Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4843/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, X11 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “X13” MMC-yə qarşı “xx.xx.2016-cı il tarixli, 08522 saylı istehlak kredit müqaviləsi üzrə yaranmış kredit məbləğinin, həmin müqavilə üzrə xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş qızıl-zinyət əşyasının xx.xx.2019-cu il tarixli qızıl-zinyət əşyasının satılması barədə protokolun ləğv edilməsi, kredit məbləğinin girov predmetinə yönəldilməsi və əldə edilmiş vəsait hesabına kredit müqaviləsinə əsasən borcun ödənilməsinin təmin edilməsi və girov predmetinin yerdə qalan hissəsinin iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh “X13” MMC-yə qarşı “xx.xx.2016-cı il tarixli, 08522 saylı istehlak kredit müqaviləsi üzrə yaranmış kredit məbləğinin, həmin müqavilə üzrə xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş qızıl-zinyət əşyasının xx.xx.2019-cu il tarixli qızıl-zinyət əşyasının satılması barədə protokolun ləğv edilməsi, kredit məbləğinin girov predmetinə yönəldilməsi və əldə edilmiş vəsait hesabına kredit müqaviləsinə əsasən borcun ödənilməsinin təmin edilməsi və girov predmetinin yerdə qalan hissəsinin iddiaçıya qaytarılması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X13” MMC arasında xx.xx.2016-cı il tarixli, 08522 saylı 30 ay müddətinə 29 %-lik 20277 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit üzrə ilk əvvəllər ödənilməsi həyata keçsədə, lakin sonradan ticarətdə geriləmələrin nəticəsində kreditin ödənilməsində gecikmələr baş vermişdir. Cavabdeh iddiaçıya qarşı “cavabdehdən kredit məbləğinin tutularaq iddiaçıya ödənilməsi və məbləğ ödənilmədikdə girov predmetinə yönəldilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Şirvan şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-95/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş və icra vərəqəsinə əsasən 23706,51 ABŞ dolları məbləğində manat hesabı ilə pul vəsaitinin və girov qoyulmuş çəkisi 284,9 qr. olan 583 əyyarlı, çəkisi 417,8 qram olan 750 əyyarlı qızıl-zinyət əşyalarına yönəldilərək borcun ödənilməsi barədə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Belə ki, Şirvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixdə “Qiymətləndiricinin dəvət edilməsi” haqqında qərar qəbul edilərək “xxxxxxx” MMC-yə göndərilmiş və göstərilən qızıl-zinyət əşyaları 38112 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh tərəfindən Şirvan şəhər İcra və Probasiya Şöbəsinə məktubla müraciət edilərək qızıl-zinyət əşyalarının borcun əvəzində qəbul etdiyini bildirərək Şirvan şəhər Məhkəməsinin Şirvan şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixli, 2(032)-95/2018 saylı icra vərəqəsinə xitam verilməsini xahiş etmişdir. İcra vərəqəsinə xitam verilməsinin səbəbi kimi cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə girov qoyulmuş çəkisi 284,9 qr olan 583 əyyarlı, çəkisi 417,8 qram olan 750 əyyarlı qızılzinyət əşyalarının satışa çıxartmaq olmuşdur. Belə ki, çəkisi 284,9 qr. olan 583 əyyarlı, çəkisi 417,8 qram olan 750 əyyarlı qızıl-zinyət əşyalarının bir qismi 18057,6 manat dəyərində alıcı X7 və digər qismi 20054,4 manat alıcı X1. Şirvan şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2019cu il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixli, 2 (032)-95/2018 saylı icra vərəqəsinə xitam verilmişdir. Belə ki, diqqətinizə çatdırır ki, Ağayev X10 şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından Şirvan şəhər məhkəməsinə şikayət ərizəsi vermişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (032)-95/2018 saylı qərardadına əsasən şikayət ərizəsi təmin edilmiş və Şirvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və Şirvan şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-95/2018 saylı icra vərəqəsi icra edilməsi üçün yenidən Şirvan şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-95/2018 saylı qərardadından apellyasiya şikayəti verilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-3076/2019 saylı qərardadına əsasən apellyasiya şikayəti təmin edilməmiş və Şirvan şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-95/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. X6 Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-3076/2019 saylı təqdimatına əsasən Şirvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Lətifov barəsində “İcra haqqında” Qanunun tələblərinin pozulmasına yol verdiyi üçün tədbirlər görülməsi üçün Şirvan Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Belə ki, Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi tərəfindən Şirvan şəhər İcra və Probasiya Şöbəsinin rəisi Yasin Ədilov vəzifəsindən uzaqlaşdırılmış və icra məmuru Dəyanət Lətifov barəsində töhmət verilməsi əmri verilmişdir. Azərbaycan Respublikası MPM-nin 4-1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qar nla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə girov qoyulmuş çəkisi 284,9 qr olan 583 əyyarlı, çəkisi 417,8 qram olan 750 əyyarlı qızıl-zinyət əşyalarının satışa çıxartmamışdan öncə əslində isə qızıl-zinyət əşyaları olan 2 ədəd 15 qr mərziyyə (Avstraliya istehsallı), 1 ədəd 8.6 qr 7 ədəd qızıl onluq, 1 ədəd 6.6 qr böyük imperial, 2 ədəd 4.4 qr qızıl beşlik, İtaliya istehsallı 750 əyyarlı 2 kq briliyant sırğa klon, İtaliya istehsallı 750 əyyarlı 3 kr briliyant badam sırğa, İtaliya istehsallı 750 əyyarlı 1 kr briliyant paxlava üzük, Rusiya istehsallı 583 əyyarlı 2.5 kr briliyant kişi üzük, Rusiya istehsal 583 əyyar 2.5 kr briliyant paxlava üzük, Rusiya istehsallı 583 əyyarlı 0,5 kr briliyant yarpaq sırğa və Rusiya istehsallı 583 əyyarlı 0.1 kr briliyan tgül sırğa İddiaçı razılığı əsasında hərraca çıxarılmalı idi. Həmçinin yuxarıda qeyd edilən qızıl-zinyət əşyaları bir qismi 18057,6 manat dəyərində alıcı X7 və digər qismi 20054,4 manat alıcı X2 2 ədəd 15 qr mərziyyə (Avstraliya istehsallı), 1 ədəd 8.6 qr 7 ədəd qızıl onluq, 1 ədəd 6.6 qr böyük imperial, 2 ədəd 4.4 qr qızıl beşlik, İtaliya istehsalh 750 əyyar 2 kr briliyant sırğa klon, İtaliya istehsalh 750 əyyarlı 3 kr briliyant badam sırğa. İtaliya istehsallı 750 əyyarlı 1 kr briliyant paxlava üzüyün qramlarının və Rusiya istehsallı 583 əyyarlı 2.5 kr briliyant kişi üzük, Rusiya istehsalh 583 əyyarlı 2.5 kr briliyant paxlava üzük, Rusiya istehsallı 583 əyyarlı 0,5 kr briliyant yarpaq sırğa və Rusiya istehsallı 583 əyyarlı 0.1 kr briliyant gül sırğanın qramlarının neçiyə satılması barədə akt tərtib edilməli idi. Və həmin aktda alan və satan tərəflər imza atmaqla qeyd edilən qızıl-zinyət əşyalarının alış və satışlarını təsdiq etməli idilər. Lakin bu cür aktın tərtib edilməməsi yuxarıda qeyd edilən qızıl-zinyət əşyalarının qramlarının neçiyə satılmasının müəyyən etməmək mümkün olmadığından, ona görə də onların necə dəyərləndirilib satılması əsaslı şübhə yaradır. Belə ki, cavabdehlə alıcılar arasında əyyarları və çəkiləri qeyd edilən, lakin həmin qızıl-zinyət əşyalarının adları və üzərində hansı qaşlarının olmasının göstərilməməsi və ən əsası 750 əyyarh qızıl-zinyət əşyalrının və 583 əyyarlı qızıl-zinyət əşyalarının qramlarının neçiyə dəyərləndirilməsi barədə heç bir qeydiyyat aparılmaması ondan xəbər verir ki, mülki qanunvericiliyin tələbləri kobud pozulmuşdur. Belə olan halda qanunvericilik iddiaçının qeyd edilən hallar barədə cavabdehdən açıqlama istəməyinin zəruriliyinə əsas verir. Bu səbəbdən də yuxarıda adı çəkilən qızıl-zinyət əşyalarının hərraca çıxarılarkən iddiaçının iştirakı təmin edilmədən satılması və bu barədə onu məlumatlandırılmamağı, iddiaçının hüququnun pozulması deməkdir. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə yuxarıda göstərilən hallarla bağlı məktubla müraciət etmişdir. Cavabdeh isə məktubunda qeyd edilən suallardan kənara çıxmaqla formal mülahizə xarakterli sözlərlə cavablandırmaqla kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 299.1-ci maddəsinin tələbinə əsasən iddiaçı girova dair öhdəliyin icrasını yerinə yetirə bilmədiyinə görə kredit məbləğinin girova yönəldilməsini və satışını tələb etməklə müqaviləyə xitam verə bilər. Bu iddiaçının hüququdur və cavabdeh tərəfindən qərəzli olaraq məhdudlaşdırıla bilməz və bununla bağlı hər hansı bir halda cavabdeh tərəfindən məhdudlaşdırılan razlaşma əhəmiyyət kəsb etmir. Cavabdehin bu cür addım atmasının məqsədi kredit müqaviləsindən irəli gələn kredit məbləğinin iddiaçı tərəfindən ödəniş edə bilmədiyinə görə məbləğin faiz dərəcəsinin süni artırılması nəticəsində girov məbləğinə yönəltməklə girov qoyulmuş qızıl-zinyət əşyasını mənimsəməkdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, eyni predmet barəsində və eyni əsaslar üzrə Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 2(032)- 95/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi mövcuddur. Cavabdeh tərəfindən məhkəmə qərarından verilmiş apelyasiya şikayətinə Şirvan Apelyasiya məhkəməsi tərəfindən baxılmış, 2(106)-442/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnamə ilə apellyasiya şikayəti təmin edilməmiş və Şirvan şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamənin icrası məqsədi ilə xx.xx.2019-cu il tarixdə Şirvan şəhər İcra və Probasiya Şöbəsi tərəfində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələblərinə uyğun olaraq girov əmlakı olan 190.3 qram olan 585 əyarlı, çəkisi 284.9 qram olan 583 əyarlı və çəkisi 417.8 qram olan 750 əyarlı qızıl-zinət əşyaları 38112 manat məbləğin qarşılığında iddiaçı “X13” MMC-yə borc əvəzi olaraq təklif edilmiş və həmin əmlak satılaraq realizə olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan RespublikasınınMPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-95/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xx.xx.2016-cı il tarixli 08522-G saylı kredit müqaviləsi üzrə 17823,79 ABŞ dolları əsas borc, 5832,72 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 23706,51 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun və dövlət rüsumuna 30 manat məbləğində pul vəsaiti “X14 Olmayan kredit təşkilatı” MMC-nin xeyrinə pul tutulması, tələb girov qoyulmuş İddiaçı məxsus 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldilsin, satışdan əldə olunan vəsait hesabına borc ödənilməsi, cavabdeh İddiaçı ekspertiza xərci olan 170 manat pul dövlət nəfinə ödənilməsi, iddiaçı “X14 Olmayan kredit təşkilatı” MMC-nin cavabdeh İddiaçı qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi tələbinə dair iddia ərizəsinə çəkisi 190,3 qram olan 585 əyarlı qızıl-zinət əşyalarının, çəkisi 284,9 qram olan 583 əyarlı qızıl-zinət əşyalarının və çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarının qiymətləndirilərək hərracda satılmasına dair, satılmış əşyalardan əldə olunan həmin vəsaitin borc əvəzi ödənilməsinə, həmçinin girov əmlakı borcun ödənilməsi üçün kifayət etmədikdə borcun cavabdehin digər əmlakları hesabına iddiaçı “X14 Olmayan kredit təşkilatı” MMC-nə ödənilməsi hissəsində iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 2(032)-95/2018 saylı xx xxxxxx 2018-cı il tarixli qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilməmişdir. İş materiallarında olan “X13” MMC-nin girov qoyulmuş qiymətlilərin dəyərlərinin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, xx.xx.2016 tarixdə 750 əyar üzrə hər biri 28,5 və 27,5 qram olmaqla cəmi 56,0 qram 2 komplekt qarnitur almışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edildiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmamışdı. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “X13” MMC-yə qarşı “xx.xx.2016-cı il tarixli, 08522 saylı istehlak kredit müqaviləsi üzrə yaranmış kredit məbləğinin, həmin müqavilə üzrə xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş qızıl-zinyət əşyasının xx.xx.2019-cu il tarixli qızıl-zinyət əşyasının satılması barədə protokolun ləğv edilməsi, kredit məbləğinin girov predmetinə yönəldilməsi və əldə edilmiş vəsait hesabına kredit müqaviləsinə əsasən borcun ödənilməsinin təmin edilməsi və girov predmetinin yerdə qalan hissəsinin iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh “X13” MMC-yə qarşı “xx.xx.2016-cı il tarixli, 08522 saylı istehlak kredit müqaviləsi üzrə yaranmış kredit məbləğinin, həmin müqavilə üzrə xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş qızıl-zinyət əşyasının xx.xx.2019-cu il tarixli qızıl-zinyət əşyasının satılması barədə protokolun ləğv edilməsi, kredit məbləğinin girov predmetinə yönəldilməsi və əldə edilmiş vəsait hesabına kredit müqaviləsinə əsasən borcun ödənilməsinin təmin edilməsi və girov predmetinin yerdə qalan hissəsinin iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4843/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4843/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver