Məhkəmə qərarları › İş №2(006)-4763/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4763/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4763/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********44418 olan «X4 9S» markalı telefon üçün 612 manat ödənilməmiş hissə; 20.06.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung LED» televizor, «Sonorous Surefix» asqı üçün 944 manat ödənilməmiş hissə; 16.08.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08096 olan «X4 9» markalı telefon üçün 525 manat 60 qəpik ödənilməmiş hissə; 03.09.2020-ci il tarixli müqaviləyə əsasən «Acer Aspire» notebook üçün 1.050 manat ödənilməmiş hissə; 03.09.2020-ci il tarixli müqaviləyə əsasən «Toshiba» soyuducu üçün 1.785 manat 60 qəpik ödənilməmiş hissə; 04.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08481 olan «Huawey Y9» markalı telefon, İMEİ kodu **********89445 olan «X4 9» markalı telefon üçün 1.051 manat 20 qəpik ödənilməmiş hissə; 14.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********70853 olan «Realme 6i» markalı telefon üçün 441 manat 60 qəpik ödənilməmiş hissə olmaqla, cəmi 6.410 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı 25.05.2020; 20.06.2020; 16.08.2020; 03.09.2020; 03.09.2020; 04.09.2020; 14.09.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********44418 olan «X4 9S» markalı telefon; «Samsung LED» televizor, «Sonorous Surefix» asqı; İMEİ kodu **********08096 olan «X4 9» markalı telefon; «Acer Aspire» notebook; «Toshiba» soyuducu; İMEİ kodu **********08481 olan «Huawey Y9» markalı telefon, İMEİ kodu **********89445 olan «X4 9» markalı telefon; İMEİ Kodu **********70853 olan «Realme 6i» markalı telefon almış və nəticədə 6.410 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 25.05.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 749 manat 40 qəpik (18 ay x 40 manat 80 qəpik + 15 manat ilkin ödəniş) olan İMEİ kodu **********44418 olan «X4 9S» markalı telefon üçün ümümilikdə 612 manat ödənilməmiş hissə; 20.06.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1.062 manat (18 ay x 59 manat + 0 manat ilkin ödəniş) olan «Samsung LED» televizor, «Sonorous Surefix» asqı üçün ümumilikdə 944 manat ödənilməmiş hissə; 16.08.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 525 manat 60 qəpik (12 ay x 43 manat 80 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********08096 olan «X4 9» markalı telefon üçün ümumilikdə 525 manat 60 qəpik ödənilməmiş hissə; 03.09.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1.050 manat (12 ay x 87 manat 50 qəpik + 0 manat ilkin ödəniş) olan «Acer Aspire» notebook üçün ümumilikdə 1.050 manat ödənilməmiş hissə; 03.09.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1.785 manat 60 qəpik (12 ay x 148 manat 80 qəpik + 0 manat ilkin ödəniş) olan «Toshiba» soyuducu üçün ümumilikdə 1.785 manat 60 qəpik ödənilməmiş hissə; 04.09.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1.051 manat 20 qəpik (12 ay x 87 manat 60 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********08481 olan «Huawey Y9» markalı telefon, İMEİ kodu **********89445 olan «X4 9» markalı telefon üçün ümumilikdə 1.051 manat 20 qəpik ödənilməmiş hissə; 14.09.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 441 manat 60 qəpik (12 ay x 36 manat 80 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********70853 olan «Realme 6i» markalı telefon üçün ümumilikdə 441 manat 60 qəpik ödənilməmiş hissə olmaqla müvafiq məbləğlər hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 255 manat 40 qəpik təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddət keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, "xxxx" MMC müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh imkanı olmadığı üçün pulu ödəyə bilmədiyini, hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə 25.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********44418 olan «X4 9S» markalı telefon; 20.06.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung LED» televizor, «Sonorous Surefix» asqı; 16.08.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08096 olan «X4 9» markalı telefon; 03.09.2020-ci il tarixli müqaviləyə əsasən «Acer Aspire» notebook; 03.09.2020-ci il tarixli müqaviləyə əsasən «Toshiba» soyuducu; 04.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08481 olan «Huawey Y9» markalı telefon, İMEİ kodu **********89445 olan «X4 9» markalı telefon; 14.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********70853 olan «Realme 6i» markalı telefon almışdır. Müqavilələrin şərtlərinə görə Cavabdeh alınmış əşyalara görə ilkin ödənişsiz və ilkin ödənişli, müxtəlif müddətlərə hər ay müvafiq ödənişlər etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müxtəlif əşyalar almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə 25.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 6.410 manat borc məbləği yaranmışdır. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 6.410 manat məbləğində əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6.440 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 6.410 manat məbləğində əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6.440 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar