Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4823/2023 08.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçının hüquqlarının müdafiəsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçının hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli. 288298 saylı akt əsasında Abşeron rayonu, At Yallı yaşayış massivindəki fərdi yaşayış evindəki **********01926 saylı abonent koduna hesablanmış 617.19 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun Abşeron rayonu, At Yallı yaşayış massivi, yerləşən fərdi vaşayış evindəki **********01926 saylı abonent koduna işıqdan isdiladə qaydalarının pozulmasına dair xx.xx.2023-cü il tarixli 288298 saylı akt tərtib edilmişdir. Həmin akt əsasında cavabdeh əsassız olaraq ona 617.19 manat borc hesabladığına görə həmin borcun silinməsi ilə əlaqədar Azərbaycan Respublikası Enerjetika Nazirliyi X5 Agentlisinin Sumqayıt filialının rəsmi qaydada şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Enerjetika Nazirliyi X5 Agentliyinin Sumqayıt filialı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktubda qeyd olunur ki. Abşeron rayonu, At Yallı yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evində (abunə kodu: **********01926) elektrik enerjisi sərfıyyatına görə yaranmış borcun araşdırılması barədə X1 Energetika Nazirliyinə daxil olmuş təkrar müraciəti X5 Agentliyinin Sumqayıt filialında araşdırılır. Fərdi yaşayış evinin hasarının çöl divarında quraşdırılmış hesablaşma elektrik sayğacının yüksüz rejimdə elektrik enerjisi qeyd etməsi barədə tərtib edilmiş xx.xx.2023cü il tarixli. 288298 nömrəli akt əsasında hazırlanmış yenidən hesablaşma sənədinin "Eleklrik eneıjisindən istifadə Qaydaları"nın (bundan başqa- Qaydalar) tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bununla bağlı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı 012458 nömrəli, xx.xx.2023-cü il tarixli rəy və fərdi yaşayış evinə aid hesab ödəniş vərəqinin təhlili uçotun istehlakçının təqsiri olmadan pozulduğunu, sayğacın yüksüz rejimdə elektrik enerjisi sərfıyyatı qeyd etməsi nəticəsində istehlakçının hesabına istifadə edilməmiş elektrik enerjisi sərfi yazıldığını sübut edir. Belə ki, hesab ödəniş cədvəlindən də görünür ki, uçot pozulan dövrə qədər abonent tərəfindən 29 gün ərzində 242 kVts, yeni sayğac quraşdırıklıqdan sonra 51 gün ərzində kVts elektrik enerjisindən istifadə edilmişdir. hesablaşma sənədi hazırlanarkən yol verilmiş qayda pozuntularının aradan qaldırılması üçün "xxxx" ASC-yə göndərilmiş məktubda qeyd olunmuş konkret qayda pozuntuları mahiyyəti üzrə araşdırılmamış, çıxarılan, yüksüz rejimdə elektrik enerjisi sərfıyyatını qeyd edən sayğacın göstəricilərinə əsasən isıehlak olunmuş elektrik enerjisinin dəyərinin qaydalara uyğun hesablanması barədə filiala heç bir əsası olmayan məlumat verilmişdir. Nəticədə istehlakçının hüquqları pozulmuş və ondan istifadə edilməmiş elektrik enerjisinin dəyərinin ödənilməsi tələb olunmuşdur (İstehlakçının hesabına yazılmış 4863 kVts (dəyəri 617.19 manat) elektrik enerjisi sərfinin böyük hissəsi istifadə olunmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etmədi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 288298 nömrəli aktın surətindən görünür ki, elektrik aparatının sayğaca qoşulma sxemi səhvdir, akt əsasında hazırlanmış yenidən hesablaşma sənədinin "Eleklrik eneıjisindən istifadə Qaydaları"nın (bundan başqa- Qaydalar) tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X5 Agentliyi Sumqayıt Filialının "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-15-2-3/2- A-5-878/2023 saylı məktubunun surətindən görünür ki, Abşeron rayonu, At Yalı yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evində (abunə kodu **********01926) elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılması barədə X2 Energetika Nazirliyinə daxil olmuş təkrar müraciəti X5 Agentliyinin Sumqayıt filialında araşdırılır. Fərdi yaşayış evinin hasarının çöl divarında quraşdırılmış hesablaşma elektrik sayğacının yüksüz rejimdə elektrik enerjisi qeyd etməsi barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R № 288298 nömrəli akt əsasında hazırlanmış yenidən hesablaşma sənədinin “Elektrik enerjisindən istifadə Qaydalarımın (bundan sonra - Qaydalar) tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bununla bağlı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı 012458 nömrəli, xx.xx.2023-cü il tarixli rəy və fərdi yaşayış evinə aid hesab ödəniş vərəqinin təhlili uçotun istehlakçının təqsiri olmadan pozulduğunu, sayğacın yüksüz rejimdə elektrik enerjisi sərfiyyatı qeyd etməsi nəticəsində istehlakçının hesabına istifadə edilməmiş elektrik enerjisi sərfi yazıldığını sübut edir. Belə ki, hesab ödəniş cədvəlindən də görünür ki, uçot pozulan dövrə qədər abonenet tərəfindən 29 gün ərzində 242 kVts, yeni sayğac quraşdırıldıqdan sonra 51 gün ərzində 302 kVts elektrik enerjisindən istifadə edilmişdir. Hesablaşma sənədi hazırlanarkən yol verilmiş qayda pozuntularının aradan qaldırılması üçün “Azərişıq" ASC-yə göndərilmiş məktubda qeyd olunmuş konkret qayda pozuntuları mahiyyəti üzrə araşdırılmamış, çıxarılan, yüksək rejimdə elektrik enerjisi sərfiyyatını qeyd edən sayğacın göstəricilərinə əsasən istehlak olunmuş elektrik enerjisinin dəyərinin qaydalara uyğun hesablanması barədə filiala heç bir əsası olmayan məlumat verilmişdir. Nəticədə istehlakçının hüquqları pozulmuş və ondan istifadə edilməmiş elektrik enerjisinin dəyərinin ödənilməsi tələb olunmuşdur (İstehlakçının hesabına yazılmış 4863 kVts (dəyəri 617,19 manat) elektrik enerjisi sərfinin böyük hissəsi istifadə olunmamışdır). İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Energetika Nazirliyi X5 Agentliyi Sumqayıt Filialına ünvanlanmış 13-13/2-1/18-6844/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Abşeron rayonu, At Yalı yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evində elektrik enerjisi sərfiyyatını görə yaranmış borcun araşdırılmasına dair X2 təkrar müraciətinə "xxxx" ASC-də baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdi ki, qeyd edilən ünvana aid **********01926 saylı abinə kodu üzrə bir daha araşdırma aparılmışdır. xx.xx.2023-cü il tarixdə əməkdaşları tərəfindən "Elektrik enerjısisindən istifadə Qaydaları"na riayət olunmasının vəziyyəti yoxlanılan zaman sayğacın faza girişinin əridiyi aşkarlanmışdır. Qeyd edilən qüsur sənədləşdirilmiş, sayğac laboratoriya şəraitində yoxlanılmış və "0'' xəttinin hər iki yuvasının termiki təsir nəticəsində yandığı, xəta faizlərinin yoxlanılmasının mümkün olmadığı barədə rəy verilmişdir. Sayğacın üzərində olan 28408" göstəricisi kompüter nəlumat bazasına daxil edilmişdir. Həmçinin. Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 012458 saylı akt-protokolda sayğacın artıq yazması öz əksini tapmamışdır. Sayğac istismara yararsız olduğu üçün yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan Abunə haqqında çıxarışın surətindən görünür ki, xx.xx.2023cü il tarixə borc yazılmışdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Məhkəmə iş materiallarında olan sənədləri və iş üzrə tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan akt tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Məhkəmə iddia tələbinin akta əsasən hesablanmış 617.16 manat məbləğində borcun silinməsi hissəsi ilə əlaqədar qeyd edir ki, akta əsasən iddiaçıya 39 gün üçün əlavə ödəniş hesablanmışdır. Elektrik enerjisindən istifadə üzrə hesablaşma dövrünə uyğun olaraq iddiaçıya 39 gün üçün əlavə ödəniş hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır və iddiaçıya aşağıda göstərilən qaydada 39 gün üçün əlavə ödəniş hesablanmalıdır: 200 kvts x 0,08=16.00 manat, 100 kvts x 0,09=9.00 manat və 511 kvts x 0,13=66.43 manat. Akta əsasən hesablanmış borcun digər hissəsi – 525.76 manat isə əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri, Abşeron rayonu, At Yallı yaşayış massivində fərdi yaşayış evində “**********01926” saylı abunə koduna hesablanmış 525.76 (beş yüz iyirmi beş manat yetmiş altı qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4823/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4823/2023
08.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver