Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4913/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 05.10.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********21720 Samsung Galaxy J4 markalı telefon üçün 116 (yüz on altı) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə; 19.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********77480 Xiaomi Redmi 7A markalı telefon üçün 90 (doxsan) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə; 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********17333 Xiaomi Redmi 8A markalı telefon üçün, 380.4 (üç yüz səksən manat, qırx qəpik) manat Ödənilməmiş hissə, 38.6 (otuz səkkiz manatf altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə, 645 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 05.10.2018-ci il, 19.08.2019-cu il, 30.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********21720 Samsung Galaxy J4 markalı telefon, İMEİ Kodu **********77480 Xiaomi Redmi 7A markalı telefon, İMEİ Kodu **********17333 Xiaomi Redmi 8A markalı telefon almış və nəticədə 645 (altı yüz qırx beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 522 (beş yüz iyirmi iki) manat (18 ay x 29 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********21720 Samsung Galaxy J4 markalı telefon üçün ümumilikdə, 127 (yüz iyirmi yeddi) manat olmaqla ondan, 116 (yüz on altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 (on bir) manat cərimə; 19.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (12 ay x 30 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********77480 Xiaomi Redmi 7A markalı telefon üçün ümumilikdə, 99 (doxsan doqquz) manat olmaqla ondan, 90 (doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 (doqquz) manat cərimə; 30.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 380.4 (üç yüz səksən manat, qırx qəpik) manat (12 ay x 31 manat 70 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********17333 Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə, 419 (dördyüz on doqquz) manat olmaqla ondan, 380.4 (üç yüz səksən manat, qırx qəpik) manat Ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.6 (otuz səkkiz manat, altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 676 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 05.10.2018-ci il tarixdə ümumilikdə dəyəri 522 manat təşkil edən “Samsung Galaxy J4” markalı telefonun, 19.08.2019-cu il tarixdə ümumilikdə dəyəri 360 manat təşkil edən “Xiaomi Redmi 7A” markalı telefon, 30.12.2019cu il tarixdə ümumilikdə dəyəri 380,4 manat təşkil edən “Xiaomi Redmi 8A” markalı telefonun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 05.10.2018-ci il tarixli, 19.08.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli əlavə ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 05.10.2018-ci il tarixli müqavilə üzrə 11 manat, 19.08.2019-cu il tarixli müqavilə üzrə 9 manat, 30.12.2019-cu il tarixli müqavilə üzrə 38,6 manat təşkil edir. 05.10.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 01004590 nömrəli alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy J4” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 19.08.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01078693 nömrəli alqı-satqı müqaviləsi üzrə Xiaomi Redmi 7A” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 30.12.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 20022651 nömrəli alqı-satqı müqaviləsi üzrə “Xiaomi Redmi 8A” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 01.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 09.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 05.10.2018-ci il tarixli müqaviləyə əsasən 116 manat əsas, 11 manat cərimə borcu; 19.08.2019-cu il tarixli müqaviləyə əsasən 90 manat əsas, 9 manat cərimə borcu; 30.12.2019-cu il tarixli müqaviləyə əsasən 380,4 manat əsas, 38,6 manat cərimə borcu, ümumilikdə 645 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 05.10.2018-ci il tarixli müqavilə üzrə 11 manat, 19.08.2019-cu il tarixli müqavilə üzrə 9 manat, 30.12.2019-cu il tarixli müqavilə üzrə 38,6 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 05.10.2018-ci il tarixli müqaviləyə əsasən 116 manat əsas, 11 manat cərimə borcu; 19.08.2019-cu il tarixli müqaviləyə əsasən 90 manat əsas, 9 manat cərimə borcu; 30.12.2019-cu il tarixli müqaviləyə əsasən 380,4 manat əsas, 38,6 manat cərimə borcu, ümumilikdə 645 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 05.10.2018-ci il tarixli müqavilə əsasında yaranmış əsas borc üzrə 116 manat, cərimə borcu üzrə 11 manat; 19.08.2019-cu il tarixli müqavilə əsasında yaranmış əsas borc üzrə 90 manat, cərimə borcu üzrə 9 manat; 30.12.2019-cu il tarixli müqavilə əsasında yaranmış əsas borc üzrə 380,4 manat, cərimə borcu üzrə 38,6 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 675 (altı yüz yetmiş beş) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4913/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4913/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver