Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4827/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi, "xxxx" MMC, Bakı şəhəri 32 saylı Notariat Kontoru və "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, hərracın və qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi, "xxxx" MMC, Bakı şəhəri 32 saylı Notariat Kontoru və "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, hərracın və qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı A-B yaşayış sahəsində yerləşən 125 saylı evin 17 saylı mənzilə dair Nəsimi rayon İcra və Probasiya şöbəsi və "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 294/22 nömrəli protokol-qərarının və həmin mənzilə dair Nəsimi rayon İcra və Probasiya şöbəsi ilə İsgəndər İsgəndərov arasında bağlanmış alqı-satqı müqaviləsinin, İ.İsgəndərovun adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 32 saylı notariat kontorunun 4364 saylı, 27 aprel 2021-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı tələbini ərizədə müfəssəl şəkildə ifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə iddia ərizəsindən və təqdim edilmiş sənədlərdən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmişdir. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla tərtib edilərək məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 149.2.3, 152.1.1, 152.2 -152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi, "xxxx" MMC, Bakı şəhəri 32 saylı Notariat Kontoru və "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, hərracın və qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4827/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4827/2022
10.10.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver