Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4915/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 avqust 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********90368 və **********85076 olan 2 ədəd Samsung Galaxy A5 markalı telefon üçün 764 (yeddi dörd yüz altmış dörd) manat ödənilməmiş hissə, 232 (iki yüz otuz iki) manat dəbbə pulu, 20.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********52953 İphone 11 Pro markalı telefon üçün 1912 (min doqquz yüz on iki) manat ödənilməmiş hissə, 576 (beş yüz yetmiş altı) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə 3484 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh müştərək qaydada, alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 08.09.2019-cu il və 20.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********90368 və **********85076 olan 2 ədəd Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********36782 olan Huawei P30 Pro markalı telefon almış və nəticədə 3484 (üç min dörd yüz səksən dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1314 (min üç yüz on dörd) manat (12 ay x 97 manat + 150 manat ilkin ödəniş) İMEİ Kodu **********90368 və **********85076 olan 2 ədəd Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 996 (doqquz yüz doxsan altı) manat olmaqla ondan, 764 (yeddi yüz altmış dörd) manat ödənilməmiş hissə, 232 (iki yüz otuz iki) manat dəbbə; 20.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2443 (iki min dörd yüz qırx üç) manat (12 ay x 192 manat + 139 manat ilkin ödəniş) İMEİ Kodu **********52953 iPhone 11 Pro markalı telefon üçün ümumilikdə, 2488 (iki min dörd yüz səksən səkkiz) manat olmaqla ondan, 1912 (min doqquz yüz on iki) manat ödənilməmiş hissə, 576 (beş yüz yetmiş altı) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1081 manat təşkil edir. Ödəniş Cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, İMEİ Kodu **********90368 və **********85076 olan 2 ədəd Samsung Galaxy A5 markalı telefon üçün 764 (yeddi dörd yüz altmış dörd) manat ödənilməmiş hissə, 232 (iki yüz otuz iki) manat dəbbə pulu, 20.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********52953 İphone 11 Pro markalı telefon üçün 1912 (min doqquz yüz on iki) manat ödənilməmiş hissə, 576 (beş yüz yetmiş altı) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə 3484 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh müştərək qaydada, alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 20.09.2019-cu il tarixdə bağlanmış, 00925302 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********52953 olan iPhone 11 Pro markalı telefon, 08.09.2019-cu il 00896824 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********90368 və **********85076 olan 2 ədəd Samsung Galaxy A50 markalı telefon almışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. 20.09.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından Samsung Galaxy A50 markalı telefonların, 08.09.2019-cu il tarixli bildirişdən və əşyaların təhviltəslim aktından isə, Huawei P30 Pro markalı telefonun Cavabdeh tərəfindən tam qüsursuz halda təhvil alınması görünür. 12.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsi barədə iddiaçı "xxxx" MMC tərəfindən xəbərdar olunmuşdur. 09.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 08.09.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca ödənilmiş məbləğ 550 manat, ödənilməmiş məbləğ 764 manat, dəbbə pulu 232 manat, 20.09.2019-cu il tarixli müqaviləyə əsasən isə ödənilmiş məbləğ 531 manat, ödənilməmiş məbləğ 1912 manat, dəbbə pulu 576 manat təşkil edir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 08.09.2019-cu il tarixli və 20.09.2019-cu il tarixli müqavilələr üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək qiymətləndirilməli və dəbbə pulu müvafiq olaraq 23 manat və 57 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 08.09.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca ödənilməmiş məbləğ 764 manat, dəbbə pulu 23 manat, 20.09.2019-cu il tarixli müqaviləyə əsasən isə ödənilməmiş məbləğ 1912 manat, dəbbə pulu 57 manat, cəmi 2756 manat və iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 08.09.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca ödənilməmiş məbləğ 764 manat, dəbbə pulu 23 manat, 20.09.2019-cu il tarixli müqaviləyə əsasən isə ödənilməmiş məbləğ 1912 manat, dəbbə pulu 57 manat, cəmi 2756 manat və iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4915/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4915/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver