band 3” markalı saatı, İMEİ kodu **********57651 olan “iPhone Xs” markalı telefon, İMEİ kodu **********44683 olan “iPhone Xs” markalı telefon, “Philips” markalı ütü, “X4”, DECT PANASONİC, İMEİ kodu **********43438 olan “Samsung Galaxy A30” markalı telefon, İMEİ kodu **********51275 olan “Samsung Galaxy A20” markalı telefonu cavabdeh Məhəmmədova (Rzayeva) Ramina Malikovnaya vermiş, cavabdeh Məhəmmədova (Rzayeva) Ramina Malikovna isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «xxxx» MMC-yə ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissələrdə qismən təmin edilərək dəbbə pulu 13 iyun 2019-cu il tarixli, 00720706 saylı müqavilə üzrə 7 manat məbləğində, xx xxxx 2019-cu il tarixli, 00746585 saylı müqavilə üzrə 30 manat məbləğində, xx xxxx 2019-cu il tarixli, 00752879 saylı müqavilə üzrə 200 manat, xx xxxx 2019-cu il tarixli, 00805991 saylı müqavilə üzrə 200 manat, xx xxxx 2019-cu il tarixli, 00712142 saylı müqavilə üzrə 20 manat, xx xxxx 2019cu il tarixli, 00746640 saylı müqavilə üzrə 2 manat,xx xxxx 2019-cu il tarixli, 00785633 saylı müqavilə üzrə 60 manat, xx xxxx 2019-cu il tarixli, 00765371 saylı müqavilə üzrə 40 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Məhəmmədova (Rzayeva) Ramina Malikovnadan xx xxxx 2019-cu il tarixli, 00720706 saylı müqavilə üzrə 74 (yetmiş dörd) manat ödənilməmiş məbləğ, 7 (yeddi) manat dəbbə pulu, cəmi 81 (səksən bir) manat, xx xxxx 2019-cu il tarixli, 00746585 saylı müqavilə üzrə 385 (üç yüz səksən beş) manat ödənilməmiş məbləğ, 30 (otuz) manat dəbbə pulu, cəmi 415 (dörd yüz on beş) manat, xx xxxx 2019-cu il tarixli, 00554389 saylı müqavilə üzrə 9 (doqquz) manat ödənilməmiş məbləğ, xx xxxx 2019-cu il tarixli, 00752879 saylı müqavilə üzrə 2355 (iki min üç yüz əlli beş) manat ödənilməmiş məbləğ, 200 (iki yüz) manat dəbbə pulu, cəmi 2555 (iki min beş yüz əlli beş) manat, xx xxxx 2019-cu il tarixli, 00805991 saylı müqavilə üzrə 2464 (iki min dörd yüz altmış dörd) manat ödənilməmiş məbləğ, 200 (iki yüz) manat dəbbə pulu, cəmi 2664 (iki min altı yüz altmış dörd) manat, xx xxxx 2019-cu il tarixli, 00712142 saylı müqavilə üzrə 192 (bir yüz doxsan iki) manat ödənilməmiş məbləğ, 20 (iyirmi) manat dəbbə pulu, cəmi 212 (iki yüz on iki) manat, xx xxxx 2019-cu il tarixli, 00746640 saylı müqavilə üzrə 24 (iyirmi dörd) manat ödənilməmiş məbləğ, 2 (iki) manat dəbbə pulu, cəmi 26 (iyirmi altı) manat, xx xxxx 2019-cu il tarixli, 00785633 saylı müqavilə üzrə 612 (altı yüz on iki) manat ödənilməmiş məbləğ, 60 (altmış) manat dəbbə pulu, cəmi 672 (altı yüz yetmiş iki) manat, xx xxxx 2019-cu il tarixli, 00765371 saylı müqavilə üzrə 476 (dörd yüz yetmiş altı) manat ödənilməmiş məbləğ, 40 (qırx) manat dəbbə pulu, cəmi 516 (beş yüz on altı) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 7180 (yeddi min yüz səksən) manat məbləğində pul alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh Məhəmmədova (Rzayeva) Ramina Malikovnadan xx xxxx 2019-cu il tarixli, 00720706 saylı müqavilə üzrə 74 (yetmiş dörd) manat ödənilməmiş məbləğ, 7 (yeddi) manat dəbbə pulu, cəmi 81 (səksən bir) manat, xx xxxx 2019-cu il tarixli, 00746585 saylı müqavilə üzrə 385 (üç yüz səksən beş) manat ödənilməmiş məbləğ, 30 (otuz) manat dəbbə pulu, cəmi 415 (dörd yüz on beş) manat, xx xxxx 2019-cu il tarixli, 00554389 saylı müqavilə üzrə 9 (doqquz) manat ödənilməmiş məbləğ, xx xxxx 2019-cu il tarixli, 00752879 saylı müqavilə üzrə 2355 (iki min üç yüz əlli beş) manat ödənilməmiş məbləğ, 200 (iki yüz) manat dəbbə pulu, cəmi 2555 (iki min beş yüz əlli beş) manat, xx xxxx 2019-cu il tarixli, 00805991 saylı müqavilə üzrə 2464 (iki min dörd yüz altmış dörd) manat ödənilməmiş məbləğ, 200 (iki yüz) manat dəbbə pulu, cəmi 2664 (iki min altı yüz altmış dörd) manat, xx xxxx 2019-cu il tarixli, 00712142 saylı müqavilə üzrə 192 (bir yüz doxsan iki) manat ödənilməmiş məbləğ, 20 (iyirmi) manat dəbbə pulu, cəmi 212 (iki yüz on iki) manat, xx xxxx 2019-cu il tarixli, 00746640 saylı müqavilə üzrə 24 (iyirmi dörd) manat ödənilməmiş məbləğ, 2 (iki) manat dəbbə pulu, cəmi 26 (iyirmi altı) manat, xx xxxx 2019-cu il tarixli, 00785633 saylı müqavilə üzrə 612 (altı yüz on iki) manat ödənilməmiş məbləğ, 60 (altmış) manat dəbbə pulu, cəmi 672 (altı yüz yetmiş iki) manat, xx xxxx 2019-cu il tarixli, 00765371 saylı müqavilə üzrə 476 (dörd yüz yetmiş altı) manat ödənilməmiş məbləğ, 40 (qırx) manat dəbbə pulu, cəmi 516 (beş yüz on altı) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 7180 (yeddi min yüz səksən) manat məbləğində pul alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar