Məhkəmə qərarları › İş №2(006)-4910/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4910/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4910/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh "xxxx" MMC ilə 08.08.2019-cu il, 15.11.2019-cu il, 29.12.2019-cu il və 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********32461 “HOFFMANN X Ultra” markalı telefon, “LG Musiqi mərkəzi”, İMEİ Kodu **********80644 “Samsung Galaxy A50” markalı telefon, 2 ədəd aksesuar, 2 ədəd “X1”, “Samsung” qulaqlıq, “Xiaomi” saat almış və nəticədə 1573 (min beş yüz yetmiş üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (12 ay x 30 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********32461 “HOFFMANN X Ultra” markalı telefon üçün ümumilikdə, 165 (yüz altmış beş) manat olmaqla ondan, 150 (yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 (on beş) manat cərimə; 15.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat (18 ay x 30 manat + 0 manat ilkin ödəniş) “LG” Musiqi mərkəzi üçün ümumilikdə, 462 (dördyüz altmış iki) manat olmaqla ondan, 420 (dördyüz iyirmi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42 (qırx iki) manat cərimə; 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 924 (doqquz yüz iyirmi dörd) manat (12 ay x 77 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********80644 “Samsung Galaxy A50” markalı telefon, 2 ədəd aksesuar, 2 ədəd “X1”, “Samsung” qulaqlıq üçün ümumilikdə, 847 (səkkiz yüz qırx yeddi) manat olmaqla ondan, 770 (yeddi yüz yetmiş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 77 (yetmişyeddi) manat cərimə; 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 108 (yüz səkkiz) manat (12 ay x 9 manat + 0 manat ilkin ödəniş) “Xiaomi” saat üçün ümumilikdə, 99 (doxsan doqquz) manat olmaqla ondan, 90 (doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 (doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 502 manat təşkil edir. Müqavilənin şərtlərinə görə “müştəri” bu müqavilənin 2-ci bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən 08.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********32461 “HOFFMANN X Ultra” markalı telefon üçün 150 manat ödənilməmiş hissə, 15 manat cərimə; 15.11.2019-cu il tarixli müqaviləsinə əsasən, “LG” Musiqi mərkəzi üçün 420 manat ödənilməmiş hissə, 42 manat cərimə; 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********80644 “Samsung Galaxy A50” markalı telefon, 2 ədəd aksesuar, 2 ədəd “X1”, “Samsung” qulaqlıq üçün 770 manat ödənilməmiş hissə, 77 manat cərimə, 13.03.2020-ci il tarixli müqaviləinə əsasən, “Xiaomi” saat üçün 90 manat ödənilməmiş hissə, 9 manat cərimə miqdarında borc, ümumilikdə 1573 manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 08 avqust 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC “HOFFMANN X Ultra” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 30 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 15.11.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC “LG” Musiqi mərkəzini Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 30 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 29.12.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Galaxy A50” markalı telefon, 2 ədəd “X1”, “Samsung” qulaqlıq, 2 ədəd aksesuarı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 77 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. ABC Telecom» MMC ilə Cavabdeh arasında bağlanılmış 13.03.2020-ci il tarixli müqavilədən görünür ki, “Xiaomi” markalı saatı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 9 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 09 iyun 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 08.08.2019-cu il tarixli müqavilə üzrə 150 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu olmaqla, ümumilikdə 165 manat, 15.11.2019-cu il tarixli müqavilə üzrə 420 manat ödənilməmiş hissə, 42 manat cərimə pulu olmaqla, ümumilikdə 462 manat, 29.12.2019-cu il tarixli müqavilə üzrə 770 manat ödənilməmiş hissə, 77 manat cərimə pulu olmaqla, ümumilikdə 847 manat, 13.03.2020-ci il tarixli müqavilə üzrə 90 manat ödənilməmiş hissə, 9 manat cərimə pulu olmaqla, ümumilikdə 99, hər dörd müqavilə üzrə ümumilikdə isə 1430 manat əsas, 143 manat cərimə, cəmi 1573 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 13.01.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh "xxxx" MMC ilə 08.08.2019, 15.11.2019, 29.12.2019, 13.03.2020-ci il tarixli müqavilələrə əsasən “HOFFMANN X Ultra” markalı telefon, “LG Musiqi mərkəzi”, “Samsung Galaxy A50” markalı telefon, 2 ədəd “X1”, “Samsung” qulaqlıq, 2 ədəd aksesuar, “Xiaomi” markalı saat almış və nəticədə 1573 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə 08.08.2019cu il tarixli müqavilə üzrə 150 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu olmaqla, ümumilikdə 165 manat, 15.11.2019-cu il tarixli müqavilə üzrə 420 manat ödənilməmiş hissə, 42 manat cərimə pulu olmaqla, ümumilikdə 462 manat, 29.12.2019-cu il tarixli müqavilə üzrə 770 manat ödənilməmiş hissə, 77 manat cərimə pulu olmaqla, ümumilikdə 847 manat, 13.03.2020-ci il tarixli müqavilə üzrə 90 manat ödənilməmiş hissə, 9 manat cərimə pulu olmaqla, ümumilikdə 99 manat, hər dörd müqavilə üzrə ümumilikdə isə 1430 manat əsas, 143 manat cərimə, cəmi 1573 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 08.08.2019-cu il tarixli müqavilə üzrə 150 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu olmaqla, ümumilikdə 165 manat, 15.11.2019-cu il tarixli müqavilə üzrə 420 manat ödənilməmiş hissə, 42 manat cərimə pulu olmaqla, ümumilikdə 462 manat, 29.12.2019-cu il tarixli müqavilə üzrə 770 manat ödənilməmiş hissə, 77 manat cərimə pulu olmaqla, ümumilikdə 847 manat, 13.03.2020-ci il tarixli müqavilə üzrə 90 manat ödənilməmiş hissə, 9 manat cərimə pulu olmaqla, ümumilikdə 99 manat, hər dörd müqavilə üzrə ümumilikdə isə 1430 manat əsas, 143 manat cərimə, cəmi 1573 manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1603 (bir minaltı yüz üç) manat məbləğində pul tutularaq "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 08.08.2019-cu il tarixli müqavilə üzrə 150 (bir yüz əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu olmaqla, ümumilikdə 165 (bir yüz altmış beş) manat, 15.11.2019-cu il tarixli müqavilə üzrə 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə pulu olmaqla, ümumilikdə 462 (dörd yüz altmış iki) manat, 29.12.2019-cu il tarixli müqavilə üzrə 770 (yeddi yüz yetmiş) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat cərimə pulu olmaqla, ümumilikdə 847 (səkkiz yüz qırx yeddi) manat, 13.03.2020-ci il tarixli müqavilə üzrə 90 (doxsan) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə pulu olmaqla, ümumilikdə 99 (doxsan doqquz) manat, hər dörd müqavilə üzrə ümumilikdə isə 1430 (bir min dörd yüz otuz) manat əsas, 143 (bir yüz qırx üç) manat cərimə, cəmi 1573 (bir min beş yüz yetmiş üç) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1603 (bir min altı yüz üç) manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar