Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4828/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qıznın sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçılar İddiaçı6, İddiaçı7 və İddiaçı8 vəkilləri X1 və Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 iştirakları ilə, İddiaçılar İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “satılmış bank səhmlərinin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X6, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh ASC-yə qarşı “satılmış bank səhmlərinin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ASC-dən iddiaçılar İddiaçı1 xeyrinə 9.772.070,85 manat, İddiaçı2 xeyrinə 13.658.519,16 manat, X2 xeyrinə 10.033.264,53 manat, İddiaçı4 xeyrinə 4.131.344,25 manat, İddiaçı5 xeyrinə 3.187.037,34 manat, İddiaçı6 xeyrinə 4.987.123,02 manat, İddiaçı7 xeyrinə 6.473.745,99 manat, İddiaçı8 xeyrinə 4.178.559,96 manat məbləğində pulun və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı1 arasında 05.06.2015-ci il tarixdə (0015V/15 saylı), İddiaçı2 arasında 09.06.2015-ci il tarixdə (0033V/15 saylı), X6 arasında 09.06.2015-ci il tarixdə (0032V/15 saylı), İddiaçı4 arasında 19.06.2015-ci il tarixdə (0047V/15 saylı), İddiaçı5 arasında 19.06.2015-ci il tarixdə (0045V/15 saylı), İddiaçı6 arasında 22.06.2015-ci il tarixdə (0049V/15 saylı), İddiaçı7 arasında 22.06.2015-ci il tarixdə (0049V/15 saylı) və İddiaçı8 arasında 29.06.2015-ci il tarixdə (0070V/15 saylı) qiymətli kağızların alqı-satqısı haqqında müqavilələr bağlanmışdır. Müqavilələrin 1.1-ci maddəsinə əsasən satıcılar İddiaçı1 9.772.070.85 manat, İddiaçı2 13.658.519,16 manat, X6 10.033.264.53 manat, İddiaçı4 4.131.344,25 manat, İddiaçı5 3.187.037.34 manat, İddiaçı6 4.987.123.03 manat, İddiaçı7 6.473.745,99 manat, İddiaçı8 4.178.559,96 manat dəyəri olan səhmləri ona satmaq, alıcı, yəni Cavabdeh ASC isə onların dəyərini ödəmək vəzifəsini öz üzərinə götürmüş, səhmlərin satılmasına görə ödənişin nağd və ya köçürmə yolu ilə satıcılara ödənilməsi öhdəliyi məhz alıcının üzərinə qoyulmuşdur. Lakin müqavilələrdə göstərilən məbləğlər İddiaçı1, İddiaçı2, X6, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 ödənilməmişdir. Həmin məbləğlərin ödənilməsi ilə bağlı İddiaçı1, İddiaçı2, X6, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 tərəfindən 13.04.2016-cı il tarixdə Cavabdeh ASC-yə ərizə ilə müraciət edilsə də, heç bir cavab verilməmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı8 vəkilləri X3 və Vəkil iddianı müdafiə edib, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh “Azərbaycan "xxxx" ASC-nin nümayəndəsi X13 iddianı qəbul etməyib, iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatlarını, vəkillərin çıxışlarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materillarında olan “Qiymətli kağızlarla alqı-satqı haqqında” 29.06.2015-ci il tarixli 0070U/15 saylı müqavilədən görünür ki, satıcı İddiaçı8 ümumi dəyəri 4.178.559.96 manat olan 15,476.148 ədəd qiymətli kağızları alıcı Cavabdeh ASC-nin mülkiyyətinə verməyi, Cavabdeh ASC isə öz növbəsində həmin qiymətli kağızları qəbul edərək onların dəyərini satıcı İddiaçı8 nağd və ya köçürmə yolu ilə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Mülki işin materillarında olan “Qiymətli kağızlarla alqı-satqı haqqında” 29.06.2015-ci il tarixli 0069U/15 saylı müqavilədən görünür ki, satıcı İddiaçı7 ümumi dəyəri 6.473.745.99 manat olan 23.976.837 ədəd qiymətli kağızları alıcı Cavabdeh ASC-nin mülkiyyətinə verməyi, Cavabdeh ASC isə öz növbəsində həmin qiymətli kağızları qəbul edərək onların dəyərini satıcı İddiaçı7 nağd və ya köçürmə yolu ilə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Mülki işin materillarında olan “Qiymətli kağızlarla alqı-satqı haqqında” 22.06.2015-ci il tarixli 0049U/15 saylı müqavilədən görünür ki, satıcı İddiaçı6 ümumi dəyəri 4.987.123,02 manat olan 18,470.826 ədəd qiymətli kağızları alıcı Cavabdeh ASC-nin mülkiyyətinə verməyi, Cavabdeh ASC isə öz növbəsində həmin qiymətli kağızları qəbul edərək onların dəyərini satıcı İddiaçı6 nağd və ya köçürmə yolu ilə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-288/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh ASC-nin sədri vəzifəsində işləmiş X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1-ci, 179.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 213.2.1-ci, 213.2.2-ci, 308.2-ci, 309.2-ci və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 16 (on altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, X10, arvadı İddiaçı8 və digərləri tərəfindən kart hesablarından 28.898.581 manat vəsait Azərbaycan Respublikası və müxtəlif xarici ölkələrin ərazisində yerləşən bankomatlardan, Bankın Mərkəzi filialının və "xxxx" MMC-nin kassalarından mütəmadi olaraq nağd şəkildə çıxartma yolu, eləcə də POS terminallar vasitəsilə və internet üzərindən, habelə Cahangir Hacıyevin özünü və ailə üzvlərinin təyyarə biletlərinin, qızıl-zinət və sair şəxsi gözəllik, sağlamlıq və istirahət mərkəzləri, mehmanxana, restoranlar və digər yerlərdə şəxsi məqsədləri üçün aparılan əməliyyatlar nəticəsində ona etibar edilmiş külli miqdarda özgə əmlakını talayaraq mənimsəməklə banka külli miqdarda ziyan vurmuşdur. Cahangir Hacıyev təkrarən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə birlikdə 02.08.2006-cı il tarixdən 19.03.2015-ci il tarixədək olan müddət ərzində sadə veksel əməliyyatları nəticəsində mənimsəyib israf etdiyi ümumilikdə həmin dövrün məzənnəsi ilə 1.585.428.340.33 manat təşkil edən 1.603.949.126,28 ABŞ dolları və 279.114.700,80 AVRO məbləğində külli miqdarda vəsaitin cinayət yolu ilə əldə edildiyini bilə-bilə öz qulluq mövqeyindən istifadə edərək pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə pul vəsaitlərini ABŞ dolları, AVRO şəklində və ya başqa valyutalara konversiya olunmuş halda müxtəlif ölkələrdəki bir sıra lahiyələrə və digər xərclərə nağd qaydada və köçürmə yolu ilə xərcləyib istifadə etməklə, ümumilikdə 09.08.2006-cı ildən 19.03.2015-ci tarixədək olan dövr ərzində həmin dövrün məzənnəsi ilə 1.585.428.340,33 manat təşkil edən 1.603.949.126,28 ABŞ dolları və 279.114.700,80 AVRO məbləğində külli miqdarda pul vəsaiti ilə bağlı qanunsuz maliyyə əməliyyatlarını həyata keçirərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini mütəşəkkil dəstə halında vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən leqallaşdırmışdır. Bununla yanaşı Cahangir Hacıyev təkrarən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə birlikdə 29.10.2004-cü il tarixdən 21.04.2015-ci il tarixədək olan müddət ərzində kredit əməliyyatları nəticəsində mənimsəyib israf etdiyi ümumilikdə həmin dövrün məzənnəsi ilə 413.939.252,77 manat təşkil edən 332.996.900,73 ABŞ dolları, 78.087.447,10 AVRO, 2.170.303.338,91 Rusiya rublu və 1.124.500 X15 məbləğində külli miqdarda vəsaitin cinayət yolu ilə əldə edildiyini bilə-bilə öz qulluq mövqeyindən istifadə edərək pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə pul vəsaitlərini ABŞ dolları, AVRO şəklində və ya başqa valyutalara konversiya olunmuş halda müxtəlif ölkələrdəki bir sıra lahiyələrə və digər xərclərə nağd qaydada və köçürmə yolu ilə xərcləyib istifadə etməklə, ümumilikdə 26 müəssisə üzrə 29.10.2004cü ildən 21.04.2015-ci il tarixədək olan dövr ərzində həmin dövrün məzənnəsi ilə 413.939.252,77 manat təşkil edən 332.996.900,73 ABŞ dolları, 78.087.447,10 AVRO, 2.170.303.338,91 Rusiya rublu və 1.124.500 X15 məbləğində külli miqdarda pul vəsaiti ilə bağlı qanunsuz maliyyə əməliyyatlarını həyata keçirərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini mütəşəkkil dəstə halında vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən leqallaşdırmışdır. İddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı8 adına səhmlər məhz X4 Cavabdeh ASC-nin sədri vəzifəsində işlədiyi dövrdə bankdan mənimsədiyi maliyyə vəsaiti hesabına əldə edilib. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4840/2016 saylı 27 oktyabr 2016-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, X6, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh ASC-yə qarşı “satılmış bank səhmlərinin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iddiaçılar İddiaçı2, X6, İddiaçı4, İddiaçı5 dövlət nəfinə iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci – 200 (iki yüz) manat məbləğində pulun tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, “satıcı” qismində İddiaçı6 ilə “alıcı” qismində Cavabdeh ASC-nin adından "X8" MMC arasında bağlanılmış qiymətli kağızlarla alqı-satqı haqqında 22 iyun 2015-ci il tarixli, 0049U/15 saylı müqavilənin ləğv edilərək həmin müqaviləyə xitam verilməsi və İddiaçı6 18.470.826 səhm üzərində, “satıcı” qismində İddiaçı7 ilə “alıcı” qismində Cavabdeh ASC-nin adından "X8" MMC arasında bağlanılmış qiymətli kağızlarla alqı-satqı haqqında 29 iyun 2015-ci il tarixli, 0069U/15 saylı müqavilənin ləğv edilərək həmin müqaviləyə xitam verilməsi və İddiaçı7 23.976.837 səhm üzərində, “satıcı” qismində İddiaçı8 ilə “alıcı” qismində Cavabdeh ASC-nin adından "X8" MMC arasında bağlanılmış qiymətli kağızlarla alqı-satqı haqqında 29 iyun 2015-ci il tarixli, 0070U/15 saylı müqavilənin ləğv edilərək həmin müqaviləyə xitam verilməsi və İddiaçı7 15.476.148 səhm üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-163/2016 saylı 24 fevral 2017ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı8, İddiaçı7, İddiaçı2, İddiaçı6, X2, İddiaçı5 və İddiaçı4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4840/2016 saylı 27 oktyabr 2016-ci il tarixli qətnaməsi onlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4642/2017 saylı 29 iyun 2017-ci il tarixli qərarına əsasən iddiaçılar İddiaçı8, İddiaçı7, İddiaçı2, İddiaçı6, X2, İddiaçı5 və İddiaçı4 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-163/2016 saylı 24 fevral 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ASC-nin nümayəndəsi 28.02.2020-ci il tarixli 01/1070 №-li “qanuni qüvvəsini almış məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına” dair ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət edərək, mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-163/2016 saylı 24 fevral 2017-ci il tarixli qətnaməsinin, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4840/2016 saylı 27 oktyabr 2016-cı il tarixli qətnaməsinin İddiaçı8, İddiaçı7, İddiaçı6 aid hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində, habelə onunla bağlı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4642/2017 saylı 29 iyun 2017-ci il tarixli qərarının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-163/2016 saylı 24 fevral 2017-ci il tarixli qətnaməsinin İddiaçı6, İddiaçı7 və İddiaçı8 aid hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi, ləğv edilmiş hissədə işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəsini almış məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına” dair məhkəmə tərkibinin 13(102)-103/2020 saylı 23 aprel 2021-ci il tarixli qərardadına əsasən iş üzrə qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4840/2016 saylı 27 oktyabr 2016-ci il tarixli qətnaməsinə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2017-ci il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2017-ci il tarixli qərarına İddiaçı8, İddiaçı7, İddiaçı6 münasibətdə yeni açılmış hallar üzrə yenidən baxılması haqqında Cavabdeh ASC-nin ərizəsinin mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13(102)-3/2021 saylı 30 aprel 2021-ci il tarixli qərardadına əsasən ərizəçi Cavabdeh ASC-nin “qanuni qüvvəsini almış məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması” haqqında ərizəsinin təmin edilməsi, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4840/2016 saylı 27 oktyabr 2016-ci il tarixli qətnaməsi və onunla əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 163/2016 saylı 24 fevral 2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4642/2017 saylı 29 iyun 2017-ci il tarixli qərarının iddiaçılar İddiaçı8, İddiaçı7, İddiaçı6 aid hissədə ləğv edilməsi, mülki işin onlara aid hissədə yenidən baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4828/2020 saylı 13 iyul 2021-ci il tarixli qərardadına əsasən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı6, İddiaçı7 və X7 qarşı “X8” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müqavilələrə xitam verilməsi və səhm üzərində mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 iddiadan imtinasının qəbul edilməsi və qarşılıqlı iddia tələbinə münasibətdə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki mübahisənin predmetini “Qiymətli kağızlarla alqı-satqı haqqında” müqavilələr üzrə ödənilməli olan vəsaitin Cavabdeh ASC tərəfindən həmin müqavilələr üzrə satıcı qismində iştirak etmiş İddiaçı6, İddiaçı7 və İddiaçı8 ödənilməməsi təşkil etməsinə baxmayaraq, X4 və qeyrilərinin təqsirli sayılaraq məhkum edilmələrinə dair cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuşdur ki, X11 Cavabdeh ASCnin sədri vəzifəsində işlədiyi dövrdə məhz bankdan mənimsədiyi maliyyə vəsaitləri hesabına Bankın səhmlərini öz ailə üzvləri-arvadı İddiaçı8, baldızı İddiaçı7 və qayınanası İddiaçı6 adına əldə etmişdir. Hazırki işdə mülki iş üzrə məhkəmə aktlarının çıxarılmasından sonra cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş qeyd olunan hallar işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar olmaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarına yenidən baxılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Göründüyü kimi X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində işlədiyi dövrdə məhz bankdan mənimsədiyi maliyyə vəsaitləri hesabına Bankın səhmlərini öz ailə üzvləri-arvadı İddiaçı8, baldızı İddiaçı7 və qayınanası İddiaçı6 adına əldə etməklə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cinayət əməli törətməsi və Banka məxsus pulu mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapdığından hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir və mübahisələndirilə bilməz. Başqa bir ifadə ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin adıçəkilən hökmü ilə X5 hazırki mülki iş üzrə iddiaçılar İddiaçı8, İddiaçı7 və İddiaçı6 ilə birlikdə ona etibar edilmiş külli miqdarda özgə əmlakını talayaraq mənimsəməklə hazırki mülki iş üzrə Cavabdeh ASC-yə külli miqdarda ziyan vurması, külli miqdarda pul vəsaiti ilə bağlı qanunsuz maliyyə əməliyyatlarını həyata keçirərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini mütəşəkkil dəstə halında vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən leqallaşdırması müəyyən olunduğundan hazırki iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Qanunvericinin yanaşmasına əsasən preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “satılmış bank səhmlərinin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırki iş üzrə məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “satılmış bank səhmlərinin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4828/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4828/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver