Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4778/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 01 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ərizəçi oğlu tərəfindən verilmiş ərizəyə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi : Ərizəçi maraqlı şəxs 01 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işin materillarını araşdırıb hesab edir ki, ərizə təmin edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1, 261.0.3, 261.0.6 və 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, ərizəsi təmin edilməli və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı : Ərizəçinin ərizəsi təmin edilsin. Ərizəçi oğlu maraqlı şəxs 01 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4778/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4778/2020
24.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver