Məhkəmə qərarları › İş №2(027)-339/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-339/2025

27.02.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-339/2025 27.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və müqavilə öhdəliklərinin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsinə və İddiaçı cavabehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və Cavabdeh4nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə QUBA Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: Cavabdeh1 iddia ərizəsi ilə ünvan 1 ünvanında, 0.04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.m. ibarət olan yaşayış sahəsi (ev) cavabdeh İddiaçı və qeyriləri tərəfindən boşaldılaraq iddiaçı Cavabdeh1 təhvil verilməsi, 7100 manat məbləğində dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 91manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı Cavabdeh1 nümayəndnəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, QUBA şəhəri, A.Aslanov küçəsi 44 ünvanında, 0.04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.m. ibarət olan yaşayış sahəsi (ev) cavabdeh İddiaçı tərəfindən (avadanlıqlar) boşaldılaraq iddiaçı Cavabdeh1 təhvil verilməsi, 7100 manat məbləğində dəbbə pulu, 8750 manat məbləğində zərərin əvəzi, 520 manat hüquqi yardımın göstərilməsinə görə ödənilən məbləğ, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137.55 manat, etibarnaməyə görə ödənilən 17. 25 manat məbləğində pul və həmin ev təhvil verilən günə kimi vurulmuş zərərin əvəzi hər ayı 1750 manatdan hesablanaraq cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə (etibarnamə əsasında) aralarında bağlanmış 4Ə-67 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən ona məxsus QUBA şəhəri, A.Aslanov küçəsi, ev 44 ünvanında mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.metrdən ibarət fərdi yaşayış evini və 0.04 ha torpaq sahəsini mülkiyyətinə vermişdir. Müqavilənin 11-ci bəndinə əsasən cavabdeh satılmış daşınmaz əmlakı xx.xx.2024-cü il tarixinədək ona təhvil verməyi öhdəsinə götürməsinə baxmayaraq hal-hazıra kimi evi boşaldıb təhvil verməsindən boyun qaçırır. Dörd aydır ki, cavabdeh müxtəlif bəhanələr gətirməkdədir. Müqavilənin 16-cı bəndinə görə Müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər. Müqavilənin 19-cu bəndinə əsasən tərəflərin bu Müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən aldığı xx.xx.2024-cü il tarixli, **********50-10301 saylı reystr nömrəli çıxarışa əsasən QUBA şəhəri, A.Aslanov küçəsi, ev 44 ünvanındaki, sahəsi 242.20 kv.m. olan daşınmaz əmlak xüsusi mülkiyyətindədir. İddiaçı iddia ərizəsi ilə ünvan 2 ünvanında, 0.04 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 242.20 kv.metrdən ibarət fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə dair Cavabdeh4ndə bağlanmış 4Ə-67 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, **********50-10301 saylı reyestr nömrəli Çıxarışın ləğv edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, üzərində yerləşən, ümumi sahəsi 242.20 kv.metrdən ibarət fərdi yaşayış evini və 0.04 ha torpaq sahəsini, 4Ə-67 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 71000 (yetmiş bir min) manata satmışdır. Cavabdeh2 mənə heç bir məlumat vermədən evini satmış və pulunu mənimsəmişdir. Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli, **********50-10301 saylı reyestr nömrəli Çıxarış verilmişdir. Ona məxsus fərdi yaşayış evi qanunsuz olaraq satılmışdır. Həmin evin qiyməti 71 000 (yetmiş bir min) manatdan dəfələrlə çoxdur. Həmin fərdi yaşayış evinin ən azı 200 000 (iki yüz min) manat dəyəri vardır. Onun evinin satılması ilə bağlı məhkəmə tərəfindən ona bildiriş gəldikdən sonra işi aydınlaşdırdıqda məlumatı olmuşdur. Onun evi satmaq fikri olmamışdır. Alğı-satqı müqaviləsi və onun əsasında verilmiş Çıxarış əsassızdır və ləğv edilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. QUBA rayon Məhkəməsinin e-2(027)-187/2025 saylı, 03 fevral 2025-ci il tarixli qərardadı ilə, Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və müqavilə öhdəliklərinin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(027)-187/2025 saylı mülki iş, İddiaçı Cavabdeh1 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(027)-339/2025 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. İddiaçı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, ünvan 3 ünvanında, 0.04 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 242.20 kv.metrdən ibarət fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, **********50- 10301 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla ona məxsus olmuşdur. O, Cavabdeh2 03 iyun 2024-cü il tarixində 5 il müddətinə etibarnamə vermişdir. Rusiya Fedarasiyasında yaşadığından həmin etibarnaməni Cavabdeh2, ona məxsus təsərrüfatı idarə etməsi, evdə olan komunallara və digər sənədləşmə işlərinə nəzarət etməsi üçün vermişdir. Cavabdeh2, onun xəbəri və razılığı olmadan, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, **********50- 10301 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla ona məxsus QUBA şəhəri, A.Aslanov küçəsi, ev 44 ünvanında, 0.04 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 242.20 kv.metrdən ibarət fərdi yaşayış evini və 0.04 ha torpaq sahəsini, 4Ə- 67 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 71000 (yetmiş bir min) manata satmışdır. Cavabdeh2 ona heç bir məlumat vermədən evimi satmış və pulunu mənimsəmişdir. Onun evi satmaq fikri olmamışdır. Ona görə də, hesab edir ki, hazırki tələb əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, İddiaçı iddia tələbinin rədd edilməsini, Cavabdeh1 iddia tələbinin artırılması ərizəsi nəzərə alınmaqla təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı Cavabdeh1 Yaqub oğlunun nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı Cavabdeh1 Yaqub oğlunun iddia tələbi qismən təmin edilməli, İddiaçı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 04 iyun 2024-cü il tarixli, 4Ə-67 reyestr nömrəli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan QUBA şəhəri, A.Aslanov küçəsi, ev 44 ünvanında mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.metrdən ibarət fərdi yaşayış evini və 0.04 ha torpaq sahəsi İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən 71000 manata Cavabdeh1 satılmışdır. Müqavilənin 11-ci bəndinə əsasən cavabdeh satılmış daşınmaz əmlakı xx.xx.2024-cü il tarixinədək ona təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 16-cı bəndinə görə Müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan reyestr nömrəsi **********50-10301 olan, xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, QUBA şəhəri, A.Aslanov küçəsi, ev 44 ünvanında mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.metrdən ibarət fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli, 7E-9775 reyestr nömrəli etibarnamədən görünür ki, Seyidov X1 Azər Hafiz oğluna xx.xx.2019-cu il tarixdə verilmiş **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ona məxsus QUBA şəhəri, A.Aslanov küçəsi, ev 44 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı məni dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarında, İcra Hakimiyyəti orqanlarında, ƏMDK yanında DƏDRX-nın müvafiq Ərazi idarələrində, Asan Xidmət mərkəzlərində, Asan Kommunal mərkəzlərində, Azəriqaz, Azərişıq, Azərsu ASC- da, notariat ofislərində təmsil etməyi, əvəzindən sənədləşdirmə işləri aparmağı, onun adına olan abonent kodlarının üçüncü şəxslərin adına keçirilməsinə dair adından ərizələr yazmağı, imza etməyi, yuxarıda göstərilən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini öz mülahizəsinə uyğun olaraq satmağı, bağışlamağı, ipotekaya (girov) qoymağı, bununla əlaqədar əvəzindən müqavilə bağlamağı, notariat ofislərində müqaviləni imzalamağı, pulunu almağı, adından ərizə ilə müraciət etməyi, forma N 1, forma N 2 və digər arayışları almağı, müvafiq rüsumlar ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hüquqi əhəmiyyətli əməliyyatları aparmağı etibar etimişdir. İş materiallarında olan X2 03 iyun 2024-cü il tarixli, 8i-26896 reyestr nömrəli ərizəsindən görünür ki, o, həyat yoldaşı İddiaçı məxsus QUBA şəhəri, A.Aslanov küçəsi, ev 44 ünvanında 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.metrdən ibarət fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmiş, Müqavilədə göstərilmiş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı cavabehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və Cavabdeh4nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi mübahisə predmetini təşkil edən fərdi yaşayış evi ilə bağlı etibarnaməni Cavabdeh2 ona məxsus təsərrüfatı idarə etməsi, evdə olan komunallara və digər sənədləşmə işlərinə nəzarət etməsi üçün verdiyini qeyd etmişdir. Lakin, 03 iyun 2024-cü il tarixli, 7E-9775 reyestr nömrəli etibarnamədə torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini öz mülahizəsinə uyğun olaraq satmağı, bağışlamağı, ipotekaya (girov) qoymağı, bununla əlaqədar əvəzindən müqavilə bağlamağı, notariat ofislərində müqaviləni imzalamağı, pulunu almağı Cavabdeh2 etibar etdiyi müəyyən olunmuşdur. İddiaçı mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin satılması niyyətində deyildisə, o zaman Cavabdeh2 etibarnamə verərkən mülkiyyətində olan fərdi yaşayış evinin satılması ilə bağlı hissəyə münasibət bildirməməli idi. Bundan başqa, etibarnamə ilə alğı-satqı müqaviləsinin tarixlərinə diqqət yetirilən zaman müəyyən olunur ki, 01 gün vaxt intervalı ilə alğı-satqı müqaviləsi bağlanılmışdır. Bu da, İddiaçı Cavabdeh2 etibarnaməni mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin satılması üçün verilməsini təsdiq edir. Göründüyü kimi mübahisələndirilən alğı-satqı müqaviləsi vizual olaraq iddiaçının öz iradə ifadəsi əsasında bağlanmışdır. Həmçinin, X2 03 iyun 2024-cü il tarixli, 8i-26896 reyestr nömrəli ərizəsi ilə də müəyyən olunmuşdur ki, həyat yoldaşı İddiaçı məxsus QUBA şəhəri, A.Aslanov küçəsi, ev 44 ünvanında 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.metrdən ibarət fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmiş, Müqavilədə göstərilmiş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrini hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı mübahisələndirilən çıxarışın saxta olması və etibarsız olması sübut olunmur. İddiaçı da bu halları təsdiq edlən hər hansı sübutu məhkəmə təqdim etməmiş və bununla da idda tələbini əsaslandırdığı halları sübut edə bilməmişlər. Halbuki Azərbaycan Respubllikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandırdığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin, Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və müqavilə öhdəliklərinin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, 04 iyun 2024-cü il tarixli, 4Ə-67 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan QUBA şəhəri, A.Aslanov küçəsi, ev 44 ünvanında mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.metrdən ibarət fərdi yaşayış evini və 0.04 ha torpaq sahəsi İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən 71000 manata Cavabdeh1 satılmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan reyestr nömrəsi **********50-10301 olan, xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən QUBA şəhəri, A.Aslanov küçəsi, ev 44 ünvanında mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.metrdən ibarət fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Müqavilənin 11-ci bəndinə əsasən cavabdeh satılmış daşınmaz əmlakı xx.xx.2024-cü il tarixinədək ona təhvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin, X2 03 iyun 2024-cü il tarixli, 8i-26896 reyestr nömrəli ərizəsi ilə də müəyyən olunmuşdur ki, həyat yoldaşı İddiaçı məxsus QUBA şəhəri, A.Aslanov küçəsi, ev 44 ünvanında 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.metrdən ibarət fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmiş, Müqavilədə göstərilmiş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı Cavabdeh1 QUBA şəhəri, A.Aslanov küçəsi, ev 44 ünvanında 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.metrdən ibarət fərdi yaşayış evinin və 0.04 ha torpaq sahəsinin xüsusi mülkiyyətçisidir. Belə olan hal da, iddia həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Həmçinin, iddiaçı Cavabdeh1 04 iyun 2024-cü il tarixli, 4Ə-67 reyestr nömrəli alğısatqı müqaviləsi 16-cı bəndinə əsasən 7100 manat məbləğində dəbbə pulunun cavadeh İddiaçı alınaraq ona verilməsini tələb edir. Belə ki, 04 iyun 2024-cü il tarixli, 4Ə-67 reyestr nömrəli alğı-satqı müqaviləsinin 16-cı bəndinə əsasən Müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə 7100 manat məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 1000 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Bundan başqa, iddiaçı 8750 manat məbləğində zərərin əvəzi və həmin ev təhvil verilən günə kimi vurulmuş zərərin əvəzi hər ayı 1750 manatdan hesablanaraq cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adma qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “İnsan hüququnın və əsas azadlıqların Müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və müqavilə öhdəliklərinin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, QUBA şəhəri, A.Aslanov küçəsi 44 ünvanında, 0.04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.m. ibarət olan fərdi yaşayış evi cavabdeh İddiaçı tərəfindən (avadanlıqlar) boşaldılaraq iddiaçı Cavabdeh1 təhvil verilməli və 1000 manat məbləğində dəbbə pulu cavabdeh İddiaçı alınaraq, iddiaçı Cavabdeh1 verilməlidir. İddia tələbi qalan hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, İddiaçı cavabehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və Cavabdeh4nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi əsasız olduğundan təmin edilməməlidir. Bundan başqa, hüquqi yardımın göstərilməsinə görə iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 520 manat ödənilən məbləğ pul və 137.55 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və müqavilə öhdəliklərinin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. QUBA şəhəri, A.Aslanov küçəsi 44 ünvanında, 0.04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.m. ibarət olan fərdi yaşayış evi cavabdeh İddiaçı tərəfindən (avadanlıqlar) boşaldılaraq iddiaçı Cavabdeh1 təhvil verilsin və 1000 manat məbləğində dəbbə pulu cavabdeh İddiaçı alınaraq, iddiaçı Cavabdeh1 verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. İddiaçı cavabehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və Cavabdeh4nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar