Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-625/2026 31.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: çıxarışların ləğv olunması və alqı-satqı müqavilələrinin etibarsız hesab olunması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X4 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh cavabdeh3 iştirakları ilə, Iddiaçı X2 cavabdehlər cavabdeh4, cavabdeh3, Quba Bələdiyyəsi, cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Idarəsi və Quba regional “Asan Xidmət” mərkəzinə qarşı “çıxarışların ləğv olunması və alqı-satqı müqavilələrinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı X2 cavabdehlər cavabdeh4, cavabdeh3, Quba Bələdiyyəsi, cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Idarəsi və Quba regional “Asan Xidmət” mərkəzinə qarşı “çıxarışların ləğv olunması və alqı-satqı müqavilələrinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Idarəsi tərəfindən Quba Bələdiyyəsinə verilmiş ## ###### 2018-ci il tarixli ********** saylı ************ reyestr nömrəli çıxarışın ləğv olunması; cavabdeh cavabdeh1 ## ###### 2018-ci il tarixli **/** saylı hərrac nəticələrinin etibarsız hesab edilməsi, hərracın nəticələrinə dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların ləşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı ****** saylı şəhadətnamənin ləğv edilməsi; cavabdeh Quba Bələdiyyəsi ilə cavabdeh cavabdeh4 ilə bağlanmış # ###### 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, cavabdeh cavabdeh4 Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Idarəsi tərəfindən verilmiş RX seriyalı ******** saylı ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması; cavabdehlər cavabdeh4 ilə cavabdeh3 arasında ## ##### 2021-ci il tarixdə Quba Regional Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış AN-IN ******* saylı alqı satqı müqaviəsinin etibarsız hesab olunması və ## ##### 2020-ci il tarixli ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh cavabdeh1 ## ###### 2018-ci il tarixli **/** saylı hərrac nəticələrinin etibarsız hesab edilməsi, hərracın nəticələrinə dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların ləşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı ****** saylı şəhadətnamənin ləğv edilməsi; cavabdeh Quba Bələdiyyəsi ilə cavabdeh cavabdeh4 ilə bağlanmış # ###### 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab olunması, cavabdeh cavabdeh4 Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Idarəsi tərəfindən verilmiş RX seriyalı ******** saylı ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması; cavabdehlər cavabdeh4 ilə cavabdeh3 arasında ## ##### 2021-ci il tarixdə Quba Regional Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış AN-IN ******* saylı alqı satqı müqaviəsinin etibarsız hesab olunması və ## ##### 2020-ci il tarixli ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X5 ## ###### 2017-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşının mülkiyyətində JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı" ilə Quba şəhərində 0.62 ha torpaq sahəsi mövcud olmuşdur. Həmin əmlak onların birgə nikahı dövrdə alınmışdır. Mübahisə predmeti olan torpaq sahəsinə onlar 2006-cı ildən heç bir etiraz olmadan sahiblik etmişlər və qeyd edilən torpaq istifadələrində olmuşdur. 2018-ci ildə həmin torpaq sahəsində yeni bir tikilinin tikildiyinin şahidi olmuşlar. Bununla bağlı orada tikinti aparan şəxslərə tikintinin dayandırılmasını tələb etdikləri zaman onlar tikinti işlərini dayandırmış və oradan getmişlər. Daha sonra həmin tikilinin də olduğu torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı AR IN yanında ƏMDX-nin DƏDRX-nin * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmişlər. Qurumdan onlara verilən imtina cavabını məhkəmədə mübahisələndirmiş və qeyd edilən torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsi DƏDRX-nin * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. 2020-ci ilin yaz aylarında yenidən onlara aid olan torpaqda tikilmiş tikilidə tikinti işlərinin olduğunu görmüş və bununla bağlı cavabdeh cavabdeh3 onun bu torpaq sahəsinə dair çıxarışının olduğunu bildirmişdir. Bununla bağlı araşdırma zamanı cavabdeh3 həmin torpaq sahəsini cavabdeh4 aldığını öyrənmişlər. cavabdeh4 da mübahisə predmeli olan torpaq sahəsini Quba Bələdiyyəsindən aldığını aydınlaşdırmışlar. Quba Asan Xidmət Notariat Ofisinə ünvanladığı sorğuya cavab olaraq Quba Bələdiyyəsi iləcavabdeh4 arasında ## ###### 2018-ci il tarixli alqı-satqı müqaviləsinin olduğuna dair məlumat verilmişdir. Məlumata əlavə edilən sənədlərə əsasən əsassız şəkildə onlara məxsus olan torpaq sahəsinə Quba Bələdiyyəsinin ##.##.2018-ci il tarixli çıxarışın verildiyini öyrənmişlər. Araşdırmalar aparılan zaman onlara məlum olmuşdur ki, Quba bələdiyyəsi həmin torpaq sahəsinin bonlara məxsus olduğuna dair məlumatlı olduğu halda əsassız olaraq DƏDRX * saylı Xaçmaz Ərazi idarəsinə müraciət elmiş və onlara məxsus torpaq sahəsinin bir hissəsinə dair çıxarış almışdır. Daha sonra həmin torpaq sahəsini isə onların hüquqları pozaraq özgəninikiləşdirmişdir. Bundan əlavə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Notariat ofisinə ünvanladığı sorğuya cavab olaraq cavabdehlərdən cavabdeh3 ilə cavabdeh4 arasında ## ##### 2020-ci il tarixində onların mülkiyyətində olan torpaq sahəsinin 0.04 ha hissəinə dair alqı-satqı müqaviiləsinin bağlandığını öyrənmişlər. Həmin torpaq sahəsi onların mülkiyyətimizdə və sahibliyindədir. X6rın mülkiyyətində olan torpaq sahəsini satması qanunsuzdur. Bütün bunlar onun hüquqlarının pozulmasıdır.
4. Iddia tələbinə dair etiraz ərizəsi daxil olmamışdır.
5. Quba Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **/* saylı qərarı əsasında verilmiş JN1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” ilə Quba şəhərində 0.62 ha torpaq sahəsi X5 verilmişdir.
6. AZ-İ № ****** ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı X2 həyat yoldaşı X5 ##.##.2017-ci ildə vəfat etmişdir.
7. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Idarəsinin ## ###### 2018-ci il tarixli ********** saylı ************ reyestr nömrəli çıxarışdan görünr ki, Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir.
8. Quba Bələdiyyəsi ilə cavabdeh4 arasında bağlanmış ##.##.2018- ci il tarixli *Ə-**** saylı alqı-satqı müqaviləsindən görünür ki, Quba bələdiyyəsi Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsini 2.000 (iki min) manata cavabdeh4 satmışdır.
9. Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il qeydiyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi cavabdeh4 xüsusi mülkiyyətindədir.
10. Quba Regional Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış ##.##.2020-ci il tarixli AN-IN ******* saylı alqı-satqı müqaviəsindən görünür ki, cavabdeh4 Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsini 10.000 (on min) manata cavabdeh3 satmışdır.
11. Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2020-ci il qeydiyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi cavabdeh3 xüsusi mülkiyyətindədir.
12. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarı ilə Quba Bələdiyyəsinin ## ######## 2016-cı il tarixli 1106-saylı və ## ###### 2016-cı il tarixli **** saylı qərarları ləğv edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
13. Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Samir Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 ## ###### 2018-ci il tarixli **/** saylı hərrac nəticələrinin etibarsız hesab edilməsi, hərracın nəticələrinə dair cavabdeh1 tərəfindən verilmiş AM seriyalı ****** saylı şəhadətnamənin ləğv edilməsi, cavabdeh Quba Bələdiyyəsi ilə cavabdeh cavabdeh4 arasında bağlanmış # ###### 2018-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, cavabdeh cavabdeh4 Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Idarəsi tərəfindən verilmiş RX seriyalı ******** saylı ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, iddianın cavabdeh3 aid hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının qanununun 67.1, 67.2 və 67.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 140, 148.2, 149.2, 182.1-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plennumunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2020-ci il tarixli qərarı, S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2004-cü il tarixli qərarı, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
15. Iddiaçı X2 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, işin faktiki hallarına düzgün qiymət verilməməsi səbəbindən əsassızdır və ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi AR qanunvericiliyinin tələblərinə cavab vermir və işin faktiki hallarının düzgün qiymətləndirilməməsi ilə qəbul edilmişdir. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qeyd edilən müddəanı hazırda olan mübahisəyə tətbiq edərsək, mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətdə olan torpaq olması anlaşılar. Quba Bələdiyyəsinin müvafiq qərarları ilə mərhum Əlimuradov Əzizullanın mülkiyyətində olan torpaq sahəsini satması onun mülkiyyət hüquqlarının pozulmasıdır. Bu kobud pozuntudur. Bir tərəfdə mülkiyyət hüququ, digər tərəfdə isə vicdanlı alıcı yanaşması qarşı-qarşıyadır. Ancaq burada önəmli olan xüsus odur ki, dövlət qurumu boşluqdan istifadə edərək vətəndaşın mülkiyyətində olan torpaq sahəsini başqa şəxsə satıb. Bir tərəfdə bütün məlumatları və gərəkən hərəkətləri edə biləcək dövlət qurumu, digər tərəfdə isə məlumatsız qalan vətəndaş. Yəni bir tərəfdən güclü olan dövlət, digər tərəfdə isə daha zəif vətəndaş. Bu baxımdan məhkəmələr bunu nəzərə almalı və vətəndaşın uğradığı zərəri kompensasiya etməlidir. Bu da həmin torpaq sahəsini geri qaytarılmasıdır. Iddiaçı 2006-cı ildə dövlətin tələb etdiyi müvafiq hərəkətləri edərək torpağa mülkiyyətə dair akt əldə etmiş, yəni nəticə etibari ilə dövlətə etimad etmişdir. Ancaq daha sonra qanunveruciliyin dəyişməsi ilə daşınamz əmlakın dövlət reyestrinə müvafiq məlumatların göndərilməməsi və Quba Bələdiyyəsinin bundan istifadə edərək torpaq sahəsini başqasına satması iddiaçının təqsiri deyil və bunun qarşısını alamağa da onun heç bir imkanı olmamışdır. Vicdanlı alıcının dövlət reyestrinə etimadı müzakirə predmeti ola bilirsə, iddiaçının torpaq sahəsinə dair aldığı mülkiyyət sənədinə müvafiq olaraq mülkiyyətinin qorunacağına etimadı niyə müzakirə predmeti deyil!?, Halbuki, mülkiyyət toxunulmazdır və qorunmalıdır. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bələdiyyənin torpaq ayırma qərarı və hərrac mərkəzinin protokolu (inzibati aktlar) məhkəmə tərəfindən qanunsuz hesab edilərək ləğv edilmişdirsə və AR "Inzibati icraat haqqında" Qanununun 67.3-cü maddəsi qanunsuz aktın ləğv olunmasının onun yaratdığı bütün sonrakı hüquqi nəticələri də (o cümlədən həmin akta əsaslanan sonrakı alqı-satqı müqavilələrini) aradan qaldırmağı imperativ olaraq tələb edirsə, onda cavabdeh4 mülkiyyət hüququnun ləğv edilməsi zəncirvari reaksiya ilə onun cavabdeh3la bağladığı əqdi və cavabdeh3 adına verilmiş çıxarışı da (hüquqi nəticə kimi) qüvvədən salmalıdır. Məhkəmənin ilkin inzibati aktı və çıxarışı ləğv edib, onun əsasında qanunsuz yaradılmış sonrakı mülki qeydiyyatı qüvvədə saxlaması, faktiki olaraq eyni əmlak üzərində iddiaçı ilə cavabdehin paralel hüquqlarının mövcudluğu kimi məntiqsiz və icrası qeyri-mümkün olan hüquqi xaos yaradır. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, inzibati icraat haqqında qanunvericilikdə öz əksini tapmış normalar mülki hüquq münasibətlərinə nəzərən xüsusi normalardır. Bu baxımdan məhkəmə inzibati icraat haqqında qanunvericiliyin tələblərini nəzərə almalı və qanunsuz olaraq sənədləşdirilərək satılmış torpaq sahəsi ilə bağlı bütün nəticələri ləğv etməli idi. Yəni iddia tələbini tamamilə təmin etməli idi. ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsi torpağın əsl sahibi olan onun (İddiaçı) iradəsi xaricində, qanunsuz sənədlər bazasında, sərəncam hüququ olmayan şəxs tərəfindən bağlanmışdırsa və AR Mülki Məcəlləsinin 337.1-ci maddəsi qanunun tələblərini pozan əqdlərin bağlandığı andan etibarsız olduğunu tələb edirsə, onda cavabdeh3 ilə bağlanmış əqd məhkəmə tərəfindən mübahisələndirilən hissədə ləğv edilməli və tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır (restitusiya). Məhkəmə qətnamədə işə birtərəfli yanaşmış iddiaçının mənafeyini və pozulmuş hüquqlarını nəzərə almamışdır. Bu da iddiaçının hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Cavabdeh cavabdeh3 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
18. Etiraz onunla əsaslandırılmışdır ki, o, iddiaçı İddiaçı apellyasiya şikayəti ilə razılaşmır, iddiaçının apellyasiya şikayətində istinad etdiyi faktlar qətnamənin ona aid hissəsində ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də, aşağıda qeyd edilən əsaslara əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə iclasında o, iddianı qəbul etməyərək bildirmişdir ki, altı il əvvəl internet üzərindən gördüyü elan əsasında pul verib cavabdeh4 Quba şəhərində yerləşən 0,04 ha yaşayış təyinatlı torpaq sahəsini satın almışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2020-ci il qeydiyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. cavabdeh4 ilə aralarında alqı-satqı prosedurları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 notariat ofisində həyata keçirilmişdir. Həmin vaxt aldığı torpaq sahəsinin mübahisəli olmasını bilməmişdir. Belə ki, bildiyi təqdirdə torpaq sahəsini almazdı. Torpaq sahəsinin 1 sotunu 6.000 (altı min) manat olmaqla, cəmi 24.000 (iyirmi dörd min) manata cavabdeh4 almışdır. Ruslan hazırda Massalı rayonunda yaşayır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004- cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il ## ######## tarixli Qərarı). S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2004-cü il tarixli qərarında göstərilmişdir ki; Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki; Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Beləliklə, qeyd edilən əsaslara əsas hesab edir ki, hazırkı halda iddaçının torpaq sahəsinə qanunla qorunan hüquqları pozulmuş olsa belə, onun pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanla əldə edən yəni, onun hesabına Kompensasiya edilə bilməz, ona görə məhkəmə qətnaməsini ona aid hissədə dəyişdirmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
20. Cavabdeh cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
21. Iş üzrə cavabdehlər cavabdeh4, Quba Bələdiyyəsinin, cavabdeh1 nümayəndələri, müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Idarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı X2 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir /bax bənd 13/.
27. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iddia tələbinin məzmunundan da aydın olduğu kimi iddiaçının tələbi bir neçə cavabdehə yönəldilməklə üç hissədən ibarətdir: - cavabdeh cavabdeh1 ## ###### 2018-ci il tarixli **/** saylı hərrac nəticələrinin etibarsız hesab edilməsi, hərracın nəticələrinə dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların ləşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı ****** saylı şəhadətnamənin ləğv edilməsi; - cavabdeh Quba Bələdiyyəsi ilə cavabdeh cavabdeh4 ilə bağlanmış # ###### 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, cavabdeh cavabdeh4 Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Idarəsi tərəfindən verilmiş RX seriyalı ******** saylı ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması; - cavabdehlər cavabdeh4 ilə cavabdeh3 arasında ## ##### 2021-ci il tarixdə Quba Regional Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış AN-IN ******* saylı alqı satqı müqaviəsinin etibarsız hesab olunması və ## ##### 2020-ci il tarixli ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi.
28. Tələbin ilkin hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işin hallarından məlum olduğu kimi, iddiaçı İddiaçı həyat yoldaşı X5 ##.##.2017-ci ildə vəfat etmişdir. Mərhumun mülkiyyətində Quba Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **/* saylı qərarı əsasında verilmiş JN- 1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı" ilə Quba şəhərində 0.62 ha torpaq sahəsi mövcud olmuş və həmin torpaq sahəsi 2006-cı ildən onların istifadəsindədir. Iddiaçı həmin torpaq sahəsində yeni bir tikilinin tikildiyinin şahidi olmuş, bununla bağlı DƏDRX-in * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmiş, ona aid olan torpaq sahəsinin Quba Bələdiyyəsin mülkiyyətinə verilməsi ilə bağlı məlumat əldə etmişdir. Quba Bələdiyyəsi qeyd olunan torpaq sahəsinin bir hissəsinə dair adına mülkiyyət hüququna dair çıxarış əldə etmiş və həmin torpaq sahəsini digər şəxsə satmışdır. Bələdiyyənin adına qeyd edilən mülkiyyət hüququna dair çıxarışların verilməsi üçün əsas Quba Bələdiyyəsinin ## ######## 2016-cı il tarixli 1106-saylı və ## ###### 2016-cı il tarixli **** saylı qərarları olmuşdur. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)- ***/**** saylı ##.##.2023-cü il tarixli qərarı ilə həmin qərarların bələdiyyə tərəfindən qanunsuz yolla qəbul edildiyi qənaətinə gələrək, ləğv edilmişdir. Hazırda iddiaçı mübahisəli əmlaka dair ilkin hüquq yaradan inzibati aktların ləğv edilməsini əsas gətirərək, sonrakı əqdlərin də heç bir hüquqi əsası olmadığını qeyd edərək ləğv edilməsini xahiş etmişdir.
29. Məhkəmə həmçinin qeyd etmişdir ki, Sumqayıt Inzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş *-*(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarı ilə mübahisəli torpaq sahəsinə dair Quba Bələdiyyəsinin ## ######## 2016-cı il tarixli 1106-saylı və ## ###### 2016-cı il tarixli **** saylı qərarlarının ləğv edilməsi sonrakı əqdlərin də hüquqi taleyinə birbaşa təsir göstərir.
30. Sumqayıt Inzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş *-*(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarı onunla əsaslandırılmışdır ki, Quba Bələdiyyəsinin ## ######## 2016-cı il tarixli 1106-saylı və ## ###### 2016-cı il tarixli **** saylı qərarların bələdiyyə tərəfindən qəbul edilməsi qanunamüvafiq deyil. Qeyd edilən torpaq sahəsi uzun illər iddiaçının istifadəsində olmuş və bu torpaq sahəsinə dair məhz Quba Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **/* saylı qərarı əsasında verilmiş JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” barəsində Bələdiyyənin məlumatı olmuşdur. Quba Bələdiyyəsi tərəfindən verilmiş T*** saylı məktuba əsasən qərar verilmiş mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının həyat yoldaşının mülkiyyətində olmasına dair cavabdeh ##.##.2007-ci Ildən məlumatı olmuş və 2015-ci ildə avtomatlaşdırılmış məlumat sisteminə məlumatlar əlavə edilmişdir. Quba Bələdiyyəsi həmin torpaq sahəsinin başqa şəxsin istifadəsində olması ilə bağlı məlumatlı olduğu halda əsassız olaraq qərar qəbul etmişdir.
31. Məhkəmə qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, artıq Quba Bələdiyyəsinin ## ######## 2016-cı il tarixli 1106-saylı və ## ###### 2016-cı il tarixli **** saylı qərarları əsasında torpaq sahəsi özgəninkiləşdirilməklə, üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Nəticədə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestri barədə çıxarış mövcuddur. Lakin məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hallar cavabdeh4 adına verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il qeydiyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsas qismində çıxış edir. Belə ki, həmin çıxarışın verilməsinə əsas olan sənədlər hüquqi qüvvəsini itirmişdir.
32. Iddia tələbinin digər hissəsinə, yəni cavabdeh4 ilə cavabdeh3 arasında bağlanmış ##.##.2020-ci il tarixdə Quba Regional Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış AN-IN ******* saylı alqı-satqı müqaviləsi və sonuncunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçı cavabdeh3 qarşı olan tələbini onunla əsaslandırır ki, cavabdeh4 adına ##.##.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olan bələdiyyə qərarları ləğv edildiyindən. həmin çıxarışa əsasən sonuncu ilə cavabdeh3 arasında ## ##### 2021-ci il tarixdə bağlanmış AN-IN ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da etibarsız hesab edilməlidir..
33. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdeh cavabdeh4 Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsini (********** qeydiyyat nömrəli, ##.##.2018-ci il qeydiyat tarixli çıxarışa əsasən) ## ##### 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh3 satmışdır. Məhkəmə iclasında izahat verən cavabdeh3 həmin torpaq sahəsini satın alarkən tərəflər arasında mübahisənin mövcudluğundan xəbərsız olmasını bildirmiş, cavabdeh4 adına mövcud olan çıxarışa etibar etməklə torpaq sahəsini satın aldığını qeyd etmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh4 ilə cavabdeh3 arasında heç bir qohumluq əlaqəsi yoxdur və ya əvvəldən onların tanışlığı olmamışdır. Mikayil Əliyev internet üzərindən gördüyü elan əsasında cavabdeh4 ilə əlaqə yaratmış və sonuncunun mülkiyyətində olmuş Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi almışdır.
34. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçının torpaq sahəsinə qanunla qorunan hər hansı hüquqları pozulmuş olsa da belə, onun pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən şəxsin hesabına kompensasiya edilə bilməz. Belə ki, işin hallarından da məlum olduğu kimi cavabdeh3 mübahisəli torpaq sahəsini əldə edərkən məhkəmə mübahisələrindən xəbərdar olmamış, cavabdeh4 məxsus daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa istinadən torpaq sahəsini satın almışdır. Lakin qeyd edilən hal hüquqları pozulmuş şəxsin ona dəymiş ziyan məbləğinin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Belə ki, yuxarıda sadalanan məhkəmə qərarlarında da qeyd olunduğu kimi adına cavabdeh4 ##.##.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olan Quba Bələdiyyəsinin ## ######## 2016-cı il tarixli 1106-saylı və ## ###### 2016-cı il tarixli **** saylı qərarları ləğv edilməklə, mübahisəli torpaq sahəsinin ona satılması faktı öz təsdiqini tapmamışdır.
35. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh3 vicdanlı alıcı olması müəyyən edilməklə, mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ## ##### 2020- ci il tarixli əqdin əhəmiyyətsiz əqd olmasına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Odur ki, məhkəmə qeyd etmişdir ki, həmin müqavilə əsasında cavabdeh3 adına verilmiş çıxarışın ləğvi üçün də hər hansı bir əsas mövcud deyildir.
36. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
37. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxımdan əlavə qiymətləndirmə aparılmasına zərurət görmür, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
38. Kollegiya araşdırılan mübahisə üzrə vicdanlılığın istisna olunmasına dair şikayətin dəlili bağlı həmçinin qeyd etməyi zəruri bilir ki, əşyanın üçüncü şəxslərə özgəninkiləşdirildiyi hallarda özgəninkiləşdirənin adına reyestrdəki qeydin əsassızlığının sübuta yetirilməsi əsl mülkiyyətçinin hüququnun bərpası üçün yetərli olmur. Bu zaman iddiaçı Mülki Məcəllənin 140- cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş prezumpsiya baxımından əlavə olaraq beşinci şərti, yəni əşyanı əldə edən üçüncü şəxsin vicdanlı olmadığını da sübut etməlidir. Belə ki, həmin normaya əsasən əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
39. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrində nəzərdə tutulmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblərin irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
40. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat əsassız olsa belə, Mülki Məcəllənin 140-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş istisnalar xaricində bu qeydə əsaslanaraq, əşya hüquqları əldə etmiş vicdanlı şəxslərin hüquqları qanunla qorunur.
41. Həmin maddədə daşınmaz əşyanı əldə edən üçüncü şəxsin vicdanlı hesab edilməsini istisna edən iki əsas nəzərdə tutulmuşdur: 1) özgəninkiləşdirənin adına aparılmış qeydə dair reyestrə etirazın daxil edilməsi; 2) əldə edənin reyestr qeydinin qeyri-dəqiq olduğunu bilməsi.
42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən həmin əsaslara dair heç bir nə birbaşa, nə də dolayı sübut məhkəməyə təqdim edilməmşdir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyasının qənaətincə araşdırılan mübahisə üzrə cavabdeh3 vicdanlılığını istisna edən hal müəyyən edilməmişdir, şikayətin bu barədə dəlilləri əsassızdır.
43. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.