Məhkəmə qərarları › İş №2(006)-4884/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4884/2025

19.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4884/2025 19.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iş üzrə (açar sözlər: sənədlərin şəxsə məxsus olması faktın müəyyən edilməsi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - Bakı şəhəri X15 İcraiyyə Komitəsinin 13 iyun 1990-ci il tarixli, 4/143 saylı qərarından görünür ki, "Bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması" haqqında (Bakı şəhəri İcra Hakimiyyəti yanında bağ təsərrüfatları məsələlərinə baxılması komissiyasının iclasının 18 saylı 12 iyun 1990-c1 il tarixli Protokolu). Azərbaycan SSR Nazirlər Şurasının 195 saylı 2 iyun 1998-ci il tarixli Sərəncamına, və Bakı şəhəri İcra Hakimiyyətinin 6/333 saylı 14 iyun 1988-ci il tarixli Qərarına müvafiq olaraq, Bakı şəhəri X10 İcraiyyə Komitəsi bağ-tikinti kooperativinin şəxsi heyəti təsdiq edilməsini: … DSK № 194 - 53. … (1-21 saylı Əlavələrə əsasən) və müəyyən olunmuş qaydada onlara bağ sahələrinin ayrılmasını qərara almışdır. - Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi Uzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarı əsasında 11 nömrəli orderlə Görədil bağlar sahəsindəki 194 nömrəli kooperativindən 0,12 hektar torpaq sahəsi olan 1749"P" nömrəli bağ sahəsi X6 ayrılmışdır. - Quba rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş arayışdan görünür ki, X11 xx.xx.1943-cü ildə Quba rayonunda anadan olmuş, xx.xx.2024-cü il tarixində vəfat etmişdir. - 1 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 462927 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2024-cü il tarixində vəfat etmişdir - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mərhum, xx.xx.1943-cü il təvəllüdlü Polatov Vaqif lbrahim oğlundan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinə arvadı-Ərizəçi tərəfindən müracət olunmuşdur. X3 xx.xx.2024-cü il tarixdə vəfatı ilə əlaqədar arvadı-Ərizəçi ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar sahəsi, 1749 "P" ünvanında yerləşən 0.12 ha torpaq sahəsi olan bağ sahəsinə dair mərhum-X3 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayış (çıxarış) verilməsi xahiş olunur. - 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisinin X9 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərəsəsi Ərizəçidır. - "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsi istifadənizdə olmadığından idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilməsi və çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bundan başqa, idarənin arxiv əsaslarında təqdim edilmiş order barədə məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilmiş xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarda torpaq sahəsi barədə məlumat göstərilməmişdir. Eyni zamanda, X5 adına idarənin arxiv əsaslarında mövcud olan order digər bağ nömrəsi ilə bağlıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları: a) iddia tələbi: Ərizəçi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət ederək, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarı əsasında verilmiş 11 nömrəli orderin X7 aid hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X11 01 aprel 1943-cü ildə Quba səhərində (doğum haqqında şəhadətnaməyə əsasən Quba rayonu Qalaxudat kəndində) anadan olmuşdu. Vaqif Polatovla onun 03 sentyabr 1971-ci ildə nikah qeydiyyatları qeydə alınmışdır. Birgə nikahlarından 18 iyun 1973-cü il təvəllüdlü oğlu X16 və 25 aprel 1977-ci il təvəllüdlü oğlu X14 anadan olmuşlar. Vaqif Polatov 30 oktyabr 2024-cü il tarixdə vəfat etmişdir. Vaqif Polatov vəfat edən günə qədər birgə yaşamışlar. Mərhum ərinə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi Uzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarı əsasında 11 nömrəli orderlə Görədil bağlar sahəsindəki 194 nömrəli kooperativindən 0,12 hektar torpaq sahəsi olan 1749"P" nömrəli bağ sahəsi ayrılmışdır. Həmin orderdə Vaqifin adı X1 qeyd olunmuşdur. Ərinin vəfatından sonra tərəfindən Ədliyyə Nazirliyinin 1 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzindəki Notariat ofisinə müraciət olunmuşdur. Müraciətiylə bağlı həmin notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Buna görə notariat ofisinin xx.xx.2025-ci il tarixli, 751 saylı məktubu ilə Bakı şəhəri Binəqədi rayonu Görədil bağlar sahəsi, 1749"P" ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair mərhum X3 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayış (çıxarış) verilməsi hazırkı iş üzrə maraqlı şəxsdən xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu Göradil bağ massivində yerləşən torpaq sahəsi üzərində hüquqların miras qoyan X8 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi ilə bağlı ərizə hazırkı iş üzrə maraqlı şəxs tərəfindən təmin olunmamışdır. Təqdim etdiyi sənədlərdən görünür ki, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 11 nömrəli orderlə digər sənədlərdə "Poladov" və "Polatov" soyadları arasında uyğunsuzluq vardır. Halbuki, hər iki soyad bilavasitə X8 aid hesab olunmalıdır. Bu ziddiyyət onun vərəslik hüququnun həyata keçirilməsində maneə yaradır. Ona görə Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 11 nömrəli orderin X8 aid olması faktının müəyyən edilməsi məqsədilə hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iddiaya etiraz: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 1 saylı Bakı Ərazi İdarəsinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxs B"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5-ci şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində də qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən X4 adı Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarı əsasında verilmiş 11 nömrəli orderdə səhvən X2 yazılmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarı əsasında verilmiş 11 nömrəli orderin ərizəçi X7 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair" ərizəsi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarı əsasında verilmiş 11 nömrəli orderin ərizəçi X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar