Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4911/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, “ABC-TELECOM" MMC ilə 07.06.2018-ci il, 04.08.2018-ci il, 31.10.2018-ci il, 28.03.2019-cu il, 14.04.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********53986 olan “Xiaomi A1” markalı telefon, “XİAOMİ Mi Band” 2 saat, İMEİ Kodu **********45369 olan “HOFFMANN Neo A900” markalı telefon, İMEİ Kodu **********79819 olan “X4 9” markalı telefon, İMEİ Kodu **********95818 olan “NOKİA 8110” markalı telefon, İMEİ Kodu **********69021 olan “Samsung Galaxy A50” markalı telefon almış və nəticədə 3510 (üç min beş yüz on) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.06.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 552 (beş yüz əlli iki) manat (12 ay x 46 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********53986 olan “Xiaomi A1” markalı telefon, “XİAOMİ Mi Band 2” saat üçün ümumilikdə 59 (əlli doqquz) manat olmaqla ondan, 46 (qırx altı) manat ödənilməmiş hissə, 13 (on üç) manat dəbbə; 04.08.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 336 (üç yüz otuz altı) manat (12 ay x 28 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********45369 olan “HOFFMANN Neo A900” markalı telefon üçün ümumilikdə, 109 (yüz doqquz) manat olmaqla ondan, 84 (səksən dörd) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə; 31.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3051 (üç min əlli bir) manat (18 ay x 160 manat + 171 manat ilkin ödəniş) İMEİ Kodu **********79819 olan “X4 9” markalı telefon üçün ümumilikdə, 2496 (iki min dörd yüz doxsan altı) manat olmaqla ondan, 1920 (min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 576 (beş yüz yetmiş altı) manat dəbbə; 28.03.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 191 (yüz doxsan bir) manat (6 ay x 16 manat + 95 manat ilkin ödəniş) İMEİ Kodu **********95818 olan “NOKİA 8110” markalı telefon üçün ümumilikdə, 66 (altmış altı) manat olmaqla ondan 52 (əlli iki) manat ödənilməmiş hissə, 14 (on dörd) manat dəbbə; 14.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 685 (altı yüz səksən beş) manat (9 ay x 75 manat + 10 manat ilkin ödəniş) İMEİ Kodu **********69021 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə, 780 (yeddi yüz səksən) manat olmaqla ondan 600 (altı yüz) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2113 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, ABC Müştəri-nin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən, 07.06.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********53986 olan “Xiaomi A1” markalı telefon, “XİAOMİ Mi Band 2” saat üçün 46 manat ödənilməmiş hissə, 13 manat dəbbə; 04.08.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********45369 olan “HOFFMANN Neo A900” markalı telefon üçün 84 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu; 31.10.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********79819 olan “X4 9” markalı telefon üçün 1920 manat ödənilməmiş hissə, 576 manat dəbbə pulu; 28.03.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********95818 olan “NOKİA 8110” markalı telefon üçün 52 manat ödənilməmiş hissə, 14 manat dəbbə pulu; 14.04.2019-cu tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********69021 olan “Samsung Galaxy A50” markalı telefon üçün 600 manat ödənilməmiş hissə, 180 manat dəbbə pulu, ümumilikdə 3510 manat, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, borcu həqiqətən də var, sadəcə şəxsi problemlərinin olduğu üçün ödəyə bilməmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.06.2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 552 manat, İMEİ Kodu **********53986 olan “Xiaomi A1” markalı telefon və “XİAOMİ Mi Band 2” saatı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 46 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04.08.2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 336 manat, İMEİ Kodu **********45369 olan “HOFFMANN Neo A900” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 28 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31.10.2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 3051 manat, İMEİ Kodu **********79819 olan “X4 9” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 171 manat ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 160 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28.03.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 191 manat, İMEİ Kodu **********95818 olan “NOKİA 8110” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 95 manat ilkin ödəniş etməklə hissə-hissə 06 ay müddətinə hər ay 16 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.04.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 685 manat, İMEİ Kodu **********69021 olan “Samsung Galaxy A50” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 10 manat ilkin ödəniş etməklə hissə-hissə 09 ay müddətinə hər ay 75 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 04 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 07.06.2018-ci il tarixli müqaviləyə əsasə, İMEİ Kodu **********53986 olan “Xiaomi A1” markalı telefon, “XİAOMİ Mi Band 2” saat üçün 46 manat ödənilməmiş hissə, 13 manat dəbbə, cəmi 59 manat; 04.08.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********45369 olan “HOFFMANN Neo A900” markalı telefon üçün 84 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu, cəmi 109 manat; 31.10.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********79819 olan “X4 9” markalı telefon üçün 1920 manat ödənilməmiş hissə, 576 manat dəbbə pulu, cəmi 2496 manat; 28.03.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********95818 olan “NOKİA 8110” markalı telefon üçün 52 manat ödənilməmiş hissə, 14 manat dəbbə pulu, cəmi 66 manat; 14.04.2019-cu tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********69021 olan “Samsung Galaxy A50” markalı telefon üçün 600 manat ödənilməmiş hissə, 180 manat dəbbə pulu, cəmi 780 manat, ümumilikdə 3510 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh İddiaçı MMC ilə 07.06.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********53986 olan “Xiaomi A1” markalı telefon, “XİAOMİ Mi Band 2” saat, 04.08.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********45369 olan “HOFFMANN Neo A900” markalı telefon, 31.10.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********79819 olan “X4 9” markalı telefon, 28.03.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********95818 olan “NOKİA 8110” markalı telefon, 14.04.2019-cu tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********69021 olan “Samsung Galaxy A50” markalı telefon almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə ümumilikdə 3510 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 07.06.2018-ci il, 04.08.2018-ci il, 31.10.2018-ci il, 28.03.2019-cu il, 14.04.2019-cu il tarixli müqavilələr üzrə cəmi 70 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 07.06.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********53986 olan “Xiaomi A1” markalı telefon, “XİAOMİ Mi Band 2” saat üçün 46 (qırx altı) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə; 04.08.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********45369 olan “HOFFMANN Neo A900” markalı telefon üçün 84 (səksən dörd) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə pulu; 31.10.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********79819 olan “X4 9” markalı telefon üçün 1920 (bir min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu; 28.03.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********95818 olan “NOKİA 8110” markalı telefon üçün 52 (əlli iki) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu; 14.04.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********69021 olan “Samsung Galaxy A50” markalı telefon üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 2772 (iki min yeddi yüz yetmiş iki) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2802 (iki min səkkiz yüz iki) manat məbləğində pul tutularaq İddiaçı MMCyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07.06.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********53986 olan “Xiaomi A1” markalı telefon, “XİAOMİ Mi Band 2” saat üçün 46 (qırx altı) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə; 04.08.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********45369 olan “HOFFMANN Neo A900” markalı telefon üçün 84 (səksən dörd) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə pulu; 31.10.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********79819 olan “X4 9” markalı telefon üçün 1920 (bir min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu; 28.03.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********95818 olan “Nokia 8110” markalı telefon üçün 52 (əlli iki) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu; 14.04.2019-cu tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********69021 olan “Samsung Galaxy A50” markalı telefon üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 2772 (iki min yeddi yüz yetmiş iki) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2802 (iki min səkkiz yüz iki) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4911/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4911/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver