Məhkəmə qərarları › İş №2(006)-4794/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4794/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4794/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, X4 qızının katibliyi ilə, iddiaçı ”İddiaçı” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ”İddiaçı” MMC-nin cavabdeh Quliyeva Ceyran Möhübbət qızına qarşı “pulun tutulması”tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmisdir ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Hoffmann FAAC markalı kondinsioner, Demir Dokum markalı kombi almış və nəticədə 1364 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1192 manat olan Hoffmann FAAC markalı kondinsioner üçün 699 manat olmaqla ondan 636 manat ödənilməmiş hissə, 194 manat cərimə pulu hesablanmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 63 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1000 manat olan Demir Dokum markalı kombi 665 manat olmaqla, ondan 605 manat ödənilməmiş hissə, 199 manat cərimə pulu hesablanmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 60 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 951 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann FAAC markalı kondinsioner üçün 636 manat ödənilməmiş hissə, 63 manat cərimə, cəmi 699 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Demir Dokum markalı kombi üçün 605 manat ödənilməmiş hissə, 60 manat cərimə pulu, cəmi 665 manat, ümumilikdə 1364 manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 1394 manat Cavabdeh alınaraq ”İddiaçı” MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsindən görünür ki, Hoffmann FAAC markalı kondinsioner almış və nəticədə 1192 manat borc yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsindən görünür ki, Demir Dokum markalı kombi almış və nəticədə 1000 manat borc yaranmışdır. İİş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1192 manat olan Hoffmann FAAC markalı kondinsioner üçün 699 manat olmaqla ondan 636 manat ödənilməmiş hissə, 194 manat cərimə pulu hesablanmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 63 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1000 manat olan Demir Dokum markalı kombi 665 manat olmaqla, ondan 605 manat ödənilməmiş hissə, 199 manat cərimə pulu hesablanmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 60 manat cərimə pulu borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə belə bir nəticəyə gəlir ki, cavabdeh X1 müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən icranı gecikdirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann FAAC markalı kondinsioner üçün 636 manat ödənilməmiş hissə, 63 manat cərimə, cəmi 699 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Demir Dokum markalı kombi üçün 605 manat ödənilməmiş hissə, 60 manat cərimə pulu, cəmi 665 manat, ümumilikdə 1364 manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 1394 manat Cavabdeh alınaraq ”İddiaçı” MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 20 (iyirmi) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann FAAC markalı kondinsioner üçün 636 manat ödənilməmiş hissə, 63 manat cərimə, cəmi 699 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Demir Dokum markalı kombi üçün 605 manat ödənilməmiş hissə, 60 manat cərimə pulu, cəmi 665 manat, ümumilikdə 1364 manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 1394 manat Cavabdeh alınaraq ”İddiaçı” MMCnə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar