Məhkəmə qərarları › İş №2(006)-4806/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4806/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4806/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh, İddiaçı MMC ilə 30.09.2019-cu il, 07.11.2019-cu il, 29.12.2019-cu il, 02.02.2020-ci il, 10.02.2020-ci il, 11.03.2020-ci il, 11.06.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, “Panasonic” trimmer, “Philips” tozsoran, “Braun” blender, İMEİ Kodu **********84604 olan “Samsung Galaxy A30s” markalı telefon, “Samsung” paltaryuyan, 2 ədəd “Philips” epilyator, “Philips” üz qırxan, “Bosch” ətçəkən, “Shosman” qazan dəsti almış və nəticədə 3601 (üç min altı yüz bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 162 (yüz altmış iki) manat (18 ay x 9 manat + 0 manat ilkin ödəniş) olan “Panasonic” trimmer üçün ümumilikdə, 139 (yüz otuz doqquz) manat olmaqla, ondan 107 (yüz yeddi) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə pulu; 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 620 (altı yüz iyirmi) manat (18 ay x 34 manat + 8 manat ilkin ödəniş) olan “Philips” tozsoran, “Braun” blender üçün ümumilikdə, 574 (beş yüz yetmiş dörd) manat olmaqla ondan 442 (dörd yüz qırx iki) manat ödənilməmiş hissə, 132 (yüz otuz iki) manat dəbbə pulu; 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 589.2 (beş yüz səksən doqquz manat, iyirmi qəpik) manat (12 ay x 49 manat 10 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********84604 olan “Samsung Galaxy A30s” markalı telefon üçün ümumilikdə, 508 (beş yüz səkkiz) manat olmaqla ondan 390.2 (üç yüz doxsan manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 117.8 (yüz on yeddi manat, səksən qəpik) manat dəbbə pulu; 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1391.4 (min üç yüz doxsan bir manat, qırx qəpik) manat (18 ay x 77 manat 30 qəpik + 0 manat ilkin ödəniş) olan “Samsung” paltaryuyan, 2 ədəd “Philips” epilyator üçün ümumilikdə, 1437 (min dörd yüz otuz yeddi) manat olmaqla ondan 1159.4 (min yüz əlli doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 277.6 (iki yüz yetmiş yeddi manat, altmış qəpik) manat dəbbə pulu; 10.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 140.4 (yüz qırx manat, qırx qəpik) manat (12 ay x 11 manat 70 qəpik + 0 manat ilkin ödəniş) olan “Philips” üz qırxan üçün ümumilikdə, 134 (yüz otuz dörd) manat olmaqla ondan 105 (yüz beş) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat dəbbə pulu; 11.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 380.4 (üç yüz səksən manat, qırx qəpik) manat (12 ay x 31 manat 70 qəpik + 0 manat ilkin ödəniş) olan “Bosch” ətçəkən üçün ümumilikdə, 451 (dörd yüz əlli bir) manat olmaqla ondan 348.4 (üç yüz qırx səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 102.6 (yüz iki manat, altmış qəpik) manat dəbbə pulu; 11.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (18 ay x 18 manat + 0 manat ilkin ödəniş) olan “Shosman” qazan dəsti üçün ümumilkidə 358 (üç yüz əlli səkkiz) manat olmaqla, ondan 304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 54 əlli dörd) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 751,40 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Göstərilənlərə əsasən, 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən, “Panasonic” trimmer üçün 107 (yüz у eddi) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə pulu; 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən, “Philips” tozsoran, “Braun” blender üçün 442 (dör yüz qırx iki) manat ödənilməmiş hissə, 132 (bir yüz otuz iki) manat dəbbə pulu; 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********84604 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 390,2 manat (üç yüz doxsan manat, iyirmi qəpik) ödənilməmiş hissə, 117,8 manat (bir yüz on yeddi manat, səksən qəpik) dəbbə pulu; 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən, “Samsung” paltaryuyan, 2 ədəd “Philips” epilyator üçün 1159.4 (bir min yüz əlli doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 277.6 (iki yüz yetmiş yeddi manat, altmış qəpik) manat dəbbə pulu; 10.02.2020-ci il tarixli müqaviləsinə əsasən, “Philips” üz qırxan üçün 105 (bir yüz beş) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat dəbbə pulu; 11.03.2020-ci il tarixli müqaviləsinə əsasən, “Bosch” ətçəkən üçün 348.4 (üç yüz qırx səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 102.6 (yüz iki manat, altmış qəpik) manat dəbbə pulu; 11.06.2020-ci il tarixli müqaviləsinə əsasən, “Shosman” qazan dəsti dəsti üçün 304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat dəbbə pulu; ümumilikdə 3601 manat və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30.09.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 162 manat olan “Panasonic” trimmeri Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 9 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.11.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 620 manat olan “Philips” tozsoran, “Braun” blenderi Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 8 manat ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 34 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 589,2 manat, İMEİ Kodu **********84604 olan “Samsung Galaxy A30s” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 49,1 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.02.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1391,4 manat, olan “Samsung” paltaryuyan, 2 ədəd “Philips” epilyatoru Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 77,3 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.02.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 140,4 manat olan “Philips” üz qırxanı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 11,7 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.03.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 380,4 manat olan “Bosch” ətçəkəni Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 31,7 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.06.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 324 manat olan “Shosman” qazan dəstini Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 18 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 26 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 30.09.2019-cu il tarixli müqaviləyə əsasən 107 manat ödənilməmiş hissə, 32 manat dəbbə, cəmi 139 manat; 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən 442 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu, cəmi 574 manat; 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən 390,2 manat ödənilməmiş hissə, 117,8 manat dəbbə pulu, cəmi 508 manat; 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən 1159,4 manat ödənilməmiş hissə, 277,6 manat dəbbə pulu, cəmi 1437 manat; 10.02.2020-ci il tarixli müqaviləsinə əsasən 105 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu, cəmi 134 manat, 11.03.2020-ci il tarixli müqaviləsinə əsasən 348,4 manat ödənilməmiş hissə, 102,6 manat dəbbə pulu, cəmi 451 manat, 11.06.2020-ci il tarixli müqaviləsinə əsasən 304 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu, cəmi 358 manat, ümumilikdə 3601 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh İddiaçı MMC ilə 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən, “Panasonic” trimmer, 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən “Philips” tozsoran, “Braun” blender, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********84604 olan “Samsung Galaxy A30s” markalı telefon, 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən, “Samsung” paltaryuyan, 2 ədəd “Philips” epilyator, 10.02.2020-ci il tarixli müqaviləsinə əsasən, “Philips” üz qırxan, 11.03.2020-ci il tarixli müqaviləsinə əsasən, “Bosch” ətçəkən, 11.06.2020-ci il tarixli müqaviləsinə əsasən, “Shosman” qazan dəsti almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə ümumilikdə 3601 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 30.09.2019-cu il, 07.11.2019-cu il, 29.12.2019cu il, 02.02.2020-ci il, 10.02.2020-ci il, 11.03.2020-ci il, 11.06.2020-ci il tarixli müqavilələr üzrə cəmi 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən, “Panasonic” trimmer üçün 107 (bir yüz yeddi) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə; 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən, “Philips” tozsoran, “Braun” blender üçün 442 (dörd yüz qırx iki) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu; 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********84604 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 390,2 (üç yüz doxsan manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu; 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən, “Samsung” paltaryuyan, 2 ədəd “Philips” epilyator üçün 1159,4 (bir min bir yüz əlli doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu; 10.02.2020-ci il tarixli müqaviləsinə əsasən, “Philips” üz qırxan üçün 105 (bir yüz beş) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə pulu, 11.03.2020-ci il tarixli müqaviləsinə əsasən, “Bosch” ətçəkən üçün 348,4 (üç yüz qırx səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 11.06.2020-ci il tarixli müqaviləsinə əsasən, 304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 2906 (iki min doqquz yüz altı) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2936 (iki min doqquz yüz otuz altı) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən, “Panasonic” trimmer üçün 107 (bir yüz yeddi) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə; 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən, “Philips” tozsoran, “Braun” blender üçün 442 (dörd yüz qırx iki) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu; 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********84604 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 390,20 (üç yüz doxsan manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu; 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən, “Samsung” paltaryuyan, 2 ədəd “Philips” epilyator üçün 1159,40 (bir min bir yüz əlli doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu; 10.02.2020-ci il tarixli müqaviləsinə əsasən, “Philips” üz qırxan üçün 105 (bir yüz beş) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə pulu, 11.03.2020-ci il tarixli müqaviləsinə əsasən, “Bosch” ətçəkən üçün 348,40 (üç yüz qırx səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 11.06.2020ci il tarixli müqaviləsinə əsasən, 304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 2906 (iki min doqquz yüz altı) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2936 (iki min doqquz yüz otuz altı) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar