Məhkəmə qərarları › İş №2(006)-4889/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4889/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4889/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh (bundan sonra cavabdeh) qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, tarixli müqavilələrinə əsasən Samsung markalı Soyuducu, LG markalı paltaryuyan, SHOSMAN markalı Qazan dəsyi, Samsung markalı tozsoran, Vega-Yumşaq-Kunc-Sungerli mebel dəsti almış və nəticədə 2431 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il müqaviləsinə əsasən alğı-satqı qiyməti 2310 manat (18ay x 204 manat+117 ilkin ödəniş ) olan Samsung markalı Soyuducu, LG markalı paltaryuyan üçün 1484 manat olmaqla ondan 1169 manat ödənilməmiş hissə, 315 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 572 manat (11 ay x 52 manat + 0 manat ilkin ödəniş) olan SHOSMAN markalı qazan dəsti, Samsung markalı tozsoran üçün 201 manat olmaqla ondan 155 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 1020 manat (23 ay x 40 manat + 100 manat ilkin ödəniş) olan Vega-Yumşaq-Kunc-Sungerli mebel dəsti üçün 746 manat olmaqla ondan 638 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1940 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldə bilər. Göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı Soyuducu, LG markalı paltaryuyan üçün 1169 manat ödənilməmiş hissə, 315 manat dəbbə pulu cəmi 1484 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən SHOSMAN markalı qazan dəsti, Samsung markalı tozsoran üçün 155 manat ödənilməmiş hissə 46 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Vega-Yumşaq-Kunc- Sungerli mebel dəsti üçün 638 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu cəmi 746 manat, ümumilikdə 2431 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2461 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00549667 №-li müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC “Samsung RT35K5440S8/WT” markalı soyuducu və “LG F2J6HS8S Gümüşü” paltaryuyan Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 117 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00549824 №-li müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC “SHOSMAN 11 parça mavi 3 mm” qazan dəsiti və “Samsung VC20F30WDHL/УМ” markalı tozsoran Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 11 ay müddətinə hər ay 52 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00549771 №-li müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC “Vega-Yumşaq-Kunc- Sungerli”mebel dəstini Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 23 ay müddətinə hər ay 40 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx xxxx 2019-cu il tarixli, 00549667 №-li müqavilə üzrə 1169 manat ödənilməmiş hissə, 315 manat dəbbə pulu olmaqla, ümumilikdə 1484 manat borcu vardır. «xxxxxxxxxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx xxxx 2019-cu il tarixli, 00549824 №-li müqavilə üzrə 155 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu olmaqla, ümumilikdə 201 manat borcu vardır. «xxxxxxxxxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx xxxx 2019-cu il tarixli, 00549771 №-li müqavilə üzrə 638 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu olmaqla, ümumilikdə 746 manat borcu vardır. «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli Xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli, 00549667 №-li, xx xxxx 2019-cu il tarixli, 00549824 №-li və xx xxxx 2019-cu il tarixli, 00549771 №-li alğı-satqı müqavilələri bağlanmış həmin müqavilələr üzrə Samsung markalı Soyuducu, LG markalı paltaryuyan, SHOSMAN markalı Qazan dəsyi, Samsung markalı tozsoran, Vega-Yumşaq-Kunc- Sungerli mebel dəstini Cavabdeh vermiş, Cavabdeh isə müqavilədə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun hazırkı tarixədək «xxxxxxxxxxx» MMC-yə xx xxxx 2019-cu il tarixli, 00549667 №-li müqavilə üzrə 1484, xx xxxx 2019-cu il tarixli, 00549824 №-li müqavilə üzrə 201 manat və xx xxxx 2019-cu il tarixli, 00549771 №-li müqavilə üzrə 746 manat olmaqla ümumilikdə 2431 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləğləri ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq xx xxxx 2019-cu il tarixli, 00549667 №-li müqavilə üzrə 50 manat, xx xxxx 2019-cu il tarixli, 00549824 №-li müqavilə üzrə 10 manat və xx xxxx 2019-cu il tarixli, 00549771 №-li müqavilə üzrə 60 manat manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı Soyuducu, LG markalı paltaryuyan üçün 1169 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu cəmi 1219 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən SHOSMAN markalı qazan dəsti, Samsung markalı tozsoran üçün 155 manat ödənilməmiş hissə 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Vega-Yumşaq-Kunc-Sungerli mebel dəsti üçün 638 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu cəmi 698 manat, ümumilikdə 2072 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2102 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı Soyuducu, LG markalı paltaryuyan üçün 1169 (bir min yüz altmış doqquz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu cəmi 1219 (bir min iki yüz on doqquz) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən SHOSMAN markalı qazan dəsti, Samsung markalı tozsoran üçün 155 ( bir yüz əlli beş) manat ödənilməmiş hissə 10 (on) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Vega-Yumşaq-Kunc-Sungerli mebel dəsti üçün 638 (altı yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə pulu cəmi 698 (altı yüz doxsan səkkiz) manat, ümumilikdə 2072 (iki min yetmiş iki) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2102 (iki min yüz iki) manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar