Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4845/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Balayev Mübarı̇ z Xəlı̇ l oğlunun iştirakı ilə İddiaçı Balayev Mübarı̇ z Xəlı̇ l oğlunun cavabdeh "Azəriqaz" İstehsalat Bı̇ rlı̇ yı̇ nin Bakı regional qazın satış departamentinə qarşı qarşı "pozulmuş istehlakçı hüququnun bərpası və akta görə hesablanmış qaz sərfinin silinməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Balayev Mübarı̇ z Xəlı̇ l oğlu cavabdeh "Azəriqaz" İstehsalat Bı̇ rlı̇ yı̇ nin Bakı regional qazın satış departamentinə qarşı qarşı "pozulmuş istehlakçı hüququnun bərpası və akta görə hesablanmış qaz sərfinin silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 2, mənzil 246 B ünvanında yerləşən ev ona məxsusdur. Mənzilə qaz təchizatı üçün Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlanmışdır və **********02462 saylı abonent kodu verilmişdir. Kommunal xidmətlər üzrə borcları həmişə ödəmiş, mənzilində istifadə olunan qazın sərfiyyatını qeydə alan, “SMART” tipli, G-6 İTRON DİAFRAQMA markalı, 16O5AZ**********11 saylı qaz sayğacı xx.xx.2017-ci il tarixdə çöl divarda quraşdırılmışdir. 2023-cü ilin aprel ayının 28-də Cavabdeh X1 satılan qaza nəzarət şöbəsinin mühəndisləri Musayev Arzu, Şabanov Eşqin və X8 Satişi Departamentinin ərazi üzrə çilingəri Aydinov Fərrux “SMART” tipli qaz sayğacını mexaniki qaz sayğacı ilə əvəz edərkən onun mülkiyyətində olan fərdi evdə “Qazdan stifadə qaydaları”nın tələblərinə zidd olaraq qaz sayğacının çıxış plasmas borusunun kənar təsir hissəsində deşik olduğunu qeyd etmiş və bu barədə ******* saylı akt tərtib etməklə sayğacın yenisi ilə əvəz olunmasıı, dəymiş ziyanın hesablanması barədə göstəriş verilmişdir. Komissiya üzvlərinin tərtib etdikləri və Cavabdeh X1 satılan qaza nəzarət şöbəsinin rəisi E.Qocayev tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”də “Qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfinin 10 m3/saat, orta günlük iş rejiminin 24 saat və hesabat müddətinin 180 gün qəbul edilməklə itirilmiş 43200 kub metr qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Qaz sayğacı həyətdən kənarda quraşdırılmış, sayğacın yerləşdiyi qutuya nəzarəti qaz nəzarətçiləri aparırlar, onlar hər ay qaz sayğacına baxış keçirirlər. Akt tərtib olunarkən mülkiyyətçi kimi onun və ailə üzvlərinin iştirakı təmin edilməmişdir. Aktda guya onun Aktı imzalamaqdan imtina etməyi göstərilsə də, o, ümumiyyətlə nəinki orada, heç Bakı şəhərində olmamışdır. Sayğacın hesablaşma mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombuna və sayğacının çıxış plasmas borusunun kənar təsir hissəsində deşik olmasına onun tərəfindən müdaxilə edilməsi sübuta yetirilmədən və qaz klapanının işlək olmadığı göstərildiyi halda 180 gün üçün əlavə qaz sərfiinin hesablanması və heç bir yazılı bildiriş göndərilmədən qaz təchizatının dayandırılması və sayğacın “blok” edilməsi əsassızdır. Göstərilənlərə əsasən pozulmuş istehlakçı hüququmun bərpa olunması, Cavabdeh X1 satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanı üzrə tərtib edilmlş 27 aprel 2023-cü il tarixli, ******* saylı akta görə hesablanmış 43200 m3 qaz sərfinin (5183 manat) onun **********02462 nömrəli abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh nümayəndəsi X4 etiraz ünvanlayaraq bildirilmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********02462 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1605AZ**********11 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3- 5-4704/Q007 saylı Akta əsasən “sayğacın plastmas boruda deşik aşkar olundu, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X3nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 43200 m3 təşkil etmişdir. Hesablanmış 5184 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nm 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********02462 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçı Balayev Mübarı̇ z Xəlı̇ l oğlu iddianı müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 2, mən 246 ünvanında yerləşən ev ona məxsusdur. Qazın istifadəsi ilə bağı aralarında müqavilə bağlanmışdır. O, müqavilə üzrə üzərinə düşən kommunal haqları daimi olaraq tam məbləğdə ödəmiş, qazın istifadəsi üçün sayğac isə xx.xx.2017-ci il tarixdə evin çöl divarında quraşdırılmışdır. xx.xx.2013-cü il tarixdə cavabdeh qurumun əməkdaşları “Smart” tipli qaz sayğacını, mexaniki qaz sayğacı ilə əvəz edərkən qaz sayğacının çıxış plasmas borusunun kənar təsir hissəsində dəlik olduğunu qeyd etmiş və bu barədə akt tərtib etmişlər. Qaz sayğacı həyətdən kənarda quraşdırılmış, ona nəzarət isə cavabdeh qurumun əməkdaşları tərəfindən aparılır. Onlar hər ay sayğaca baxış keçirirlər. Bundan başqa akt tərtib olunarkən onun və ya ailə üzvlərindən heç kimin iştirakı təmin edilməmiş, aktda isə güya onun aktı imzalamaqdan boyun qaçırmağı qeyd edilmişdir. Cavabdeh tərəfindən onun sayğaca müdaxilə etməyi sübuta yetirilmədən, qaz klapanının işlək vəziyyətdə olmaması göstərildiyi halda 180 gün üçün əlavə qaz sərfinin hesablanması və xəbərdarlıq edilmədən qazın verilişinin dayandırılması hesab edir ki, tam qansuzdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X2 nümayəndəsi məhkəmə iclasında gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə etiraz və etirazlarının əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf olaraq əlavə ediləcək başqa sübutları yoxdur. Məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etmişdir.
6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "Azəriqaz" İstehsalat Bı̇ rlı̇ yı̇ nin Bakı regional qazın satış departamentinin əməkdaşları tərəfindən Balayev Mübarı̇ z Xəlı̇ l oğluna aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, baxış keçirən zaman sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar olunmuş və yoxlamanın nəticəsində onun barəsində akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən Balayev Mübarı̇ z Xəlı̇ l oğluna 43200 kub metr əlavə sərfiyyat hesablanaraq borc yazılmışdır. Hazırda iddiaçı Balayev Mübarı̇ z Xəlı̇ l oğlu sayğacın evdən kənar quraşdırıldığını və onun tərəfindən hər hansı müdaxilə olunmamasını iddia edərək xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 5183 AZN borcun silinməsini xahiş edir.
b) Mülki işin materialları:
9. Mülki işin materiallarından görünür ki, iş üzrə Cavabdeh İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı Balayev Mübarı̇ z Xəlı̇ l oğluna 180 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 43200 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyət kimi borc yazılmışdır.
10. Mülki iş materiallarında olan təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent Balayev Mübarı̇ z Xəlı̇ l oğlunun yaşadığı ünvanda yoxlama aparılmış və nöqsanlar aşkar edilmişdir: “Abonentə məxsus qaz sayğacına baxış keçirən zaman qaz sayğacının çıxış borusunda deşik aşkar olunmuşdur”. Dəymiş ziyan kimi hesablanıb ödənilməsi müəyyən edilmişdir.
11. Mülki işin materiallarında olan fotoşəkildən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 2, mən 246 B ünvanında yerləşən qaz sayğacı həyətdən kənarda quraşdırılmışdır.
12. Cavabdeh tərəfindən məhkəmə ünvanlanmış **********02464 saylı abonentin saldosundan görünür ki, Balayev Mübarı̇ z Xəlı̇ l oğlunun 2023-cü ilin aprel ayının əvvəlinə və sonuna qalıq və aktlar üzrə 5184 manat borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəinsə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir.
14. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər.
15. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edilmişdir.
16. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi iddiaçı birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla cavabdehin abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. İddiaçı təşkilat alğı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir.
17. Digər tərəfdən «Qaz istifadə Qaydaların»ın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
18. «Qaz istifadə Qaydaların»na 2 nömrəli Əlavədə nümunəsi verilmiş “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi”nin 2.2.5-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ var.
19. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də qaz paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə qaz paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə qaz paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olmasını anlamına gəlmir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
23. Beləliklə yuxarıda qeyd edilən normativ-hüquqi aktlardan göründüyü kimi cavabdeh müvafiq akt tərtib etdikdən sonra bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli və bunun nəticəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən istehlakçının təqsirli olması barədə qərar qəbul edilməli idi. Lakin cavabdeh tərəf bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir (müvafiq icra hakimiyyəti orqanına bununla bağlı müraciəti). Odur ki, məhkəmə qeyd edilənləri əsas götürərək belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi tam əsaslıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Azəriqaz” İstehsalat Birliyinin Bakı X6 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, ******* saylı akta əsasən Balayev Mübarı̇ z Xəlı̇ l oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 2, mən 246 B ünvanına hesablanmış 5183 AZN (beş min bir yüz səksən üç manat) borc ləğv edilsin və **********02462 saylı abonent hesabından silinsin. Cavabdeh "Azəriqaz" İstehsalat Bı̇ rlı̇ yı̇ ndən 71,83 AZN (yetmiş bir manat, səksən üç qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.