Məhkəmə qərarları › İş №2(006)-4800/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4800/2020

16.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4800/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «əsassız debitor borcun ləğv edilməsi» barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «əsassız debitor borcun ləğv edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, debitor borcu olaraq göstərilən 1254 manat pul vəsaitinin ləğv edilməsi, sayğac dəyişikliyi adı altında ondan alınmış 350 manat məbləğində pul vəsaitin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək debitor borcu olaraq göstərilən 1165,48 manat pul vəsaitinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, Yasamal rayonu, Abdulla Şaiq küçəsi dalan 14 mənzil 4 atası X1 mülkiyyətindədir, lakin kommunal xidmətlər üzrə müqavilələr o cümlədən elektrik enerjisi istehlakçısı müqaviləsi ailə üzvü olaraq, qeydiyyatda olmaqla daimi yaşadığı üçün onunla bağlanmışdır. Mənzilin ümumi sahəsi 16 kv.m olmaqla 2 otaqdan ibarətdir. Cavabdeh təşkilatın Yasamal rayon şöbəsi ilə 04000020T1140040 saylı kod altında elektrik enerjisi istehlakçısı statusu ilə müqavilə mövcuddur. xx xxxx 2020-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları mənzilin qapısında “razılaşma protokolu” adı altında sənəd saxlamış və möhürlə təsdiqlənməmiş, onun imzası olmadan kemlər tərəfindən imza atılması adı və soyadı olmadığı üçün müəyyən edilməyən hüququ sənəd kimin qəbul edilməsi mümkün olmayan “razılaşma protokolunda” məlum edilir ki, məlum olmayan səbəbdən onun debitor borcu yaranmış, debitor borcun razılaşma əsasında hər ay onun tərəfindən 175 manat ödəniləcəyi kimi həqiqəti əks etdirməyən “razılaşma protokolu” ortaya çıxmışdır. Bu səbəbdən Yasamal rayon şöbəsinə müraciət etmiş və “razılaşma protokolun” könüllü ləğv edilməsini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixli məktubla cavabdeh məlum edir ki, guya ona aid sayğaca kənar müdaxilə edilmişdir. Bu səbəbdən o, məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etdi. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, xx xxxx 2019-cu və xx xxxxxx 2020-ci ildə ünvan 1 ünvan üzrə “xxxx” Nəzarət Departamentinin satışa Nəzarət idarəsi tərəfindən NDM 016642 və 018060 saylı aktlat tərtib edilmişdir. Lakin akt iddiaçının iştirakı olmadan tərtib olunaraq imza qrafasında iddiaçının imzası yoxdur. İş materiallarında olan “xxxx” ASC-nin akt komissiyasının sədrinin əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə NDM 016642 saylı akt üzrə xx xxxx 2019-cu il tarixli tələblərdən görünür ki, 4000020T114004Q saylı kod altında elektrik enerjisinin yoxlama zamanı məlum oldu ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin akt komissiyasının sədrinin əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə NDM 018060 saylı akt üzrə xx xxxxxx 2020-ci il tarixli tələblərdən görünür ki, 4000020T114004Q saylı kod altında elektrik enerjisinin yoxlama zamanı məlum oldu ki, obyektin elektrik sayğacı dövrədən kənarlaşdırılıb. Hal hazırda mənzil tamamilə başqa ünvana məxsus elektrik sayğacı ilə qidalanır. Beləliklə məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla təsdiq edilir ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı mənzilə, yəni ünvan 1 yoxlama keçirmişlər və iddiaçıya məxsus sayğaca baxış keçirilərək iddiaçının iştirakı olmadan akt tərtib etmişlər. İddiaçının isə həmin aktdan xəbəri olmadığına, akta imza atmadığını, əsassız olaraq cərimə hesablandığını iddiaçıya məxsus sayğacın laboratoriyaya göndərilməsi sübut kimi qəbul edilməsinə dair dəlilini məhkəmə əsaslı hesab edir. Odur ki, abunə kodu olan 4000020T114004Q ünvan 1 ünvanı üzrə əsassız olaraq 1165,48 manat (1143,78+21,70) enerji haqqı borcu olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik Enerjisindən istifadə Qaydaları"nın 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələdikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar 7 özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin Qaydaların 8.34-cü bəndində qeyd edilmişdir ki, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidmət vəsiqəsini təqdim etməyə borcludurlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barəsində çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin qaydaların 9.4-cü bəndinə əsasən, istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Azərbaycan Respublikası MM-in 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı adına olan 4000020T114004Q saylı abonent kodunda qeyd edilmiş 1165,48 (min yüz altmış beş manat qırx səkkiz qəpik) manat debitor borcu silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı adına olan 4000020T114004Q saylı abonent kodunda qeyd edilmiş 1165,48 (min yüz altmış beş manat qırx səkkiz qəpik) manat debitor borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar