Məhkəmə qərarları › İş №2(006)-4907/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4907/2021

29.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4907/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Cavabdeh1 qarşı (Bakı şəhəri 19 saylı Notariat Ofisi 3-cü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə və vərəsələrin sırasından çıxarılma” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə və vərəsələrin sırasından çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(004)- 3498/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə və vərəsələrin sırasından çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, işin məhkəmə hazırlıq iclasının 19.05.2021-ci il tarixə, saat 09:50-yə təyin edilməsi qərara alınmışdır. 19 may 2021-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş və işin məhkəmə baxış iclasının 09 iyun 2021-ci il tarixə, saat 10:30-a təyin edilməsi qərara alınmışdır. 09 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclası zamanı İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, Bakı şəhəri 19 saylı Notariat Ofisinin cavabdehlər sırasından çıxarılması və iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X1 ərizəsi təmin ediərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2(004)-3498/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı (Bakı şəhəri 19 saylı Notariat Ofisi 3-cü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə və vərəsələrin sırasından çıxarılma” tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia tələbinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 1 ünvanı ünvan 2 “MAPS” arayışından görünür ki, Cavabdeh1 qeydiyyat ünvanı ünvan 3əhkəmə qeyd edir ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı iddia tələbi aidiyyət qaydalarına riayət edilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək, Bakı şəhəri 19 saylı Notariat Ofisinin cavabdehlər sırasından çıxarılmasını və iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilkin olaraq iş üzrə cavabdeh qismində cəlb edilmiş Bakı şəhəri 19 saylı Notariat Ofisinin sonradan cavabdehlər siyahısından çıxarılaraq 3-cü şəxs kimi işə cəlb edilməsi, aidiyyət qaydalarının pozulmasına səbəb olmamışdır. Məhkəmə hesab edir ki, mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən icraata götürüldüyü zaman aidiyyət pozulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı (Bakı şəhəri 19 saylı Notariat Ofisi 3-cü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə və vərəsələrin sırasından çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə müki iş, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, 35.1, 44.2, 45.1, 45.2, 45.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qarşı (Bakı şəhəri 19 saylı Notariat Ofisi 3-cü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə və vərəsələrin sırasından çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar